"Heç mən elə mənasız, yersiz, Azərbaycan sənətkarına yaraşmayan söhbət edərəmmi?"


“Gecənin səsi” verilişindən sonra aparıcı Natiq Dağlaroğlu bizimlə söhbətdə səhvini etiraf edib ağladı...” Xeber24.az Moderator.az-a istinadən məlumat verir ki Bəzi saytlar “Dünya TV”-nin efirində yayımlanan “Gecənin səsi” verilişində baş vermiş qalmaqallı hadisə barədə məlumat verib. Qeyd edilir ki, guya mərhum əməkdar artist, unudulmaz sənətkar Məhəbbət Kazımovun ildönümünə həsr olunan buraxılışda əməkdar artist, xanəndə Ehtiram Hüseynov verilişin aparıcısı Natiq Dağlaroğluna ünvanladığı suallarda filan müğənninin “qarabağlı”, digərinin “şirvanlı” olduğunu vurğulayıb. Və Məhəbbət Kazımova aid verilişdə yalnız qarabağlıların iştirak etməli olduğunu bildirərək, aparıcının ünvanına ağır sözlər söyləyərək verilişi tərk edib. Sözügedən sayta açıqlamasında əməkdar artist Ehtiram Hüseynov barəsində və verilişdən öncə baş verənlər haqda deyilənlərin həqiqətdən xeyli uzaq olduğunu bildirib: “Mediada guya mənim “Dünya TV”-nin verilişi zamanı “şirvanlı-qarabağlı” söhbəti aparmağım haqda deyilənlər ağ yalandır. Əvvəla, söhbət veriliş vaxtı yox, “Gecənin səsi” verilişindən öncə baş verib. Təxminən 15 dəqiqə əvvəl aparıcı Natiq Dağlaroğlu mənimlə bərabər gələn gənc müğənni Nicat Həsənova dedi ki, sən bu günkü verilişdə oxumayacaqsan. Mən dözməyib məsələyə qarışdım ki, axı, nəyə görə öncədən bu sənətkara demisiz, gəlib, indi də deyirsiz, yox oxumayacaqsan. Bu veriliş rəhmətlik Məhəbbət Kazımova həsr olunub. Ona görə də orada əsasən Məbəbbəti yaxından tanıyan, onun sənətinə bələd olan insanlar iştirak etməlidir...” Əməkdar artist qeyd edib ki, öncədən, təxminən 4-5 gün əvvəl aparıcı Natiq Dağlaroğluyla razılaşmaya görə sözügedən verilişdə xanəndə özü də daxil olmaqla 5 sənətçi(Habil Laçınlı, Könül Kərimova, Nicat Həsənov və Məhəbbət Kazımovun bacısı oğlu Hikmət Məhəbbət) iştirak etməli imiş. “Mən Ağsudan olan İsa adlı müğənninin iştirak edəcəyini bilmirdim. Gəldim studiyada onu gördüm. Və mən sadəcə, o fikri ifadə etmişəm ki, necə olur, əvvəlcədən razılaşmanın əksinə olaraq aparıcı Nicat Dağlaroğlu Məhəbbət Kazımovun qohumu olan, onu yaxşı tanıyan sənətçi Nicat Həsənovu verilişə 10 dəqiqə qalmış kənarlaşdırır və əvəzində Məhəbbətlə heç bir əlaqəsi olmayan İsa adlı müğənnini qəbul edir. Demişəm ki, əgər Nicat oxumayacaqsa, mən də oxumuram və verilişə girmirəm. Mən qətiyyən deməmişəm ki, filankəs qarabağlıdır, bu birisi şirvanlıdır. Heç mən elə mənasız, yersiz, Azərbaycan sənətkarına yaraşmayan söhbət edərəmmi?..”-deyə müğənni bildirib. Xanəndə Ehtiram Hüseynov Azərbaycanın hər bir guşəsi kimi Şirvan bölgələrinin də onun üçün əziz olduğunu vurğulayaraq deyib:”Mənim üçün digər bölgələrimiz kimi Şirvan da əzizdir. Dəfələrlə telekanallara, saytlara müsahibələrimdə qeyd etmişəm ki, Şirvan, xüsusən İsmayıllı məndən ötrü Laçından sonra əziz yurdlardan biridir. Demək olar ki, hər yay İsmayıllıya istirahətə gedirik, o yerlərdə çoxlu dostlarımız var. Elə “Gecənin səsi” efirə gedən gün Məhəbbətə həsr olunmuş başqa bir verilişdə demişdim ki, Məhəbbətə oxşar oxuyanlardan biri də İsmayıllıdan olan İsmayıl Rəcəbovdur. Əgər şirvanlılara rəğbətim olmasa, bunu deyərəmmi heç?..” Ehtiram Hüseynov “Gecənin səsi” veriılişinin aparıcısı Natiq Dağlaroğlu ilə həqiqətən mübahisə etdiyini və ağır sözlər dediyini etiraf edib:”Natiq Dağlaroğluna mən gerçəkdən kəskin cavab verdim. Verilişdən sonra Natiq və digər sənətçilərlə; Məhəbbətin bacısı oğlu Hikmət, Şəmsəddin və qarmonçalan Tofiqlə bir yerdə neçə saat bir yerdə oturub məsələni müzakirə etmişik. Bundan sonra Natiq Dağlaroğlu səhv etdiyini etiraf edib, hətta kövrəlib ağlayıb da...”
Baxıldı: 166 .
ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər CƏMİYYƏT xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Saytimizda testler gormek isteyirsinizmi?
a) Beli
b) xeyir
c) ela olar

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.