Aqil Acalov: “Torpaq – uğrunda ölən varsa vətəndir”


xeber24.az xəbər verir ki, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti, ictimai fəal, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov “31 Mart Azərbaycanlıların soyqrımı” haqqında açıqlamalar edib.
Baxıldı: 70 .

 

Aqil Acalov bildirib ki; tarixə nəzər salsaq görərik ki, ən dəhşətli soyqrımlar erməni separatcılarının biz Azərbaycanlılara qarşı nəyinki yüz il yüz ildən əvvəl və sonrada törədilən ən ağlasığmaz sayrqrımlarıdır. Tarixdə çox döyüşlər, müharibələr olmuşdur.Bu müharibələrin törədilməsinin başlıca səbəbləri əsasən hər hansı bir dövlətin başqa bir dövlətə torpaq iddiası, var-dövlət hərisliyi, dünya ağalığı xülyası və s. olub. Bu müharibələrdən ən dəhşətlisi isə hər hansı bir millətin, xalqın kökünü kəsmək, yer üzündən silmək məqsədini güdən müharibələrdir. 1917-ci il oktyabr çevrilişi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi "Daşnaksütyun" partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilərlə bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir". Erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. N.Nərimanov erməni vəhşilərinin törətdikləri haqqında belə bəhs edir: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi.” Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər".S.Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailiyyə”nin binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər tərəfindən Dağlıq Qarabağda 150 azərbaycanlı kəndi tamamilə dağıdılmış, Şuşada görünməmiş qırğınlar törədilmişdi.


“Azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olmuşdur”

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdır. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş, Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir. Əvəzində ermənilər istər dünyaya səpələnmiş böyük diasporu vasitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin təbliğat maşınının köməyi ilə qondarma “soyqırımı” kampaniyasına geniş vüsət vermişlər.


“Heydər Əliyev bu məqsədi gerçəkləşdirmək üçün bir tərəfdən geniş təbliğat işi aparırdı”

Bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət isə yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Heydər Əliyev Azərbaycan tarixinin faciəli, ağır, məşəqqətli səhifələri ilə, xüsusən də gənclərin yaxından tanış olmalarını, milli həqiqətləri aydın dərk etmələrini, belə demək mümkünsə, qan yaddaşını qoruyub saxlamalarını zəruri hesab edirdi. Məhz buna görə də ümümilli lider təkcə ümumtəhsil məktəblərində, universitetlərdə deyil, eləcə də ailədə gənclərlə fəal iş aparılmasını, onlarda erməni vandalizminin gerçək miqyası barədə dolğun, obyektiv rəyin formalaşmasını vacib sayırdı.Tarixi unutqanlığın azərbaycanlılara hansı böyük faciələr bahasına başa gəldiyini ən müxtəlif çıxışlarında dəfələrlə vurğulayan ulu öndər Heydər Əliyev, eyni zamanda, gəncləri ata-babalarımızın bu səhvlərini yenidən təkrarlamamağa çağırırdı. Obyektiv reallığa əsaslanan bu çağırış həm də ona xidmət edirdi ki, gənclər müasir üsul və vasitələrdən, informasiya texnologiyalarının yaratdığı geniş imkanlardan istifadə edib milli həqiqətləri dünya ictimaiyyətinə çatdırsınlar. Bədnam erməni lobbisinə qarşı mübarizədə fəal olsunlar və səmərəli əks-hücumu təşkil etsinlər. Yəni müdafiədən hücum taktikasına keçid məhz yeni dövrün müasir təfəkkürlü, yüksək intellektual imkanları ilə fərqlənən gənclərinin hesabına reallaşmalı idi. Heydər Əliyev bu məqsədi gerçəkləşdirmək üçün bir tərəfdən geniş təbliğat işi aparır, digər tərəfindən imzaladığı tarixi əhəmiyyətli fərman və sərəncamların vasitəsilə gənclər arasında ideoloji-siyasi işi gücləndirirdi.
Ümummilli lider Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanı ilə həmvətənlərimizin Qərbi Azərbaycandandakı dədə-baba yurdlarından zorla köçürülməsində Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdı.Bundan bir müddət sonra 1998-ci il 26 mart tarixdə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayan Heydər Əliyev gənclərin tarixi həqiqətlərlə tanışlığına daha geniş meydan açmış, onları mübarizə ruhunda kökləmişdir.


Bəli əziz gənclər bu gün bu tarixdən 100 il keçir bu bir əsrə bərabər tarixdir.Bu cür qanlı-qadalı tarixi unutmayın davamlı təbliğatını aparın xüsusilədə xaricdə təhsil alan tələbələrimiz bu haqda bir çox tədbirlər,yazılar,seminarlar təşkil edir.Biz imkan verməməliyik ki, bu tarixlər bir daha unudulsun ermənilər bir eəsirdən çox biz Azərbaycanlıların qatili olub. Ən yaxın tarix elə buna bariz sübutdur ki, 1988-ci ildən başlayaraq “böyük ermənistan” yaratmaq istəyində olan bu seperatcılar bizim əzəli torpaqlarımız olan Qarabağın 20% işğal edərək amansız qırğınlar törədiblər. Buna təkcə misal olaraq Xocalını xatırlatmaq istərdim eyni acını yenidən bizə yaşatdılar sadəcə tarix,gün fərqi ilə. Hal-hazırda ölkəmiz müstəqildir ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq bizdə onun qədər çalışmalıyıq dünya bu tarixi bilsin, ermənin əsil məkirli niyyətinəi görsün. “Torpaq – uğrunda ölən varsa vətəndir” deyimini bizə aşılayan igid cəsur ata-babalarımız olub bizdə bu misraya sadiq qalaraq nəyinki yüz il min ildə keçsə gerçək tariximizi bizdən sonrakı nəsillərə ötürməliyik çünki, bu bizim uğrunda ölən cəsur igid babalarımıza,oğullarımıza borcumuzdur. 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər İDMAN xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Saytimizda testler gormek isteyirsinizmi?
a) Beli
b) xeyir
c) ela olar

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.