Dünyanın ən sürətli maşını təqdim edildi


"Bugatti Chiron" dünyanın ən sürətli maşını olacaq
Baxıldı: 925 .

xeber24.az 01.03.2016

"Bugatti"nin "Cenevrə Motor Show"da ortaya çıxarıdığı yeni avtomobili- "Chiron" dünyanın ən sürətli maşını olacaq.



"Bugatti" yeni yüksək performanslı super avtomobilini "Cenevrə Motor Show"da (Cenevrə Avtomobil Sərgisi) təqdim edib. Fransanın avtomobil istehsalçısı yeni super avtomobilindən hələlik yalnız 4 ədəd istehsal edib.

"Bugatti" 2005-ci ildə təqdim etdiyi "Veyron" modeli ilə dünyanın ən sürətli maşını kateqoriyasında Ginnesin Rekordlar Kitabına düşmüşdü. Yeni "Chiron"un isə tamamilə yeni inkişaf etdirilmiş bir məhsul olduğu bildirilib.



"Bugatti"yə görə, yeni  avtomobil "Veyron"dan daha sürətli, daha güclü və təbii ki, daha bahalı olacaq. "Bugatti" Avtomobil şirkətinin sədri Volfqanq Dürheimer (Wolfgang Dürheimer), "Yeni rekordlar qırmaq, sərhədləri aşmaq insan təbiətində olan bir şeydir. Yeni "Chiron" ilə biz ən yaxşının da yaxşısını etdiyimizi düşünürük",- deyib.

Yeni modelin 420 kilometr/saat sürətinə çıxa bildiyi qeyd edilib. Avtomobilin qiymətinin də 2.6 milyon dollar ətrafında olacağı məlumatı verilib. Xatırladaq ki, "Bugatti Veyron"un maksimum sürəti 415 km/saat ilə məhdudlaşdırılmışdı.

"Bugatti Chiron" 100 km/saat sürətini təxminən 2.5 saniyəyə yığır. 

"Bugatti Chiron" modelindən 500 ədəd istehsal olunacaq. İstehsal olunan ilk 4 maşının 3-ü isə çoxdan satılıb.

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər TEXNOLOGİYA xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.