Bakıdan Qaxa gedən müəllimə: "Bakıdan gəlmişəm Las-Veqasdan yox"


3 illik müqavilə ilə gəlmişəm, imtahan verib birbaşa. Yəqin qalıb işləyəcəm, düzdü ilk əvvəl buranı görməmişdən əvvəl tərəddüd edirdim, hətta istəmirdim
Baxıldı: 1147 .

-İlk öncə özünü təqdim elə

+Turanə Hüseynova Tahir qızı

 

-Qaxa getməmişdən əvvəl Bakıda nə işlə məşğul idin, harda dərs deyirdin?

-Azərbaycan Dillər Universitetini   bitirmişəm,  tərcümə  fakültəsini. Əsasən kurslarda müəllimə kimi çalışmışam (ən son sab polskıe (Polşa mərkəzi), lıngua franca), ondan başqa da abc (abs), ıelts+ kurslarında da işləmişəm. Son olaraq ikinci iş kimi bələdçi  işləyirdim,  turistlər ilə, Bag  Baku şirkəti ilə. Tərcüməni  bitirəndən  sonra bir də  2016-cı ildə pedoqoji təhsil üçün  elə  ADU-nun  özündə,  tərcümə binasında oxudum ixtisasartırma (əlavə təhsil), ingilis dili müəlliməliyi üçün, yəni birdən-  birə deyildi, planım vardı hacansa orta məktəbdə  işləmək, o da bu il imtahan verdim, müsahibədən  də  keçdib gəldim, heç bir imtahana və ya müsabiqəyə hazırlaşmamışdım,  amma nəticələrim pis olmadı, onda dedim heyfdi,  daha keçmişəm  imtahandan.

 

-Necə oldu ki, Qaxa getməyi qərara aldın?

+ Seçimdə Bakıdan sonra Qaxı yazdım  (və ən son avtostopla, dostumla gəlmişdim Qaxa, çox bəyənmişdim insanları, modern gəlmişdilər mənə  başqa  rayonlardan) onun üçün də seçdim buranı.

 

-Fərqli mühit, fərqli insanlar, sən də fərqli bir xanım, müasir düşüncəli, dünya görüşləri fərqli, ora gedən də reaksiyaları necə oldu sənə qarşı?

+Bombadı (gülür)  Bakı barədə  çox pafoslu danışırlar hamı, sizin kimi  bir azad və müasir düşüncəli xanım neyniyir bir kənddə. Birincisi, Bakıdan gəlmişəm, Las-Veqasdan yox. Bakı da elə modern deyil, dərinə  getsək, biri var özünü  modern adlandıran cəmiyyətdə sıxmalı olasan, o adama pis təsir edir, bir də  var bilirsən ki, kənddi, bir kənddən nə  gözləmək  olar ki, ən azı insanlar köhnəlikçi olduğunu qəbul edirlər, heç kim etiraz etmir, necə  var elədirlər. Bakıda isə aləm dəyib  bir-birinə keçid dövrünü çox pis türk serilları şəkilində yaşayırlar, nə müasirdən müasirdilər, nə köhnəlikçidən köhnəlikçi.

- Bəs uşaqlar, məktəb müəllimləri səni necə qarşıladılar?

+Uşaqlar yaxşı. Müəllimlərdən bəziləri köhnəlikçidi,  yola verirəm ki, problem çıxmasın  və ya uzanmasını sevmirəm.

- Səndən başqa da Bakıdan gələn müəllimə varmı orda?

-Əvvəl var idi, o da Qaxlı idi, müqavilə ilə gəlmişdi, indi gedib Bakıya.

- Aydındı Turanə neçə vaxt orda qalmağı düşünürsən? 1 il. 2 il, 3 il? Ümumiyyətlə xaricə köçməyi düşünürsən?

- 3 illik  müqavilə  ilə gəlmişəm, imtahan verib birbaşa. Yəqin  qalıb  işləyəcəm, düzdü  ilk əvvəl buranı görməmişdən  əvvəl tərəddüd edirdim, hətta istəmirdim  ki, maaş da azdı, amma rahatdı, baxıram, bir çətinliyim qışla bağlıdı, tez-tez  xəstələnirəm mən, bura da soyuqdu. 

Xaricə də planım var, elə ona görə pul yığmalıyam, rayonda Bakı ilə müqayisədə  az xərc çıxır, hər halda 3 il iş müddətində  aldığım  maaşı yığacam ki, bır az kömək olsun. Getmək  üçün də o qədər  şans var, gedib orda istismar  olunmaq istəmirəm, normal şərtlər altında təhsil almaq, işləmək  və qalmaq istəyirəm. Ağır işçi qüvvəsi  kimi  orda istismar olunmaqdansa, burda xudmani yaşamaq olar, amma hər halda ora getmək arzum varsa, istəyirəm onun da dadına baxım, yaxşı  olsa qalaram, olmasa qayıdaram. Bir də məktəbdə ingilis  dili müəllimi yoxdu, burda xarici dil zəifdi, ötən il də təyinatla  bir müəllim  gəlib gedib. İstəmirəm  mən yarımçıq qoyum , 3 il işləyəcəm, çox  güman ki. kütləyə  baş qoşmadan  yavaş-yavaş  yaşamaq, arzuların ardınca getmək olar,  hər şeydən həzz almaq lazımdı, mən tələsmirəm də.

 

-Bəs ailədən necə qarşıladılar sənin ora getməyini? Necə də olmasa mental dəyərlərə söykənən ailələrimiz var, tanımadığın yer, tanımadığın insanlar. İlk reaksiyaları maraqlıdı...

+Qaldığım ailə çox yaxşıdı, yəqin ki, bəxtimə düşüb. Xanım da demək  olar ki, ana əvəzidi,  qayğıma da qalır (gülür). O biri insanlar bunlar qədər yaxşı deyil, yaxşı insan da modern insandan da daha əladı (gülür), dindarlar,  məsələn, buna  görə əsla köhnəlikçi  demək olmaz onlara. Qadın çox yaxşı biridi, ev üçün darıxmıram, çünki evlə çoxdandı qalmıram, həmişə  özüm çalışmışam, universitet  müddətində də, universitetdən sonra da, elə də mamausağı olmamışam.

 

- Sonda bizə və gələcəydə sənin kimi seçim etmək istəyən müəllimələrə tövsiyən nə olardı?

+Arzum da odur ki, əsas odur mövzunu tutsunlar (gülür), kənd, şəhər, xaric  boş söhbətdi.

Sizə də Xeber24.az komandası olaraq uğurlar arzulayıram.

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.