CƏMİYYƏT Xəbərləri - RSS
HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR
Sizə təqdim edəcəyimiz şəxs şəhid Azərbaycan polisi Vəliyev Əli İmran oğludur. O Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi başlayan zaman o Xocalı rayon polis şöbəsində Yol Patrol Xidmətində İnspektor vəzifəsini icra edib. 1962-ci ildə Ağdam rayonunda doğulan şəhidimiz münaqişə zamanı Dağlıq Qarabağda erməni vandallarının azərbaycanlılara qarşı törətmək isdədiyi bir çox qətliamın qarşısını alıb. Qəhrəman Vətən oğlu sonuncu dəfə Şuşadan Ağdama gedən fəhlə avtobusuna olan hücumun qarşısın alıb. Daha sonra bu hücum planını tərtib edən erməniləri müəyyən edərək xidmət vaxtından sonra tək başına həmin şəxslərin üstünə gedib. Əlbəyaxa qaldığı yüksək rütbəli ermənilər bütün ictimaiyyət içində necə deyərlər sındırır. lakin Qəhrəmanımızın bu jesti bəzi dairələri narahat etməyə başlayır. O xeyli hədə-qorxulara məruz qalsa da bu şərəfli yoldan çəkinmir. Nəhayət 1991-ci 26 sentyabr tarixində, Əsgəran istiqamətində o öz xidmətçi yoldaşı ilə birgə ermənilərin hazırladığı pusquya düşür. Amansız düşmən yuxarının tapşırdığı hədəfə - yəni Vəliyev Əliyə və yoldaşına 69 güllə vurur. Onun 68-i Əli Vəliyin vicuduna tuş gəlir... (Məqsəd bəllidir ki, düşmənin niyyəti onu qətlə yetirmək olub) Həmin tarixdən sonra qəhrəman Azərbaycan polisi şəhadətə qovuşsa da hələ də onun xidməti laiqli şəkildə qiymətlənməyib. Şəhid Azərbaycan polisi əbədiyyata qovuşarkən iki azyaşlı övladı olub... 23 fevral doğum günüdür. Gəlin hamımız bu qəhrəmanımızı yad edək
Attestasiya ilə bağlı Elşən Qafarovdan açıqlama
Son vaxtlar Respublika müəllimlərindən saytımıza Müəllimlərin attestasiyası ilə bağlı bir çox suallar gəlib. Biz də sualları cavablamaq üçün, təhsil eksperti Elşən Qafarova müraciət etdik. Hal-hazırda verdiyimiz sualları və aldığımız cavabları oxucularımıza təqdim edirik. 1.Attestasiyanın yekun nəticələrinə görə, aşağı göstəricilərə malik müəllim işdən azad edilməlidir, yoxsa əlavə təkmilləşmə kurslarında gondərilərək təkrar şans verilməlidir? ---Dediyimiz kimi müəllimlər göstərdikləri ümumi nəticəyə görə A,B,C,D qruplarına bölünür. Maksimum həddin 81%- 100% nəticə göstərənlər A, 61%-80% nəticə göstərənlər B qrupuna ,31%-60% nəticə göstərənlər C qrupuna daxil edilə bilər.( BU mənim fikrimdir). D qrupuna daxil olacaq 0%-30% müəllimlərlə müddətsiz əmək müqaviləsi ləqv edilir. Atesstasiyanın başlanmasından ən azı 1 il öncə hər bir mərhələnin müddəti , keçirilmə şərtləri ,qaydaları,nəticələrin hesablanma forması dəqiq elan edilməlidir ki, müəllimlər Diaqnostik Qiymətləndirmə zamanı olduğu kimi aldadılmasınlar. 2.Attestasiyada istifadə olunacaq suallar əvvəlcədən hazırlaşmaq üçün müəllimlərə təqdim olunmalıdır, yoxsa "muəllim öz fənnini bilməlidir" prinsipini əsas gətirərək hazırlıqsız olaraq imtahan edilməlidir? Dediyimiz kimi DQ-ni keçirərkən buraxilmış kobud səhvlər buraxılmamalıdır. Bu səhvlərdən biri də müəllimlərin ixtisas adı altında fənn bilimlərinin , peşə bilimləri ilə qarışıq salınması oldu.Təhsil Nazirliyi attestasiyada düşəcək mövzuları, bunlarla bağlı test və ya aşıq sualları attestasiyanın keçirilməsi haqqında məlumata qədər çap etməli, və vəsaitlər əlçatan olmalıdır.Yəni attestasiyada düşəcək mövzularla bağlı məlumatlar , açıq və qapalı testlər atesstasiyanın keçirilməsindən ən azı 10 ay öncə çap edilib satışa çıxarılmalıdır. 3.Fənn suallari verilməsə belə, kurikulum və İKT sualları öncədən təqdim olunmalidirmi? Dediyim kimi atesstasiyada düşəcək suallar deyil ,mövzuların adları , açıq və qapalı test nümunələri çap oluna bilər. Tibb sahəsində olduğa kimi konkret sualların müəllimlərə açıqlanması texniki cəhətdən mümkün deyil və düzgün deyil. Diaqnostik Qiymətləndirmənin nəticələri vasitəsi ilə müəllimlərə qarşı olan səriştəsiz addımların nəticəsi bu sahədə işləyən təhsil işçilərini atesstasiyanın necə keçirilməsi, onunda nəticələrindinin müəllimlər üçün bir kabusa çevriləcəyindən irəli gələn narahatçılıqlar qəbuledilən və başa düşüləndir. Yaranmış vəziyyətlə bağlı fikir və təkliflərimi sizinlə bölüşməyə qərar verdim. Əvvəla təhsil işçilərinin attestasiyasını keçirmədən təhsilimizi düşdüyü anlaşmaz vəziyyətdən qurtarmaq mümkün deyil.2014-2017-ci illəri əhatə edən Diaqnostik Qiymətləndirmənin nəticələrindən düzgün istifadə edilməməsi, nəticədə 150 000-lik müəllim ordusunun incik salınması onu deməyə imkan verir ki , 2018-ci ildə attestasiayanın keçirilməsi inandırıcı görünmür. Əgər atesstasiya keçirilərsə bu ən yaxşı halda 2019-cu ildə keçiriləcək. Baş verənlər təsdiq etdi ki, Təhsil Nazirliyi nəinki, atesstasiyanı , hətta müəllimlərin işə qəbulu və ya direktorların işə qəbulu müsabiqəsini şəvvaf həyata keçirtmək iqtidarında deyil. Bu prosesin( aşağıda göstərdiyim 1-5 bənlərini) DİM-ə tapşırılması daha doğru addım olardı. Müəllimlərin atesstasiyasının keçirilməsinin formatı ilə bağlı fikirlərimi sizə təqdim edirəm . Təhsil sahəsində son illərdə baş verənlər atestasiyasını qaçılmaz edib. Əmək Məcəlləsinin 65-ci maddəsində işçilərin atestasiyadan keçməsi işəgötürənin müfaviq əmri ilə yaradılmış komissiya tərəfindən həyata keçirilməsi tövsiyyə edilirsə , Təhsil Nazirliyinin Əsasnaməsinin 8.36-cı bəndindində isə təhsilverənlərin atestasiyasının keçirilməsi Təhsil Nazirliyinin vəzifəsi kimi göstərilmişdir. Əmək Məcəlləsində həmin maddədə təhsil işçiləri istisna olmaqla əlavə edilməlidir. 2014-2017-ci illərdə keçirilmiş Diaqnostik Qiymətləndirmənin nəticələri analiz olunmalı 30%-dən aşağı bal toplayan müəllimlərin faizi bəlli olmalıdır. Atestasiya 2018 ci ilin fevralında elan olunarsa 2019-cu ilin mart-iyun aylarında keçirtmək olar.Atestasiyanı aşağıdakı istuqamətlər və mərhələr üzrə keçirtmək lazım gələcək : 1.Müəllimlərin pedaqoji və psixoloji bilikləri 2. Müəllimlərin yeni təlim texnalogiyaları ( kurikulum),İKT haqqında bilikləri 3. Müəllimlərin fənn bilikləri 4.Məntiq və dünyagörüş. 5. Müəllimlərin yazı vərdişləri ( esse) 6. Müəllimin pedaqoji fəaliyyətinin təhlili I-IV mərhələləri DİM test üsulu ilə , V mərhələni yazılı şəkildə həyata keçirilə bilər. 6. Müəllimin pedaqoji fəaliyyətinin təhlili isə məktəbdə və RTŞ tərəfindən həyat keçirilir. 6.1. Müəllimin dərs dediyi siniflərdə təhsilalanların atestasiyasının nəticələri. 6.2. Müəllimin dərs dediyi siniflərdə RTŞ tərəfindən keçiriləcək ildə 2 dəfədən az olmayaraq seçmə üsul ilə keçirilən manitorinqlərin nəticələri. 6.3.Məktəb direktorunun yerli həmkarlar komitəsi ilə birlikdə hazırladığı müəllimin pedaqoji xasiyyətnaməsi. 6.4. Müəllimin Təhsil Nazirliyinin xətii ilə keçirilən müxtəlif yerli və beynəlxalq seminar və təlimlərdə,müsabiqələrdə iştirakı. 6.5.Müəllimin dövri KİV-də təhsil ilə bağlı araşdırmaçı məqalələrinin olması 6.6.Müəllimin elmi naliyyətləri ,fəxri adları. 6.7. Müəllimin şagirdlərinin yerli və beynəlxalq olimpiyadalarda ,müsabiqələrdə iştirakı ,naliyyətləri. 6.8. Müəllimin dərslik və ya metodik vəsait müəllifi olması 6.9. Müəllimin İKT naliyyətlərindən praktik istifadə bacaqığı. 6.10 . Müəllimin Yeni Təlim Texnalogiyalarını tətbiqi bacarıqları Atestasiyadan kecən müəllimlərin müxtəlif mərhələlər üzrə qiymətləndirmə mexanizmləri hazırlanmalı ,nəticə olaraq müəllimlər 4 –A,B,C,D kateqoriyarına bölünməlidir. Bu kateqoriyalar həm də müəllimin əmək haqqının stimullaşdırılması üçün əsas mexanizm olmalıdır. D kateqoriyalı müəllimlərlə müddətsiz əmək müqaviləsi ləğv edilməlidir ( işinə davam etmək istəyənlərə ehtiyac olan vakansiyalar üzrə 1 il şans verilə bilər). A kateqoriyalı müəllimlər yalnız 3 il bu kateqoriya ilə işləyə bilərlər. B və C kateqoriyalı müəllimlər də 3 il bu kateqoriyada işləyə bilərlər. Amma hər il imtahan verib B-dən A-ya , C-dən –B-yə kateqoriyasını yüksətmək imkanı müəllimlərə imkan yaradılmalıdır.. Əmək məcəlləsinin 66-cı maddəsində “eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər” cümləsində “ təhsil işçiləri istisna olmaqla “ düzəlişi edilməlidir. Atestasiya zamanı İbtidai sinif müəllimləri,Riyaziyyat-İnformatika,Təbiət və Texniki fənn müəllimlərinə tələblər daha ciddi qoyulması səmərəli olardı.( Eyni zamanda həmin ixtisaslı müəllimlərin əmək haqqının digər müəllimlərin əmək haqqından 15% artıq olması da bu səmərəliliyin məntiqi əsası olardı ) Hər birinizin fikir və təklifini hörmət və maraqla dinləməyə hazıram
"Heç mən elə mənasız, yersiz, Azərbaycan sənətkarına yaraşmayan söhbət edərəmmi?"
“Gecənin səsi” verilişindən sonra aparıcı Natiq Dağlaroğlu bizimlə söhbətdə səhvini etiraf edib ağladı...” Xeber24.az Moderator.az-a istinadən məlumat verir ki Bəzi saytlar “Dünya TV”-nin efirində yayımlanan “Gecənin səsi” verilişində baş vermiş qalmaqallı hadisə barədə məlumat verib. Qeyd edilir ki, guya mərhum əməkdar artist, unudulmaz sənətkar Məhəbbət Kazımovun ildönümünə həsr olunan buraxılışda əməkdar artist, xanəndə Ehtiram Hüseynov verilişin aparıcısı Natiq Dağlaroğluna ünvanladığı suallarda filan müğənninin “qarabağlı”, digərinin “şirvanlı” olduğunu vurğulayıb. Və Məhəbbət Kazımova aid verilişdə yalnız qarabağlıların iştirak etməli olduğunu bildirərək, aparıcının ünvanına ağır sözlər söyləyərək verilişi tərk edib. Sözügedən sayta açıqlamasında əməkdar artist Ehtiram Hüseynov barəsində və verilişdən öncə baş verənlər haqda deyilənlərin həqiqətdən xeyli uzaq olduğunu bildirib: “Mediada guya mənim “Dünya TV”-nin verilişi zamanı “şirvanlı-qarabağlı” söhbəti aparmağım haqda deyilənlər ağ yalandır. Əvvəla, söhbət veriliş vaxtı yox, “Gecənin səsi” verilişindən öncə baş verib. Təxminən 15 dəqiqə əvvəl aparıcı Natiq Dağlaroğlu mənimlə bərabər gələn gənc müğənni Nicat Həsənova dedi ki, sən bu günkü verilişdə oxumayacaqsan. Mən dözməyib məsələyə qarışdım ki, axı, nəyə görə öncədən bu sənətkara demisiz, gəlib, indi də deyirsiz, yox oxumayacaqsan. Bu veriliş rəhmətlik Məhəbbət Kazımova həsr olunub. Ona görə də orada əsasən Məbəbbəti yaxından tanıyan, onun sənətinə bələd olan insanlar iştirak etməlidir...” Əməkdar artist qeyd edib ki, öncədən, təxminən 4-5 gün əvvəl aparıcı Natiq Dağlaroğluyla razılaşmaya görə sözügedən verilişdə xanəndə özü də daxil olmaqla 5 sənətçi(Habil Laçınlı, Könül Kərimova, Nicat Həsənov və Məhəbbət Kazımovun bacısı oğlu Hikmət Məhəbbət) iştirak etməli imiş. “Mən Ağsudan olan İsa adlı müğənninin iştirak edəcəyini bilmirdim. Gəldim studiyada onu gördüm. Və mən sadəcə, o fikri ifadə etmişəm ki, necə olur, əvvəlcədən razılaşmanın əksinə olaraq aparıcı Nicat Dağlaroğlu Məhəbbət Kazımovun qohumu olan, onu yaxşı tanıyan sənətçi Nicat Həsənovu verilişə 10 dəqiqə qalmış kənarlaşdırır və əvəzində Məhəbbətlə heç bir əlaqəsi olmayan İsa adlı müğənnini qəbul edir. Demişəm ki, əgər Nicat oxumayacaqsa, mən də oxumuram və verilişə girmirəm. Mən qətiyyən deməmişəm ki, filankəs qarabağlıdır, bu birisi şirvanlıdır. Heç mən elə mənasız, yersiz, Azərbaycan sənətkarına yaraşmayan söhbət edərəmmi?..”-deyə müğənni bildirib. Xanəndə Ehtiram Hüseynov Azərbaycanın hər bir guşəsi kimi Şirvan bölgələrinin də onun üçün əziz olduğunu vurğulayaraq deyib:”Mənim üçün digər bölgələrimiz kimi Şirvan da əzizdir. Dəfələrlə telekanallara, saytlara müsahibələrimdə qeyd etmişəm ki, Şirvan, xüsusən İsmayıllı məndən ötrü Laçından sonra əziz yurdlardan biridir. Demək olar ki, hər yay İsmayıllıya istirahətə gedirik, o yerlərdə çoxlu dostlarımız var. Elə “Gecənin səsi” efirə gedən gün Məhəbbətə həsr olunmuş başqa bir verilişdə demişdim ki, Məhəbbətə oxşar oxuyanlardan biri də İsmayıllıdan olan İsmayıl Rəcəbovdur. Əgər şirvanlılara rəğbətim olmasa, bunu deyərəmmi heç?..” Ehtiram Hüseynov “Gecənin səsi” veriılişinin aparıcısı Natiq Dağlaroğlu ilə həqiqətən mübahisə etdiyini və ağır sözlər dediyini etiraf edib:”Natiq Dağlaroğluna mən gerçəkdən kəskin cavab verdim. Verilişdən sonra Natiq və digər sənətçilərlə; Məhəbbətin bacısı oğlu Hikmət, Şəmsəddin və qarmonçalan Tofiqlə bir yerdə neçə saat bir yerdə oturub məsələni müzakirə etmişik. Bundan sonra Natiq Dağlaroğlu səhv etdiyini etiraf edib, hətta kövrəlib ağlayıb da...”
Azərbaycanda müəllimlərə günün mühüm xəbəri: Bu halda işdən çıxarılacaq
Bu xəstəliyi olan müəllimlər işdən çıxarılacaq Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası"nın təsdiq edib. Xeber24.az "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, yeni qaydalara əsasən təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi, xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması və infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə tibbi müayinələr keçirilməlidir. Müayinələri tibb müəssisəsinin rəhbəri tərəfindən yaradılan komissa həyata keçirir. Bundan sonra bağça müəllimləri işə götürülmədən öncə ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası, qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə), nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı), süzənək testi, bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinədən keçməli olacaqlar. Tibbi yoxlanışdan keçməkdən imtina edən şəxslər işə buraxılmayacaq. Tibbi müayinədən keçmiş namizədlərdən vərəm, sifilis, süzənək, qurda yoluxma, kəskin və xroniki bağırsaq infeksiyaları, kəskin virus infeksiyaları, kəskin bakterial infeksiyalar, ruhi xəstəliklər, narkoloji xəstəliklər və ağıreşitmə halları aşkaralan şəxslər işə götürülmür. Müayinədən keçəcək şəxslərin siyahısı işəgötürən şəxslər tərəfindən hər il dekabrın 1-dən gec olmayaraq hazırlanmalıdır və 3 gün ərzində həmin şəxslərə göndəriş verilməlidir. Təhsilverənlər 15 gün müddətinə müayinədən keçib nəticəni işəgötürən şəxsə təqdim etməlidirlər.
« geriirəli »
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Saytimizda testler gormek isteyirsinizmi?
a) Beli
b) xeyir
c) ela olar

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.