Azərbaycanda əhalinin inkişafını dəstəkləyəcək yeni təşkilat yaradılıb.


Yeni təşkilat "Sabaha İnam" İctimai Birliyi adlanır. İctimai Birliyin sədri Vüsal Əliyevin sözlərinə görə, birliyin məqsədi əhalinin, xüsusilə qaçqın və məcburi köçkünlərin sosial inkişafına kömək etməkdən ibarətdir. Bu gün hər bir Azərbaycan vətəndaşının, bu istiqamətdə gənclərimizə dəstək olmaq borcudur.
Baxıldı: 279 .

E.Hüseynlinin sözlərinə görə,  yaranan yeni birliyin əsas məqsədi, birmənalı  olaraq, Azərbaycanda yaşayan həssas qrupların, aztəminatlı ailələrin, kimsəsiz uşaqların, qaçqın və məcburi köçkünlərin problemlərinin həllində, sosial inkişafının təmin edilməsində aktiv iştirak etmək,  turizm, təhsil, kənd təsərrüfatı kimi sosial əhəmiyyətliliyi böyük olan  digər sahələrdə, həmçinin gənclərin müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsinə təşviq edici  bütün layihələrdə yardımçı rol oynamaqdır.

 12 oktyabr 2017ci il tarixində Azərbaycan Milli QHT Formunun binasında "Sabaha İnam" Sosial İnkişaf İctimai Birliyinin təqdimatı olmuşdur.

Tədbirdə qeyd olunub ki, "Sabaha İnam" Sosial İnkişaf İctimai Birlik Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

 

 

Çıxış etdilər :

 

Vüsal Əliyev – "Sabaha İnam" Sosial İnkişaf İctimai Birliyinin Sədri

Təsisçilər – Əliyev Qüdrət, Nəsirov Bəxtiyar

Asim Vəliyev  –  Gənclərin Töfhəsi  İctimai Birliyinin sədri

Adəm Məmmədov – Vəkil, Vəkillər kollegiyasının üzvü, Lider TV-də yayımlanan Hüquq və Ədalət verilişinin aparıcısı

və digərləri

 

 

Qeyd ;  Təşkilat 29.06.2017-ci ildə qeydiyyata alınmışdır.

 

   Birliyin məqsəd və vəzifələri

 

Birliyin əsas məqsədi əhalinin, xüsusilə qaçqın və məcburi köçkünlərin sosial inkişafına kömək etməkdən ibarətdir.

Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir :

- ölkənin sosial-iqtisadi inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;

- əhalinin, xüsusilə qaçqın və məcburi köçkünlərin sosial rifahının artırılmasına və soail problemlərinin həllinə yardım etmək;

- müvafiq istiqamətdə xarici ölkələrin müsbət təcrübəsini öyrənmək.

 

Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:

Elmi araşdırmalar aparacaq, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edəcək;

Ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurub və onlarla birlikdə layihələr həyata keçirdəcək;

 

Artıq İctimai Birlik öz hesablarına bir neçə sosial layihənin həyata keçirilməsi üçün işlər aparırlar.



ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər CƏMİYYƏT xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.