Mühacir Nəsibov Samirin ailəsinə təzyiqlər artir



Baxıldı: 528 .

XƏBƏR24.az   20.02.2017

     Bu barədə məlumatı mühacirin atasi deyib.Müsahibizin dediklərinə əsasən oğlu Nəsibov Samir 2015 ci ildə siyasi fəaliyyətinə görə, daha sonra isə işlədiyi Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin istefası və həbsindən sonra yaranmış maliyyə maxinasiyalarındakı iştirakı adıyla şərləndikdən sonra ölkəni tərk etmək məcburiyyətində qalmışdır.

Onun sözlərinə görə, ailəsinə təzyiq göstərənlər oğlunun Azərbaycana deportasiya olunması üçün işlər gördüklərini bildiriblər. Azərbaycana gələcəyi təqdirdə həbs olunacağını deyən Nəsibov Samirin yaxınları faktı təsdiqləyərək bildiriblər ki, mühacirin evinə 2015 - 2016 ci illərdə hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək, onun Bakıya gəlməsini tələb edibər. Samir Nəsibov Avropada olduğu müddətdə də siyasi fəaliyyətinə ara verməyib”. Ailəyə ən böyük təzyiqlər isə 18 Yanvar tarixində Almaniyada Berlin şəhərində, Azərbaycan Səfirliyi qarşısında keçirilmiş etiraz aksiyasında və daha sonra 18 Fevral tarixində Müsavatın Almaniyanın Köln şəhərində keçirdiyi mitinqdəki iştirakından sonra daha da ciddiləşib. Belə ki, sosial mediada yayımlanan fotolarda məhz Samir Nəsibovun da həmin mitinqlərdə iştirak etdiyi təsdiqləndikdən sonra Hüquq Mühafizə Orqanları atasının yaşadığı ünvana gələrək onu məcburi şəkildə Yasamal Rayonu Polis İdarəsinə aparmışlar. Orada onu təhqiramiz

ifadələr və nalayiq sözlərlə təhqir etmişlər. Sonra isə oğlu ilə telefon əlaqəsi yaratmağı tələb etmişlər. Telefon əlaqəsi ilə əlaqə yaradandan sonra Polis əməkdaşları oğlumla danışıb ondan bu əməllərinə son qoymağı bir daha bu tip aksiyalarda iştirak etməməyi tələb etdilər. Əməl etməyəcəyi halda isə mənimlə, ailəsi ilə hədələdilər. Oğlumun Azərbaycana geri gəlməsi üçün məhz ailəsi ilə təzyiq göstərmək niyyətindədirlər. Onlar oğlumun deportasiya olunması üçün işlər gördüklərini, yaxın zamanlarda onsuzda onun deportasiya olunacağını, Azərbaycan hökümətinə təhvil veriləcəyini bildirdilər

Qeyd edək ki, muxalifətin aktiv üzvlərindən olan Nəsibov Samir üzləşdiyi təzyiqlərdən dolayı ölkəni tərk etməli olub.1982-ci il təvəllüdlü Nəsibov Samir 2015-ci ildə Azərbaycanı tərk edərək, Avropa dövlətlərindən birində sığınacaq alıb.

 

 

 

 

 

 

turkiye.az

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər SİYASƏT xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.