Bakıda internet problemlərinin həlli ilə bağlı işçi qrup yaradıldı


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə xidmətlərinin keyfiyyətlərinin yüksəldilməsi üçün işlər aparılır.
Baxıldı: 452 .

Xeber24.az 09.03.2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə xidmətlərinin keyfiyyətlərinin yüksəldilməsi üçün işlər aparılır. Belə ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) genişzolaqlı şəbəkənin yenidən qurulması üçün işçi qrupu yaradılıb.

 

Xeber24.az APA-ya istinadən bildirir ki, yaradılan işçi qrupu artıq yeni layihənin icrasına start verib.

 

Layihənin 2017-ci ilin əvvəlinədək tamamlanması planlaşdırılır. Layihə nəticəsində Bakı şəhərində hər bir istifadəçi sürəti 100Mb/s olan internet xidməti ilə təmin olunacaq.

 

Təkmilləşmiş infrastruktur həm də İP-TV xidmətinin Bakı ərazisində daha da inkişaf etməsinə imkan yaradacaq. Nəticədə istifadəçilər eyni xətt üzərindən ən son standartlara uyğun keyfiyyətli səs, internet və İP-TV xidmətləri ala biləcəklər.

 

İşçi qrupu mövcud vəziyyətin monitorinqinə başlayıb və məlum olub ki, hazırkı infrastrukturun istifadəsində qanunsuzluqlara yol verilib. Hazırda şəbəkənin, o cümlədən kabel kanalizasiya quyularının inventarizasiyası aparılır və onların istismarında qanundan yayınanlarla bağlı tədbir görüləcək.

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər TEXNOLOGİYA xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Saytimizda testler gormek isteyirsinizmi?
a) Beli
b) xeyir
c) ela olar

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.