Günay Musayeva lüt fotolarını yayan şəxsi polisə verdi

Məşhur model çılpaq fotolarını icazəsiz yayanları məhkəməyə verəcək
Türkiyədə yaşayan tanınmış azərbaycanlı model Günay Musayeva çılpaq fotolarının Azərbaycan mediasında gündəmə gəlməsindən pis olub. Model ANS PRESS-ə açıqlamasında bu şəkillərinin yayılmasına qadağa qoyulduğunu bildirib: "Bu fotolar 3 il bundan qabaq çəkilib, hansı ki, heç bir yerdə yayımlanmasına icazə verilməyib. Biri bu şəkilləri fotoqrafın özəl saytından tapıb yayır. O şəkilləri icazəsiz öz saytında yerləşdirdiyi üçün həmin fotoqrafdan Türkiyə Respublika Prokurorluğuna şikayət etmişik. Şəkilləri yayan dostumuzun bu hərəkərinin səbəbi isə onu ad günümə çağırmamağımdır. Onu "Facebook"dan da dostluqdan silmişəm, mesajına cavab yazmamışam. Mənim hər kəslə maraqlanmağa zamanımmı var?"
 
Aktiv sosial şəbəkə istifadəçisi olan Günay Musayevanın vətənpərvər ruhlu statuslarının şahidi olanlar az deyil. Ürəyi Azərbaycanla döyünən məşhur modelin Azərbaycan bayrağını evinin qarşısından asdığı fotoları da görmüşük. Saytların birində G.Musayevanın ermənipərəst status paylaşması ilə bağlı xəbərin nə dərəcədə düzgün olduğu şübhə altındadır. Model bu məsələyə də qəzəblə reaksiya verdi: 
 
"Bu nədir? Mən şokdayam! İki gündür "Facebook"dan Xocalı ilə bağlı statuslarım və paylaşdığım videolar saatlarla səhifəmdə durur. Bunu yazan hər kimsə açsın, diqqətli oxusun. Bəzi özlərini jurnalist adlandıranların uydurduğu axmaqlıqlardan bezdim. İmkan verin vacib işlərimizlə məşğul olaq. Nə qədər olar xəbər olsun deyə reytinqə görə uydurduqlarınız yazılar? Başqasının şəxsi həyatına zərər verməklə öz oxucularının sayını artırmaq insanlığa yaraşmayan hərəkətdir. Həmin jurnalist və fotoqraf qanunsuz və icazəsiz hərəkətləri üçün təbii ki, ən qısa zamanda qanun qarşında cavablarını alacaqlar".
 
Bu mövzuda hörmət göstərən saytlara və telekanallara, mənə göstərdikləri hörmətlərinə görə əsl jurnalistlərə, eləcə də "Avropa Qazeteçilər Dərnəyi"nə təşəkkürümü bildirirəm. Bunlar da keçəcək, unudular. Amma pislik unudulmaz. Mənə bu pisliyi edənlər cavabları alacaqlar. Öz mənafeləri naminə başqasının özəl həyatına müdaxilə etməyin nə olduğu onlara göstərəcəyik. Onlar qanun qarşısında hesab verəcəklər!"

Xəbərlər