İDMAN Xəbərləri - RSS
Azərbaycan futbolunda unikal hesablar: 11:3, 13:4, 15:0, 13:1, 12:0...
Futbol üzrə Azərbaycan I divizionda birinci dövrəyə yekun vurulub. Sonuncu - XIII tur "Səbail" - "Bakılı" qarşılaşmasındakı məhsuldarlıqla əlamətdar olub. Meydan sahiblərinin 11:3 hesabı ilə qalib gəldiyi matçda azarkeşlər 14 qol görüb. Xeber24.az-ın Milli.Az-a istinadən verdiyi xəbərə əsasən, PFL-dən bildirilib ki, bu, əvvəl I dəstə adlanan aşağı liqa tarixində ən məhsuldar 4 oyundan biridir. Sonuncu dəfə 14 və ya daha çox qolun vurulduğu matç 2000/01 mövsümündə yaşanıb. OİK (Bakı) və "Lokomotiv" (İmişli) arasında görüşdə rekord sayda - 17 qol vurulub. Meydan sahiblərinin 13:4 hesablı qələbəsi I divizion tarixinə ən məhsuldar oyun kimi düşüb. Ən böyükhesablı qələbə isə 1993/94 mövsümündə qeydə alınıb. "Metallurq" (Sumqayıt)"Göytəpə" (Göytəpə) ilə görüşdə rekord vurub - 15:0. Həmin mövsüm sumqayıtlıların daha bir oyununda yüksək məhsuldarlıq yaşanıb. "Metallurq" 14 qolun vurulduğu görüşdə "Şirvan"ı (Ağdaş) məğlub edib - 13:1. Qeyd edək ki, bir komandanın "Səbail" - "Bakılı" oyunundakı kimi 11 və ya daha çox qol vurduğu sonuncu matç ötən mövsümə təsadüf edib. "Neftçala" (Neftçala) səfərdə "Energetik"i (Mingəçevir) 12:0 hesabı ilə məğlub edib. Ən azı 9 top fərqinin qeydə alındığı son matç isə cari mövsümdə yaşanmışdı. "Zaqatala" elə "Energetik"in qapısından 10 cavabsız top keçirib.
"Qəbələ" 1 qolla qalib gəldi, "Qarabağ" "Kəpəz"ə qarşı - YENİLƏNİB
Xeber24.az xəbər verir ki,"Qarabağ" - "Kəpəz" oyununa start verilib. "Qarabağ" - "Kəpəz" - 0:0 Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Nahid Əliyev, Yaşar Abbasov Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev AFFA nümayəndəsi: Maşallah Əhmədov Hakim-inspektor: Asim Xudiyev Suraxanı qəsəbə stadionu "Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Migel Madera, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Kintana Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 9. Reynaldo, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev Baş məşqçi: Qurban Qurbanov "Kəpəz": 88. Tadas Simaitis, 21. Novruz Məmmədov. 36. Renan Silva, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 77. Serjio Kosta, 19. Orxan Əliyev, 90. Julien Ebah Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 25. Şəhriyar Əliyev, 9. Tural Qürbətov, 80. Tural Rzayev, 6. Ceyhun Cavadov, 4. Qaraxan Əliyev Baş məşqçi: Şahin Diniyev ---------- 17:06 Bu gün Azərbaycan Premyer Liqasında XII tura start verilib. Milli.Az xəbər verir ki, ilk oyun "Qəbələ" ilə "Zirə" arasında olub. "Qəbələ" - "Zirə" - 1:0 Qol: F. Ozobiç, 52 Hakimlər: Ömər Paşayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Akif Əmirəli Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov AFFA nümayəndəsi: Eldəniz Musayev Hakim-inspektor: Əli Hüseynov Qəbələ şəhər stadionu "Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 32. Rəşad Eyubov Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov, 44. Rafael Santos Baş məşqçi: Roman Qriqorçuk "Zirə": 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 7. Gerhard Proqnı, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 20. Sezar Meza Kolli, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 44. Migel Lorenso, 92. Cavid Tağıyev Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 10. Elvin Məmmədov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 19. Nurlan Novruzov, 77. Yamin Ağakərimzadə Baş məşqçi: Adil Şükürov ---------- 09:12 Bu gün Azərbaycan Premyer Liqasında XII tura start veriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq turun görüşləri iki gün ərzində oynanılacaq. İlk oyun günündə həm də həftənin mərkəzi qarşılaşması oynanılacaq. Belə ki, UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ" öz meydanında "Zirə"ni qəbul edəcək. Ardıcıl 13 oyundu ki, uduzmayan Roman Qriqorçukun yetirmələri "Qarabağ"la çətin oyundan bir tur öncə xal itirmək istəmir. Turnir cədvəlində böyük xal fərqi ilə öndə olsa da, son turlarda itirdiyi xallarla məhz Ağdam klubu ilə aradakı fərqin "əriməsi"nə səbəb olan "qırmızı-qaralar" növbəti itkiyə icazə vermək istəmirlər. Qonaqlar isə ilk üçlükdən uzaq düşməmək üçün xal qazanmalıdır. Avroliqanın qrup mərhələsindəki digər təmsilçimiz "Qarabağ" da doğma meydanda oynayacaq. Ağdamlılar "Kəpəz"i qəbul edəcək. Son 4 turda qələbə qazanan ağdamlılar "Qəbələ"nin büdrəməsindən asılı olaraq, zirvəyə sahib çıxa bilər. Qurban Qurbanovun yetirmələri 17 matçdı uduzmadığı rəqibini bu dəfə də itkisiz keçə bilər. 3 turdu qalib gəlməyən gəncəlilər isə uğursuz seriyaları qırmaq əzmindədi. Azərbaycan Premyer Liqası XII tur 19 noyabr (şənbə) 15:00. "Qəbələ" - "Zirə" Hakimlər: Ömər Paşayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Akif Əmirəli Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov AFFA nümayəndəsi: Eldəniz Musayev Hakim-inspektor: Əli Hüseynov Qəbələ şəhər stadionu 18:00. "Qarabağ" - "Kəpəz" Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Nahid Əliyev, Yaşar Abbasov Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev AFFA nümayəndəsi: Maşallah Əhmədov Hakim-inspektor: Asim Xudiyev Suraxanı qəsəbə stadionu Turnir cədvəli 1. Qəbələ 11 7 4 0 26-4 25 2. Qarabağ 11 8 1 2 23-5 25 3. İnter 11 5 5 1 17-11 20 4. Zirə 11 4 2 5 10-12 14 5. Kəpəz 11 2 6 3 7-10 12 6. Sumqayıt 11 2 4 5 9-17 10 7. Neftçi 11 3 0 8 9-25 9 8. AZAL 11 0 4 7 4-21 4 Bombardir: Baqali Dabo ("Qəbələ") - 7
Voleybol üzrə Avropa çempionatının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb
Azərbaycan prezidenti İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. XEBER24.AZ-IN məlumatına görə, 2017-ci ilin sentyabr–oktyabr aylarında Bakı şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Təşkilat Komitəsinin üzvləri Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cavid Qurbanov – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ramin Quluzadə – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi Faiq Qarayev – Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Təşkilat Komitəsi 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planını hazırlayıb həyata keçirməlidir.
« geriirəli »
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.