XƏBƏRLƏR Xəbərləri - RSS
ÖLƏN və YAŞAYAN prokurora, Xanoğlan Şıxəliyevə salam olsun!
“Azərbaycan xalqı Heydər Əliyevin çörəyini yeyir. Bu çörək bərəkətlidir, halaldır, zəhmət hesabına başa gəlib. Bu çörək müstəqil Azərbaycanın, daim inkişaf edən vətənimizin müqəddəs nemətidir.” ( Xanoğlan Şıxəliyev) Allah ilk əvvəl hər-türlü təbii sərvətə, fauna-floraya, istilik və enerji mənbələrinə malik dünyanı, ardınca İnsanı yaratdı. O, İnsanı faili-muxtar yaratdı. O, İnsanı işıqlı və nurlu yaratdı. O, İnsanı ağıllı və kamallı yaratdı… Yaratdı ki, yaratdığı dünya sahibsiz qalmasın. Sonra O, yaratdığı insan cütlüyünü Yer üzünə göndərdi. Mənə görə Adəm və Həvva cütlüyü dünyanın ilk kosmonavtlarıdı. Layka adlı itin, Qaqarin, Korolyov, Tereşkova, nə bilim Armstronq və sair adlı insanların min illər sonra kosmosa göndərilməsi təkcə maraq deyil, həm də Baba və Nənənin doğulduğu “ilkə” qayıdış çabalarıdı. Bu məntiqlə razılaşmamaq oxucunun müstəsna səlahiyyətinə aiddir. Razılaşanın da, razılaşmayanın da canı və başı sağ olsun! Amma heç kim inkar edə bilməz ki, Allah adlı qüdrət sahibi aid olduğumuz dünyanı və İnsanı yaratdıqdan sonra, insanlar da öz dünyalarını və insanlarını yaratmağa başladılar. … Mənim də bir dünyam var: övladlarım və nəvələrim bu dünyanın sakinləri, yaşadığım 0,16 ha həyətyanı torpaq sahəsi bu dünyanın ərazisidir. Həm bu dünyanın, həm mənim dünyamın 1600 kv.m-lik ərazisində yaşayan sərçələr və yarasalar, pişiklər və siçanlar, kirpilər və ilanlar, toyuqlar və cücələr, ağcaqanadlar və milçəklər, hörümçəklər və qurbağalar da var ki, bütün itib-batan illər ərzində onlarla mənim aramda heç olmasa mübahisəyə bənzər olay-filan baş verməyib. Həəə, bir də ağaclar. İçdiyimiz sudan içən, udduğumuz havadan udan ağaclar. Ağaclar heyvanlara, həşaratlara və insanlara nisbətdə daha müqəddəsdirlər. Siz elə bir ağac tanıyırsınız ki, o ağac ziyankarlıqla, həlləm-qəlləm işlərlə məşğul olsun?! Güman ki, yox! … Axı bayaq dedim, mənim də bir dünyam var. Amma mən öz dünyama görə iki şəxsə borcluyam. Onlardan birincisi Ulu Öndərimiz Heydər Əliyevdir ki, əmin-amanlıq və firavanlıq içində yaşayan, ruzi-bərəkətinin qoxusu dünyanı fəth edən Azərbaycan dünyasını yaratdı və bu dünyanın sakinləri çox xoşbəxtdirlər. Nə gizlədim, Ulu Öndərimizin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışına qədər həyatımda əlamətdara oxşayan heç bir hadisə baş verməmişdi. Ya qurbanı olduğum Allah istəməmişdi, ya da qəddar və amansız Allah bəndələri. Beləcə, uzun illər sadəcə ruh gəzdirən tabut kimi mövcud olmuşdum. Lakin ruhdan düşməmiş və həmişə düşünmüşdüm ki, gün gələr Tanrı Nuru Heydər Əliyevin xarabalıqlar üzərində qurduğu müstəqil Azərbaycan adlı canım məmləkətimdə cındırından cin hürkən daxmama da – O Tanrı Nurundan pay düşər. Əqlim və hissiyatım məni aldatmadı. 1996-cı ilin dekabr ayında Cəlilabad rayonuna prokuror təyin edilmiş Xanoğlan Rza oğlu Şıxəliyev “Tanrı Nuru”nun xırda bir parçası kimi ömür-günümə daxil oldu və gələcək həyatımı büsbütün işıqlandırdı. Mən onun sayəsində öz dünyamı yaratdım; dövləti və vətəni sevməyi, namusla və vicdanla yaşamağı öyrəndim. … Artıq bir həftədir evdən bayıra çıxa bilmirəm. Əməlli-başlı şokdayam. Özümü dünyanın əhatə dairəsindən kənar boşluqda hiss edirəm. Başım məndən min kilometrlərlə aralıdadı. Deyəsən dəli olmağa başlamışam. Elə vəziyyətdəyəm nə onun öldüyünü, nə yaşadığını qəbul edə bilmirəm. Telefonuna zəng etməyə də qorxuram. Əslində bir az da utanıram. Çünki bu birinci dəfə deyil. Bir dəfə də belə hay çıxmışdı. Zəng edib telefonun o biri başından səsini eşidəndə yaman pərt olmuşdum. İndi yenə. Bəlkə?! Bilmirəm… … Qara xəbərlərin sayı nə çoxmuş, Məni məhvərimdən qoparıb atdı. Cənab Əzrailin insafı yoxmuş, Səni tələsdirdi, məni yubatdı. … Bir zərr qanadlıydın söz aləmində, Sözünü mələklər yoza bilməzdi. Tarixə yazıldın gözəl adınla, Heç kim sən deyəni deyə bilməzdi. … Mən sənə dost idim, sən mənə həmdəm, Dərdləri ikiyə bölə bilmədik. Sən xoşbəxt insandın, mənsə bəxti kəm, Hayıf ki, bir yerdə ölə bilmədik. … Təəssüf, təəssüf, yenə təəssüf, “Bizi ayrı saldı bimürvət əcəl.” Səni itirdiyim günə təəssüf- Barı röyalarda görüşümə gəl. … İndi hardasan, Xanoğlan müəllim? Doğurdanmı, onlarla kasıb-kusuba yaratdığın “dünya”nı başsız qoyub getdin?! Hüsaməddin Əhmədov (Hüsamə bin Sərxan)
« geriirəli »
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.