UŞAQ KİNOSUNA YENİ BİR NƏFƏS – “BİG BUBBLE ƏMƏLİYYATI”


Artıq arzuların reallığa çevrilməsinə sayılı günlər qaldı. Çünki yaxın vaxtlarda “My Production”ın istehsalı olan “Big Bubble əməliyyatı” adlı ilk uşaq macəra filminin təqdimatı keçiriləcək.
Baxıldı: 228 .

www.xeber24.az          30. 08. 2017 

 

Uzun illlərdir ki, ölkəmizdə uşaq filminin çəkilməsi bir arzuya çevrilmişdir. Uşaq kinosunun inkişafdan geri qalmasının hər zaman müəyyən səbəbləri olmuşdur ki, bunlardan biri uşaq filmlərini çəkməyin çətinliyi ilə bağlı, digər səbəblər kimi isə ssenarinin olmaması və mövcud uşaq ədəbi nümunələrinin ekran həllinə uyğunlaşdırılma problemi göstərilmişdir. Vaxtılə çəkilən uşaq filmləri uşaqların düzgün tərbiyələnməsində və yetişməsində, onların kino zövqünün formalaşmasında mühüm rol oynamışdır. Bu gün isə balaca tamaşaçılar meyillərini daha çox Qərb istehsalı olan, milli-mənəvi dəyərlərimizə, ailə mədəniyyətimizə yad olan savaş və fantastika filmlərinə salıblar. 

Artıq arzuların reallığa çevrilməsinə sayılı günlər qaldı. Çünki yaxın vaxtlarda “My Production”ın istehsalı olan “Big Bubble əməliyyatı” adlı ilk uşaq macəra filminin təqdimatı keçiriləcək.

Məlumat üçün bildirək ki, “Big Bubble əməliyyatı” filmi 30 illik fasilədən sonra bir yenilik olacaq və böyükdən-kiçiyə hər kəsin sevəcəyi bir filmə çevriləcək.

Filmin maliyyə dəstəkçisi Elşən Əliyev bu sahəyə sərmayə qoymaqda düzgün addım atdıqlarını vurğuladı: “Əslində biz düz olanı seçmişik. Bu sahə uzun zamandır ki, unudulmuşdur. Təəssüflə bildirirəm ki, bu səviyyədə müasir uşaq filmi yoxdur və olacağını da güman etmirəm. Azərbaycan tamaşaçısını təbrik etmək olar ki, bu cür uğurlu bir uşaq filmi gəlir”. Elşən müəllim filmə təşkilati dəstək göstərdiklərinə görə “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru Dilşad Musaya və “Gənclərin töhfəsi” İctimai Birliyinin rəhbəri Asim Vəliyeva xüsusi minnətdarlığını bildirdi.

 “Dəcəl balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru Dilşad Musa da film haqqında öz təəssüratlarını bildirdi. 4 ildir Teymur Nəcəfovla əməkdaşlıq etdiyini deyən Dilşad xanım qeyd etdi ki, filmi ərsəyə gətirənlərə uşaqlarla işləyən komanda lazım olub, ona görə də bu təklifi dəyərləndirib: “Azərbaycanda son illər deyərdim ki uşaq filmi çəkilməyib. Ən maraqlı uşaq filmləri uzun illər əvvəl istehsal olunub. Hamımızın uşaqlığı “Sehrli xalat”, “Bir qalanın sirri”, “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif”, “Qərib cinlər diyarında” kimi sovet kinosunun məhsulu olan filmlərə baxmaqla keçib. Hər bayramda təkrar-təkrar eyni filmlərə baxırdıq və artıq bu kinoları əzbər bilirdik. Amma yeni nəsillər yetişirdi, Sovet filmləri indiki uşaqlara maraqsız görünürdü. Çünki orada yeni texnologiyalardan istifadə olunmur, müasir nüanslar göstərilmirdi... İndi uşaqlar çox inkişaf ediblər və “texnologiyalar əsri”dir. Mənim də rol aldığım bu film isə tamamilə müasir texnoloji şərtlərlə çəkilib. Teymur müəllim mənə rol təklif edəndə bacaracağıma inanmadım. Amma uşaqlarla işləyən biri kimi deyə bilərəm ki, böyük əziyyətlər hesabına da olsa filmi uğurla bitirdik”. Onu da bildirək ki, rejissor Teymur Nəcəfovun ekranlaşdırdığı filmdə iştirak edən uşaq aktyorlar Dilşad xanımın yetirmələri – “Dəcəl balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin üzvləridir. Dilşad xanım da filmdə uşaqların anası rolunda çıxış etmiş, “Dəcəl Balam” Ailə və Uşaq Mərkəzində uşaqlara göstərdiyi rəhbərlik və valideynlik qayğısını filmdəki roluna qataraq gözəl bir ana obrazı canlandırmışdır.

Rejissor Teymur Nəcəfov filmin musiqi tərtibatına da xüsusi diqqət ayırıb və bu işi öz işinin peşakarı olan Rövşən Mühəmmədə həvalə edib. Rövşən bəy bu gün Azərbaycanda çəkilən filmlərin tərtibatına laqeydlik göstərildiyini, bəzən isə bunun unudulduğunu qeyd etdi və bunun səbəbinin birbaşa maliyyə problemləri ilə bağlı olduğunu bildirdi. “Big Bubble əməliyyatı”nın musiqi tərtibatı baxımından da özünəməxsusluğu ilə fərqlənəcəyini bildirən Rövşən bəy film haqqında müsbət fikirlərini bildirdi və bu filmin ilə Azərbaycan uşaq film yaradıcılığına yeni bir nəfəs gətirəcəyini əminliklə vurğuladı.

Qeyd edək ki, “Big Bubble əməliyyatı” filminin öz xüsusi mahnıları yazılıb və mahnılar “Meqas” uşaq mahnı qrupu tərəfindən səsləndirilib.

Filmdə kifayət qəədər aktyor kollektivi çalışıb və peşəkarlıq nümayiş etdiriblər. Bunların arasında “My Production”də uzun illər aktyorluq təcrübəsi olan və filmin baş rol ifaçılarından olan Rafiq Səftərovla da həmsöhbət olduq. Rafiq bəy uşaq filmi sahəsində ilk addımlarını atsa da, keçmişdə qazandığı təcrübə ona burada da kömək olub və öz bəhrəsini verib. Rafiq bəy “Niyə məhz uşaq filmini seçdiniz” sualına da aydınlıq gətirərək bildirdi ki, Azərbaycan tamaşaçısının məhz buna ehtiyacı var idi. Rafiq Səftərov “Big Bubble əməliyyatı”nın Azərbaycanda bir yenilik olacağını və tamaşaçıların bunu yaxşı qiymətləndirəcəyini bildirdi.

Sonda isə bildirək ki, Avropa janrında çəkilən “Big Bubble əməliyyatı” uşaq macəra filmi yaxın zamanlarda bütün kinoteatrlarda nümayiş olunacaq.

 

 

Aysel Rəsulzadə

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MƏDƏNİYYƏT xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.