Park Cinema-da Yeni İl nümayişi –Yolkalar 5


Ən gülməli və təsirli Yeni il komediyası geri qayıdır!
Baxıldı: 421 .
Dekabrın 20-də filmin rəsmi nümayişinə  iki gün qalmış  Park Cinema-da media, özəl sektor nümayəndələrinin və blogerlərin iştirakı ilə Yolkalar 5 filminin qapalı nümayişi baş tutub. Park Bulvar AVM, Anadolu restoranı, Saville, Like Tea-nin dəstəyi ilə keçirilmiş tədbir zamanı Kepro Estetik, Hed Academy, Park Cinema və Park Bulvar-ın təqdim etdiyi xüsusi hədiyyələrin uduş oyunu keçirilib. 
 
Möcüzələrin yararlılıq müddəti olmur! Filmin süjeti tamamilə bunun üzərində qurulub. Bu Yeni ildə “Yolkalar”ın hamı tərəfindən sevilən qəhrəmanları sadəlövhlük etməyə və möcüzəyə inanmağa davam edirlər. 
 
Borya necə olursa-olsun özünün ailə səadətini bərpa etməlidir və bunun naminə ən yaxın dostu Jenyanın pinqvinini oğurlamağa hazırdır. Hələ də böyümək bilməyən Xizəkçi və Snoubordçu Yolka üçün ağlasığmaz təqib təşkil edirlər. Manya nənə keçmiş məhəbbətini tapmaq üçün interneti araşdırır. Yekaterinburqdan olan professor özünü daha ağır aparır, lakin indi özü dəlicəsinə qısqancdır. Uzaq Şimalda təhlükəsizlik texnikası üzrə mühəndis risk edib, nəhayət ki, sevgisini etiraf etməlidir. Pinqvinə isə təcili olaraq yumurta üstünə oturmaq lazımdır...
 
“Yolkalar 5” filmi əvvəlki hissələrin populyar iştirakçılarını yenidən bir araya gətirib – novellalarda baş rolları Qoşa Kusenko, Mariya Şukşina, Aleksandr Qolovin, Aleksandr Domoqarov-kiçik, Anna Xilkeviç, Qalina Staxanova, Aleksandr Robak, Katerina Şpisa və digər ulduzlar ifa ediblər. 
Timur Bekmambetovun çəkdiyi novellada tamaşaçıların ən çox bəyəndikləri qəhrəmanlardan – Jenya (Sergey Svetlakov) və Borisdən (İvan Urqant) bəhs olunur. 
 
Beləliklə, son illər ərzində personajların həyatı kəskin dəyişib. Jenyanın işləri əladır – o həyat yoldaşı ilə can bir qəlb yaşayır, şəhər sakinləri arasında böyük populyarlıq qazanmış heyvanlarla təmasa icazə verən zoopark açıb. Boris isə ağır günlər yaşayır – o işindən ayrılıb, arvadı onu tərk edib və sevdiyi oğlunu da özü ilə aparıb. Belə bir şəraitdə, dekabrın 31-də oğlu üçün super hədiyyə naminə Boris ağlasığmaz addım atır və indi o dostunun etibarını, oğlunun məhəbbətini və həyat yoldaşının əfvini qazanmalıdır...
 
Xatırladırıq ki, “Yolkalar 5” kinoserialının beşinci, yubiley hissəsi geniş prokata dekabrın 22-də Park Cinema-da çıxacaq. Təqdim etdikləri imkana görə rəsmi distribütor Film Distribution İnternational və Bazelevs-ə təşəkkürümüzü bildiririk. 
ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MƏDƏNİYYƏT xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.