Uşaqların sevəcəyi bir macəra filmi TEZLİKLƏ !


Uşaqların çoxdan arzuladığı bir film gəlir
Baxıldı: 575 .

            www.xeber24.az     23.08.2018                 

 

 

Xəbər verildiyi kimi yaxın vaxtlarda “My Production” istehsalıolan “Big Bubble əməliyyatı” adlı ilk uşaq macəra filminin təqdimatı olacaq. Filmdə ana obrazını canlandıran  “Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri  Dilşad Musa yaradıcı heyət və ümumilikdə film haqqında fikirlərini bölüşüb. 4 ildir ki Teymur Nəcəflə əməkdaşlıq etdiyini deyən Dilşad Musa bildirib ki, filmi ərsəyə gətirənlər üçün uşaqlarla işləyən onların inkişafı üçün səylər göstərən bir komanda lazım idi: “Ona görə də bu təklifi geri qaytarmadım. Uşaqların inkişafını görmək istəyiriksə, bir –birimizə dəstək olmalıyıq. Ümumiyyətlə qeyd edim ki, ən maraqlı uşaq filmləri uzun illər əvvəl istehsal olunub. Hamımızın uşaqlığı “Sehrli xalat” “Bir qalanın sirri” və s. kimi sovet kinosunun məhsulu olan filmlərə baxmaqla keçib. Hər bayramda təkrar-təkrar eyni filmlərə baxırdıq və artıq bu kinoları əzbər bilirdik. Amma yeni nəsillər yetişirdi, uşaqlar yeni-yeni maraqlı, macəra dolu filmlər axtarışında idilər. Bu gün də uşaqlar üçün baxacaqları onların maraq dairəsində olan filmlər yox idi. Yəni sovet filmləri indiki uşaqlara maraqsız görünürdü. Çünki orada yeni texnologiyalardan istifadə olunmur, müasir nüanslar göstərilmirdi və s. İndi uşaqlar çox inkişaf ediblər və texnologiyalar əsridir. Mənim də rol aldığım bu film də tam müasir bir filmdir. Bu hamının-uşaqdan-böyüyə bəyənəcəyi bir film olacaq. Teymur müəllim mənə rol təklif edəndə bacaracağımı inanmadım. Amma uşaqlarla işləyən biri kimi deyə bilərəm ki, böyük əziyyətlər hesabına da olsa filmi uğurlu bitirdik”.

6 ildir ki “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinə rəhbərlik etdiyini deyən Dilşad Musa uşaqların sosial həyatına da vaxt ayrılmasını vacib sayıb. O belə filmlərin daha çox çəkilməsini vacib saydı: “Qısası onu deyim ki, uşaqların zövqünü oxşayacaq bir film gəlir. Teymur müəllimə də təşəkkür edirəm. Valideynlərə isə deyərdim ki, uşaqları üçün daim vaxt ayırsınlar”.

 

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MƏDƏNİYYƏT xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.