Səlist Danışıq Loqopedik Psixoloji Mərkəzin rəhbəri Xavər Abdullayeva...


Xəbər24 loqoped defektoloq Xavər Abdullayeva ilə müsahibəsini təqdim edir.
Baxıldı: 4067 .


 

 

1.Oxuculara özünüz haqqında zəhmət olmasa mәlumat verin. Xavәr Abdullayeva kimdir?

Xavәr Abdullayeva loqoped defektoloqdur.  Artıq 9 ildir nitq qüsurlu uşaqlar ilә işlәyirəm.

2. Xavәr xanım, necә oldu belә bir peşә seçdiniz vә mәrkәz yaratmaq qәrarına gәldiniz?

Univerisitetdə oxuduğum illәrdә bizi praktika üçün xüsusi qayğıya ehtiyacı olan uşaqların mәktәblәrinә göndәrirdilәr. Hәmin mәktәbdә praktika keçdiyimiz müddәtdə bu peşəyə məndə maraq yarandı. Qәrara gәldim ki, universiteti bitirdikdәn sonra belә bir mәrkәz yaradım vә yaratdım.

3.Nitq qüsurlu uşaqlar ilә işlәmәk sizә çәtin gәlmirki?

Әlbәttә normal uşaqlar ilә işlәdikdә nitq qüsurunu tez aradan qaldırmaq olur. Lakin әqli cәhәtdәn zәif olan uşaqlar ilә işlәdikdә isә bu daha çәtin vә daha mәsuliyyәtlidir. Nitq qüsurlu uşaqların müalicәsi üçün bir çox sәylәr göstәrmәk lazımdır ki, o uşaqlarda müәyyәn problemlәr aradan qaldırılsın. Amma bәzi valideyinlәr var ki bu nitq qüsuruna dırnaq arası baxırlar vә bir müddәtdәn sonra uşaq özünü tanıdıqda artıq görür ki bu nitq qüsuruna görә böyük әziyyәtlәr çәkir vә onda artıq valideyini günahlandırır. Ona görә nitq qüsurlu uşaqların valideyinlәrinә tövsiyyә edәrdim ki, vaxtında vә zamanında loqopedlәrә müraciәt etsin. Loqopedlәrin işi dә mәsuliyyәtli vә ciddi bir işdir.

4.Mәrkәzinizә әsasәn hansı yaş kateqoriyasında olan insanlar müraciәt edir?

Bizim mәrkәzə müxtəlif yaş qrupundan insanlar müraciәt edir. 4 yaşdan 60 yaşa qәdәr adamlar. 60 yaş deyәndә düşünәrsinizki 60 yaşında bir insanın hansı bir nitq qüsuru ola bilәr. Bu insult keçirәn ahıl yaşlı insanlardır hansıki 50-60 yaşından sonra paralic, infarkt nәticәsindә afaziya xәstәliyi yaranır vә belә bir ahıl yaşlı insanla da mәşqul oluruq.

5.Daha çox hansı problemlәrә görә müraciәt olunur?

Daha çox bizә kәkәlәmә ilә әlaqәdar müraciәt olunur vә bildiyinizә görә son bir aydır Sankt Peterburq şәhәrindә yeni icad olunmuş bio siviaz abirotun  adlı aparat  gәtirmişik vә bu aparatın kömәyi ilә çox gözәl nәticәlәr әldә edirik. Kәkәlәmә elә bir xәstәlikdir ki, tam sağalmır gedib gәlir. Valideyinlәr bu xәstәlikdәn әziyyәt çәkәn uşaqları nәzarәtdә saxlamalıdır. Adәtәn kәkәlәyәn uşaqlar, audist diaqnozu olan uşaqlar, mәktәbdә oxuyub-yazmağı bacara bilmәyәn yәni hәrf qüsurları olan uşaqlar (hansıki normal uşaqdır sadәcә olaraq yazmada müәyyәn sәslәri, hәrflәri itirir.Bu xəstəliyin adı disleksiyadır.) müraciət edirlər..

6.Әldә etdiyiniz nәticәlәrdәn mәmnunsunuz? İndiyә kimi mәrkәzinizdә neçә uşaq tam sağalıb?

Fәaliyyәt göstәrdiyim 9 il ərzində sağaltdığım uşaqların sayı hesabı yoxdur. Sadәcә mәn onları çox vaxt unuduram ama onlar mәni unutmur. Hәr dәfә mәrkәzin yanından keçәrkәn mütlәq içәri girib mәnә öz tәşәkkürlәrini bildirirlәr vә onlar mәnә yaxınlaşdıqca mәn artıq bilirәm ki, sayı hesabı yoxdur. Bәzәn dә internet portalında mәnә tәşәkkürlәr bildirirlәr.

7.Nitq qüsurlarının yaranma sәbәbi nәlәrdir?

Nitq qüsuru hәr kәsdә eyni cür, müәyyәn bir prosesdәn aranır.Məsələn heç danışa bilmәyәn uşaqlar var ki  mütlәq ana bәtnindә olarkәn ana yәqinki xәstәlik keçirib vә yaxud da ana uşaq doğularkәn boğulma prosesi, uşaq doğulduqdan sonra müәyyәn bir infeksiyon xәstәlik keçirib .Bu qansızma olabilәr .bu zaman beyindә mәrkәzi nitq aparatının zәdәlәnmәsi nәticәsindә  bu qüsur yarana bilәr. Kәkәlәyәn uşaqların 90% i  qorxu, hәyәcan və  stressdәn  qüsur yaranır.   Böyük insanlar nisbətən  4-5 yaşlarında olan oğlan uşaqlarında bu hallara daha çox rast gəlinir.

8. Valideynlәrә nәlәri mәslәhәt görәrdiniz?

Valideynlәrә mәslәhәt görәrdim ki ,ilk әvvәl dediyim kimi nitq qüsurunu görәn kimi vaxtında vә zamanında nevropotoloqa yox bu sahә üzrә professional loqapedlәrә müraciәt etsinlәr. İnsanlar adәtәn uşaqda nitq problemi görәn kimi nevropotoloqun müraciət edir. Nevropotoloq da dәrman müәlicәsi edir ama problemin aradan qalxmasına kömәk etmir. Ona görәki nevropotoloq onu danışdırmır, nitqi öyrәtmir. Nevropotoloq dәrmanı verib beyindә olan mәrkәzi nitq aparatını oyadır lakin uşağın nitqi inkişaf etdirmir. Bir dә mәslәhәt görәrdim ki valideyinlәr övladının nitqindә olan problem ilә mәktәbә gedәnә qәdәr mәşğul olsunlar. Çünki uşaq mәktәbә getdikdәn sonra uşağı loqopedә gәtirmәk uşağa zәrbәdir. Yәni hәm mәktәbdә müәllimin dәrsi ,hәm dә loqopedin dәrsi uşağın beyni yüklәnir vә uşaq heç birini çatdıra bilmir.

9. Sonda xəber24.az oxucularına sözünüz

 Mən istәrdim ki, oxucularınızın sayı daha da artsın. Sizә çoxlu uğurlar arzu edirәm.

 

 

 

 

Fərqanə Cumayeva

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.