DÜNYA Xəbərləri - RSS
Sara Zeynalovaya yeni görev verildi
GHK-nun mətbuat xidmətinin rəhbəri Xeber24.az-a verdiyi məlumata əsasən 20 Noyabr 2016-cı ildən Gənc Heydərçilər Klubunun Prezidenti Nicat Müslümov tərfindən Türkiye'nin Muğla'nın Milas bölgəsinə üzürə Gənc Heydərçilər Klubunun region rəhbəri Sara Zeynalova təyin olunur. Sara Zeynalova 21.07.1989 Baki şəhərində anadan oldu . Ali tehsilidir .Adalet kalkınma partisi Milas gençler birliğinin insan hakları Başkanıdir . Türkiyə arasında mühüm əhəmiyyətə malik 100-dən çox sənəd imzalanmış və onlar istər qarşılıqlı faydalı əlaqələrin inkişafında, istərsə də regional əməkdaşlığın genişlənməsində xüsusi rol oynamışdır. Bəli, tarixi köklərə söykənən, çətin sınaqlara sinə gərən, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalq arasındakı ən təbii hisslərdən bəhrələnən, ondan güc alan Azərbaycan – Türkiyə qardaşlığı daim möhkəmlənir, güclənir, zamanın diqtəsi ilə durmadan inkişaf edir, regionda əmin-amanlığın qarantına çevrilir. Bu isə belə deməyə əsas verir ki, bu mövzu daim tədqiqatçıların, siyasətşünasların diqqət mərkəzində olacaq. Bizdə Gənc Heydərçilər Klubu olaraq ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Layihə rəhbəri YAP – üzvü Nicat Müslümov 2015-ci il Iyun 2-dən start götürmüş “Gənc Heydərçilər Klubu ”dəstək kampaniyasının təşəbbüskarıdır. "Facebook”da yaratdığımız “Gənc Heydərçilər Klubunun ” 10.900-dən artıqdır və səhifənin izləyicisi olan üzvlərinin sayı gündən-günə artır: Teşebbüs qrupu və Gənc Heydərçilər Klubu olaraq qayəmiz möhtərəm Prezident İlham Əliyevin ətrafında məqsədimiz sıx birləşmək, Ümumimilli liderimiz Heydər Əliyevin siyasətini davam etdirməkdir.
Hulusi Akardan erməni deputata cavab: "Bunu isbat etməyən şərəfsizdir" - YENİLƏNİB
Türkiyə Silahlı Qüvvələri Baş qərərgah rəisi Hulusi Akar NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyası çərçivəsində keçirilən Müdafiə və təhlükəsizlik komitəsinin iclasında çıxışı zamanı erməniləri biabır etdi. Bunu Trend-ə iclasda iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, Hulusi Akar erməni nümayəndə heyətinin rəhbərini əxlaqsız, tərbiyəsiz, şərəfsiz və mənəviyyatsız adlandırdı: "Erməni deputat Hulusi Akara yersiz suallar verdi ki, İraqı siz tutmusunuz, İŞİD-ə dəstək verirsiniz və s. Hulusi Akar da çıxışında bu məsələlərin hamısına aydınlıq gətirdi və bildirdi ki, əgər bir nəfər sübut edə bilsə ki, biz İraqda nə iləsə məşğul olmuşuq, mən istefa verməyə hazıram və erməni deputatını əxlaqsız, tərbiyəsiz, şərəfsiz və mənəviyyatsız adlandırdı". S.Novruzov əlavə edib ki, Hulusi Akarın erməni deputatına dediyi sözləri zalda ayağa qalxıb alqışladılar: "Bütün zal alqışladı ki, ermənilər, siz mənəviyyatsızsınız, əxlaqsızsınız". -------- 15:42 "Türk ordusu indiyə qədər Hələbdə tək güllə də atmayıb, bunu isbat etməyən şərəfsizdir" "Qalileyə qarşı çıxılması dünyanın öz oxu ətrafında dönməsi gerçəyini dəyişdirmədi". Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO Parlamentar Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasında Ermənistandan olan deputat Koruyn Nahapetyanın "erməni soyqırımı" barədə sualına cavab verərkən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar bildirib. H. Akar erməni millət vəkilinin sualını tarixi həqiqətlərin saxtalaşdırıla bilməyəcəyinə dair örnək verərək cavablandırıb: "Qaliley dünyanın öz oxu ətrafında döndüyünü deyəndə ona inanmadılar, ancaq bu, həqiqəti dəyişdirmədi. Bəhs etdiyiniz "erməni soyqırımı"nın olmaması da bizim üçün o tarixi həqiqtələrdən biridir. Siz bunu nə qədər gündəmə gətirsəniz də, tarixi həqiqət dəyişməyəcək". K. Nahapetyanın noyabrın 19-da Suriyanın Hələb şəhərində Türkiyə-İŞİD terror təşkilatı əməkdaşlığı nəticəsində 5 nəfərin ölməsi barədə iddiasına isə H. Akar sərt reaksiya verib: "Türk ordusu indiyə qədər Hələbdə tək güllə də atmayıb. Bunu isbat etməyən şərəfsizdir, isbat etsəniz, istefa verməyə hazıram. Sözünüzü geri götürrməyinizi tələb edirəm".
« geriirəli »
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.