"Yolumuz nikah masasına qədər gedib çıxacaq"


"Yolumuz nikah masasına qədər gedib çıxacaq"
Baxıldı: 681 .

xeber24.az 07.03.2016


Xəbər24 müğənni Zamiqin primetime.az-a müsahibəsini təqdim edir.

Zamiq, səni enerjili və xoşbəxt gördüm. Üzünü güldürən o xoşbəxtliyi tapmısan. deyəsən.

- Bəli, xoşbəxtəm! Sevdiyim işlə məşğulam, ətrafımda məni anlayan, qayğı göstərən dostlarım və o özəl xanım var. 

Zamiqin ürəyini ələ almağı bacaran qadın kimdir? 

- O, tam başqa bir sferanın adamıdır. Özü də ancaq mənə qulaq asır. Məndən başqa heç kimi bəyənmir (gülür). Hətta mən ona başqa müğənnilərin ifalarını dinləməyi məsləhət görəndə etiraz edir.

Sevgilin məşhurlardan deyil ki?

- Ürəyimin sahibi olan bu xanım model deyil. İncəsənət aləmindən uzaq insandır. Mənim gözümdə o, ən gözəl qadındır. O, mənim pozitiv qaynağım, yaşam stimulumdur. Onunla çox xoşbəxtəm.

Sevdiyin xanımı nə vaxtsa kliplərinin birində görə biləcəyik?

- Yox, heç vaxt. Mənə aid olan xanımı heç vaxt klipimə çəkmərəm. Dərinliklərə çox varmaq istəmirəm. Hər kəsin fikrinə hörmətim var. Bunu edənlərə də pis baxmıram, sevdiyi xanımı klipinə çəkən sənət yoldaşlarım var. Amma özüm əsla bunu etmərəm.

Zamiq qanuni izdivacın tərəfdarıdır, yoxsa vətəndaş nikahının?

- Əlbəttə, söhbət ciddi münasibətdən gedirsə, rəsmi nikahın tərəfdarıyam. 

Tez-tez aşiq olan kişisən?

- Sevgisiz həyatın dadı-ləzzəti yoxdur. Az müddətli olsa da, mən həmişə o sevgini, həyəcanı yaşamışam. Qadın, kişinin görmək istədiyibütün işlərinin gedişatına təsir edən başlıca amillərdən biridir. Kişinin karyerasındakı uğur da qadınla əlaqədardır. Sevgi olmasa kişi yaşayıb-yarada bilməz.

Yaşadığın bu sevgi səni nikah masasına apara biləcək qədər güclüdür?

- Acı təcrübəm olduğuna görə, sözün düzü, gözüm bir az qorxub. Ona görə hər addımımı yüz ölçüb, bir biçirəm. İnanıram ki, bu dəfə yanılmaram. Hazırda bir-birimizi tanımağa çalışırıq. Münasibətimizin tam bu ərəfəsindəyik. Nəticə bir-birimizin tam ürəyincə olsa, yolumuz nikah masasına qədər gedib çıxacaq.

Sevgili münasibətinin ayrılmaz hissəsi də qısqanclıqdır. Zamiq qısqanc kişidir, yoxsa...

- Qısqanclıqlar var. Etiraf edirəm ki, özümdə yetəri qədər qısqanc insanam. Ona görə elə bir xanım seçməliydim ki, onun işi məni qıcıqlandırmasın. Daim ətrafında kişilər, çoxlu sayda insan olan xanımla münasibəti davam etdirə bilmərəm. Sevgilim də qısqanclıq mövzusunda məndə geri qalmır, o məndən iki qat artıq qısqanır.

Səni keçmişinə də qısqanır?

- Söhbət keçmişdən düşəndə ikimiz də mövzunu dərhal dəyişirik. Həyatdı da, nələrsə yaşamışam olub keçib. Yaşadıqlarıma görə də peşman deyiləm. O günlərlə bağlı xoş xatirələrim var. Ən əsası səhvlərimdən nəticə çıxarıram.

Keçmiş sevgilinlə dost qalmağı bacarmısan?

- Dost qalmaq deyəndə ki, salam-sağol münasibəti saxlayıram. Həyatımda elə bir xanım olub ki, mən bu gün də ona hörmət edirəm. Çünki o xanım, dost kimi mükəmməl idi. Sadəcə, həyatda bəzən elə bir şeylər olur ki...(fikirləşir). Dost kimi yaxşı olan, sevgili kimi insanı qane etməyə bilər. Sevgi münasibətində insan bir-birinə maksimum yaxınlaşır və elə həmin vaxtda xasiyyətlər uyğun gəlməyəndə problemlər yaranır. Buna görə də münasibət müəyyən nöqtədən sonra bitir... Sevdiklərimizin qədrini bilib, onlara dəyər verməyi bacarmalıyıq. İnsan bütünləşmiş sevgi ilə əhatə olunursa, yaşayıb-yaratmaq gücü əsla tükənməyəcək.

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.