SİYASƏT Xəbərləri - RSS
Eks prezident Heydər Əliyevin vəfatından 13 il keçir
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosundan tutduğu vəzifədən öz şəxsi istəyi ilə istefa verib. 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Azərbaycan prezidenti Britaniya baş nazirinin ticarət elçisini qəbul edib
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson ilə sonuncu görüşünü məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında əməkdaşlığın genişləndiyini razılıqla qeyd edən prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın enerji sektorundan tutmuş iqtisadiyyatın digər müxtəlif sahələrinədək şaxələndirilməsinin önəmini vurğulayıb. İqtisadiyyatın şaxələndirilməsini ölkəmizin əsas məqsədlərindən biri kimi dəyərləndirən dövlət başçısı xüsusilə neftin qiyməti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bunun mühüm əhəmiyyət daşıdığını bildirdi. Prezident İlham Əliyev gələcəkdə dayanıqlı inkişafa yardım edə biləcək sahələrdə ənənəvi tərəfdaşlarımızla daha möhkəm əlaqələrin qurulmasının önəmini qeyd edib. Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson öz növbəsində prezident İlham Əliyev ilə son görüşünün uğurlu keçdiyini vurğulayıb. Azərbaycan ilə əməkdaşlığa toxunan qonaq ölkəmizin müvafiq maliyyə qurumları, o cümlədən bankları və fond birjası ilə əlaqələrin qurulduğunu məmnunluqla qeyd edərək London Fond Birjasının Azərbaycan ilə tam tərəfdaşlıq əlaqələri qurulmasında maraqlı olduğunu bildirib. Baronessa Nikolson gələn ilin yazında Londonda Azərbaycanın maliyyə strukturları ilə birgə konfrasın keçirilməsini təklif edərək, İ. Əliyevin orada iştirakının əhəmiyyətli ola biləcəyini deyib. Dünya şöhrətli memar Zaha Hadidin ölkəmizdə həyata keçirdiyi layihənin uğurlu olduğunu məmnunluqla xatırlayan qonaq gələcəkdə digər layihələrlə bağlı bu əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
GHK Prezidentinin köməkçisi Aytəkin Ədalət Qızı Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşib dəstək olmaq məqsədimiz
" Gənc Heydərçilər Klubu ”-nun Prezidentinin köməkçisi Aytəkin Ədalət Qızı deyir ki, başlıca məqsəd gənc bacarıqlı gəncləri bir araya gətirməkdir: “Məqsədimiz Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi və idmansevərləri Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasına sıx birləşdirməkdir. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında yer alan bütün gənclər əsasən, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir və sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında mühüm rol oynayırlar. Bir sözlə, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkələrin dəstəyilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq”. Nicat Müslümov 2015-ci il Iyun 2-dən start götürmüş " Gənc Heydərçilər Klubu ”-nun təşəbbüskarıdır. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa da müvafiq qərar var. Bizdə Gənc Heydərçilər Klubu olaraq ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. “Gənc Heydərçilər Klubu” olaraq könüllü fəaliyyətin əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur: Teşebbüs qrupu olaraq Gənc Heydərçilər Klubu olaraq Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşib dəstək olmaq məqsədimiz . Aytəkin Ədalət Qızı bildirib ki, sözügedən səhifəni izləyənlərin sayı 10.900 min -dən artıqdır və səhifənin izləyicisi olan üzvlərinin sayı gündən-günə artır: “Bizim layihədə 18-50 yaş arası könüllü insanlar iştirak edir. Dövlət və özəl sektorda çalışanlar , gənc tələbələrimiz də var”. GHK -nun Prezidentinin köməkçisi Aytəkin Ədalət Qızı deyir ki, komandanın üzvlərin sayı isə ümumilikdə 15 nəfərdən ibarətdir: Struktur bölmələrimiz var misal ücün " Gənc Heydərçilər Klubu ” – nun Prezidenti " Gənc Heydərçilər Klubu ” – nun Prezidentinin müşaviri " Gənc Heydərçilər Klubu ”-nun Vitse Prezidentləri və daxildə " Gənc Heydərçilər Klubu ”-nun Tələbə Gənclər Təşkilatı işləri üzrə Departamenti ve başqa bölmələrimiz var bu bölmələri gənclər idarə edir. Bizim layihə Azərbaycan daxili və regiyonlarda var istər gənclərə görüşdə istər internetlə “Facebook”da yaratdığımız " Gənc Heydərçilər Klubu ”-nun səhifəmizi istər ölkəmizdə, istərsə də Avropada təhsil alan gənclər səhifənin, qrupun fəaliyyətini izləyə bilirlər və onlar da öz çevrələrini, Avropada yaşayan insanları bura üzv olmağa dəvət edərlər. Mən bütün soydaşlarımızı “Facebook”da yaratdığımız " Gənc Heydərçilər Klubu ”-nun səhifəmizi izləməyə, aktiv fəaliyyət göstərməyə çağırıram”. Aytəkin Ədalət Qızı deyir ki, səhifədə milli mədəniyyətimiz, ədəbiyyatımız , tariximiz, milli musiqimiz , İdmanımız haqqında paylaşımlar gedir: “Azərbaycanı təbliğ edirik. Həmçinin səhifədə Azərbaycanın Prezident cənab İlham Əliyevi, Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, ”Baku” Jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva haqqında yazılar dərc olunur. Səhifəmizdə Dağlıq Qarabağ, milli qəhrəmanlar 20 Yanvar, Xocalı soyqırımı haqqında məlumatlar gedir”. Aytəkin Ədalət Qızı deyir ki, Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, fəallığı, intellekti, müasirliyi ilə seçilir: “Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə və tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Azərbaycan Prezidentinin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. İndiki situasiyada da gənclərimiz bu sahədə dövlət tərəfindən atılan addımları çox yüksək qiymətləndirirlər. Onlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin əsas dəstəkverici qüvvəsi, təbliğatçısı və təşviqatçısıdırlar. Hesab edirəm ki, bundan başqa cür də ola bilməz. Çünki gənclərimiz bu siyasətin onların həyatında müsbət dəyişikliklərə səbəb olduğunu açıq görürlər. Ümid edir və buna qətiyyətlə inanırıq ki, bundan sonra da Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara, nailiyyətlərə imza atacaq”
« geriirəli »
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.