KASKO BUTİK: Yeniliyə hazır olun


Azərbaycanda avtomobillərin könüllü sığortası (KASKO) üzrə toplanan sığorta haqları ildən-ilə azalır. 2017-ci ilin 9 ayı ərzində könüllü avtomobil sığortası üzrə cəmi 17 milyon manat sığorta haqları toplanıb. Halbuki, 2014-ci ildə KASKO üzrə 38 milyon manat sığorta haqları toplanmışdı. 2015-ci ildə bu rəqəm 28 milyona, 2016-cı ildə isə 21 milyon manata düşüb.
Baxıldı: 375 .

Statistikaya əsasən, il ərzində ölkəmizdə 30 min könüllü avtomobil sığortası müqaviləsi bağlanır. Bu o deməkdir ki, Azərbaycanda mövcud olan cəmi minik avtomobillərinin yalnız 2,5%-nin KASKO sığortası var. İnkişaf etmiş ölkələrdə bu nisbət az qala 100%-ə yaxınlaşır.

 

KASKO sığortaya marağın azalmasının müxtəlif səbəbləri var: dəymiş zərərlərə görə siğorta ödənişlərinin gec, az ödənilməsi və ya ödənilməməsi, müştərilərin incidilməsi, azadolmanın (franşizanın) yüksək olması,  sığortanın bahalığı, bir qrup insanların sığortanı almağa maddi imkanın olmaması və s.

 

Qeyd olunan problemləri qiymətləndirməyə cəhd edən “Zaman Broker” şirkəti çıxış yolu kimi “Kasko Butik” elektron sığorta platformasını istifadəyə verib.

 

Xeber24.az- nın məlumatına Noyabırn 15-də “KASKO BUTİK”in təqdimatı keçirilib.

 

Təqdimat mərasimində “Zaman Broker” şirkətinin Baş kommersiya direktoru Xəyal Məmmədxanlı bildirib ki, ötən bir il ərzində 3000 nəfər arasında sorğu keçirilib və nəticələr analiz edilib. Qərara alınıb ki, əhalinin sığortaya inamının geri qaytarılması üçün qiymətlərin münasib olduğu, ödənişin asan alındığı və yüksək müştəri xidmətlərini ehtiva edən platforma yaradılsın. Artıq belə bir platforma - “KASKO BUTİK” hazırdır.

 

EHTİYATLI VƏ QƏNAƏTCİL İNSANLAR ÜÇÜN MƏHSULLAR

 

Xəyal Məmmədxanlı qeyd etdi ki, “KASKO BUTİK”  platforması 2222.az və kaskobutik.az elektron ünvanlarında fəaliyyət göstərir.

 

Portallarda avtomobil sahiblərinə, geyim ölçülərilə adlandırılmış 4 məhsul təqdim edilir: “S”, “M”, “L” və  “XL”. Avtomobil sahibi büdcəsinə və ehtiyaclarına uyğun sığorta məhsulunu seçə bilər:

 

“Kimsə düşünürsə, “mənə 2222 manat təminatı və 122 manat franşizası olan 222 manatlıq məhsul kifayətdir”  bu zaman “S” məhsulunu, kimsə düşünürsə “mənim maşınım bahalı olduğundan daha bahalı sğorta almalıyam”, o, 555 manatlıq “XL” məhsulunu əldə edə bilər. Bu məhsulda sığorta təminatının məbləği 5555 manatdır. Bundan başqa, təminat məbləği 3333 manat olan “M” məhsulu 333 manata, 4444 manat təminat məbləği olan “L” məhsulu isə  444 manata təklif olunur”.

 

Xəyal Məmmədxanlı əlavə etdi ki, həmçinin portalda standart avtomobil sığortasının qiymətini hesablamaq üçün xüsusi pəncərə yaradılıb. Avtomobilin qiymətini daxil etməklə standart sığorta haqqını hesablamaq olar. Portalda KASKO məhsullarını müqayisə etmək də mümkündür.

 

QƏZALARIN 97 FAİZİNDƏ ZƏRƏR 5 MİN MANATI KEÇMİR

 

Xəyal Məmmədxanlı “statistika göstərir ki, yollarda baş vermiş qəzaların 97%-də dəyən zərər 5000 manatı keçmir. Yalnız 3% hallarda dəyən zərər 5000 manatı keçir” deyərək təqdimatına belə davam etdi:

 

“Standart sığortanı aldıqda, məsələn, dəyəri 50 min manat olan avtomobilin illik sığorta haqqı 1750 manat təşkil edir.  Lakin təcrübə göstərir ki, əksər hallarda hadisələr zamanı avtomobilə 5000 manatadək zərər dəyir. Onda nə üçün ehtiyatlı sürücü bu qədər yüksək sığorta haqqını ödəməlidir?! Bu o demək deyil ki, digər 4 məhsul bizim kllasik KASKO dediyimiz standart KASKO-nun alternatividir. Xeyir. Kimsə düşünürsə onun avtomobilinin tamamilə yanması, məhv olması ehtimalı var, o zaman standart KASKO sığortanı seçə bilər. Bizim məhsullar isə ehtiyatlı, öz büdcəsinə qənaət edən insanlar üçündür”.

 

“700 MANAT QƏNAƏT TƏMİN EDİRİK”

 

Təqdimatı Xəyal Məmmədxanlı ilə birlikdə aparan “Zaman Broker” şirkətinin Baş əməliyyat direktoru Rəna Rzazadə də bildirdi ki, “KASKO BUTİK” lazım olan sığortanı satır: ”Butikin əsas fəlsəfəsi budur ki, qəzaların əksəriyyətində zərər 5000 manatı keçmir - avomobil az əzilir, cızılır, faraları sınır və s. “KASKO BUTİK”  lazım olan sığortaları satır və avtomobil sahibinə illik 700 manat qənaət etməyə imkan yaradır”.

 

Rəna Rzazadə əlavə etdi ki, “KASKO BUTİK”dən sığorta məhsullarını hissə-hissə ödənişlə də əldə etmək mümkündür.

 

“59 DƏQİQƏYƏ ÖDƏNİŞ VERİRİK”

 

Təqdimata Xəyal Məmmədxanlı davam edərək bilidirdi ki, “Kasko Butik” avtomobilə dəymiş zərərə görə 59 dəqiqəyə ödəniş həyata keçirəcəkdir:

 

“Qəza olmuşdursa, biz gəlib avtomobilə baxırıq. Tutaq ki, güzgünüz sınıb. Güzgünü qiyməti bəllidir: 300-350 manatıdır. Və ya buferiniz sınıb və s. Əgər siz zərəri qəbul edib razılıq verirsinizsə, yerində sığorta aktına qol çəkirsiniz. Sizin bank məlumatlarınız bizdə varsa 59 dəqiqəyə sığorta ödənişi hesabınızda olacaqdır. Bu bazarda mühüm yenilikdir”.

 

“MÜŞTƏRİ HARADA İSTƏSƏ AVTOMOBİLİNİ TƏMİR ETDİRSİN”

 

Xəyal Məmməıdxanlı əlavə etdi ki, “KASKO BUTİK” təmir işini təşkil etməklə məşğul olmayacaqdır:

 

“Bizim dörd məhsulumuzdan ikisində, əgər avtomobiliniz 2010-cu ildən sonra istehsal olunmuşdursa rəsmi servisə gedərək avtomobilinizi orada qiymətləndirmək imkanı təqdim olunur. “KASKO BUTİK”  avtomobilin təmiri məsələsinə müdaxilə etmir.  Nə üçün? Görürük ki, təmir məsləsi baş ağrısıdır. İnsanlar çox zaman təmirdən narazı qalırlar. Biz qiymətləndirilmiş və razı olduğu zərərin pulunu müştəriyə bank hesabı vasitəsilə ödəyirik. Avtomobil sahibi özü harada istəsə avtomobilini təmir etdirə bilər”.

 

Xəyal Məmməıdxanlı bunu da ded ki, xırda zərərlər yol polisinin arayışı olmadan qəbul edilir və dəyən zərər ödənilir:

 

“Zərər 1000 manata qədərdisə və müştəri bunu qəbul edirsə arayışsız zərəri ödəyirik. Amma Yol Patrul Xidmətinə məlumat vermək İnzibati Xətalar Məcəlləsinə görə sürücünün borcudur”.

 

120 MANATADƏK TAKSİ XƏRCLƏRİ ÖDƏNİLİR

 

Rəna Rzazadə təqdimatı davam etdirərək bildirdi ki, hər bir müştəriyə alınan KAKSO məhsulundan asılı olaraq 30, 60, 90 və 120 manatlıq taksi xərcləri ödənlir: “Avtomobil təmirdə olduğu zaman müştərimiz taksi ilə işlərinə gedib gələ bilər”.

 

“Kasko Butik”də iş və şəxs məqsədlə istifadə olunan avtomobil arasında fərq qoulmur: “Bizim “L” və “XL” paketini əldə edənlərin avtomobili iş məqsədləri üçün istifadə hallarından da sığortalı sayılır”. 

 

SATIŞ NECƏ TƏŞKİL OLUNUR?

 

Xəyal Məmmədxanlı bildirdi ki, “KASKO BUTİK”dən sığortanı almaq çox asandır. Satış onlayn şəkildə aparılır, müqavilə də elektron şəkildə bağlanır, SMS ilə məlumat verilir, sənədlər alıcının elektron poçtuna göndərilir. “KASKO BUTİK” in əməkdaşları avtomobilə baxış keçirdikdən sonra müqavilə qüvvəyə minir. Avtomobilə texniki baxışın aparılması ən son texnologiyalarla aparıldığından alıcı vaxtına və puluna qənaət edə biləcəkdir.

 

 6 ŞİRKƏTDƏN BİRGƏ TƏMİNAT

 

“KASKO BUTİK”dən alınan sığorta müqaviləsinin arxasında 6 sığorta şirkəti  (Ata Sığorta, Atəşgah Sığorta, Azsığorta, Agroup, Günay Sığorta və Qala Sığorta) dayanır. Bu şirkətlər alınan məhsullara təminat verirlər.

 

25 PEŞƏKAR İNSAN HAZIR MÜŞTƏRİ ZƏNGLƏRİNİ GÖZLƏYİR

 

Təqdimatı davam etdirən“Zaman Broker” şirkətinin Baş əməliyyat direktoru Rəna Rzazadə bildirdi ki, “KASKO BUTİK”in  Zəng Mərkəzinin nömrəsi 2222-dir:

 

“Mən ona Zəng Mərkəzi deməzdim. Çünki bu Sığorta Dəstək Mərkəzidir. 25 peşəkar insan hər bir suallarınıza cavab verməyə hazırdır. Onlar 6 aydan çox böyük təlimlərdən keçiblər. Müştərilərimiz portaldakı telefon düyməsini sıxaraq Sığorta Dəstək Mərkəzinə İnternet zəng edə bilər. Zəng tamamilə pulsuzdur.Əməkdaşlarımız məhsulun seçilməsində və qeydiyyatdan keçirilməsində müştəriyə kömək etməyə hazırdır. Facebook-da yerləşdiriləcək MERİ adlı ölkənin sığorta sahəsindəki ilk funksional ChatBotu sizə “KASKO BUTİK” haqqında ətraflı məlumat verəcəkdir”.

 

 

Sevinc Şabanova

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər CƏMİYYƏT xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.