Umman Budaqov:


"Bizim rejissorların bədbəxtliyi əslində odur ki..."
Baxıldı: 763 .
-Salam. Öncə özünüz haqqın da qısa məlumat verərdiniz.
+Ümman Budaqov. 1993-ci il anadan olmuşam. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinin 4-cü kursunda təhsil alıram.
 
-Kimləri örnək alıb bu sənətə gəlmisiniz?
+Heç kimi. (gülür)
 
-Ailədən də heç kim olmuyub?
+Zorla gəlmişəm. (gülür) Əslində, 2-ci ixtisas qrupuna hazırlaşırdım. Elə oldu ki, kəsildim imtahandan. Siyasətçi olmaq istəyirdim. Sonra Bakıya gəldim. Başladım işləməyə. Bu arada xalam qızını məktəbə aparıb gətirəndə onun sinif yoldaşı olan qızın atasının “Küləklər Şəhəri” serialında oynadığını öyrəndim. Tanışlıq yarandı. Daha sonra bir seriala çəkildim və anam dedi, sənədlərini ver incəsənətə. Özümü hazır görmürdüm, hələ ki. Bir il sonra özüm hazırlaşdım, sənəd verdim və qəbul oldum. Daha doğrusu, 20 yaşıma kimi heç vaxt düşünməzdim aktyor olaram. Hətta Samir Qulamovun quruluşçu rejissor olduğu “Küləklər Şəhəri”  serialını 11-ci sinifdə izləyəndə ağlıma gəlməzdi ki, orda çəkilərəm, bu yolu davam etdirərəm və məndə alınar; çünki mən məktəbdə riyyaziyatı və cooğrafiyanı çox yaxşı bilirdim.
 
-Özünüzün başınıza elə maraqlı hadisə gəlib ki, istəyərdiniz qələmə alınsın və özünüzü oynayasınız?
+Rejissorluğa əvvəl həvəsim var idi, amma getdikcə həvəsim öldü. Həm də bir az əsəbiyəm, mən rejissor olsam, aktyoru vurub öldürərəm. (gülür) Ona görə də, heç vaxt istəmərəm. Amma bəlkə nə vaxtsa öz həyatımı canlandıraram, çünki mən tək uşağam və bir necə aylıq olanda atasız qalmışam.
 
-Elə olub ki, səhnədən düşəndən sonra da obrazdan çıxa bilməyəsiniz? Hansı tamaşada olub?
+Xeyr olmayıb. Mənə görə qeyri-peşəkarlıqdır. Əslində, Stanislavski sistemində ("Aktyorluq sənəti" kitabı) "peşəkar"  sözü odur ki, insan düşünəndə tamaşada düşündüyünü göstərir, ağlayanda ağladığını. Ştamp kimi bir şeydi. Pərdə bağlandısa az da olsa qala bilər, amma insan mütləq dəyişir. Səhnədə digər insanı canlandırırsan, dialoq qurduğun insanlar başqadı.
 
-Xarici ölkələrdə, elə deyək, qardaş ölkə Türkiyyədə təhsil almayan kino və serial aktyorları kifayət qədərdir. Sizcə, əsl aktyor təhsil almalıdır, yoxsa kənardan kimi istəsələr götürə bilərlər?
+Təhsil almalıdır. Mən özüm də baxıram türk seriallarına. Elə filmlərinədə... Daha çox dram və melodram janrda olanlara... Komediyaya nə baxa bilirəm, nə də oynamağa həvəsim var.
Məsələn, onlarda Murat Yıldırım, Mert Fırat var. Onlar təhsil alıblar. Kvanç Tatlıtuğ, Çağatay Ulusoy, Kenan İmirzalıoğlu bunlar insanların sevdiyi adamlardı, insanlar onları sevir. Elə bizim özümüzdə də Ələkbər Ələkbərov ən öndə gedən aktyorlardan olub. Müqayisə eləyəndə mən dörd ildir, bu işin içindəyəm təhsil alıram, istər-istəməz kənar tamaşaçıdan daha çox anlayışım var. Bir də bir məsələ var ki, Kənan İmirzalıoğlu həmişə sərt rollarda rol alıb, fərqli bir obrazı yoxdu. Deyirlər, buna bu yaraşır, yaraşmaqdan da əlavə, düşünmək lazımdır ki, o başqa obraz yaratmağı bacarmır.
 
-Azərbaycanda kinolar niyə sevilmir, aktyorlar niyə sünidir, bunun səbəbi rejissordadır, ssenaridədir, yoxsa aktyorda?
+Tək aktyor olmur orda. Otuz qızdan uzağı ikisi, üçü bizim universitetdən olar, oda çoxdan bitirənlər. Rejissor isə öz dost-tanışını çəkir aktyor yerinə. Bizim rejissorların bədbəxtliyi ondadır ki, yanında bir qız olsa deyərlər, elə bu rolu buna verim. Amma kənardan düşünmür ki, başqası daha yaxşı oynuya bilər. Ssenarilər daha zəifdir, çoxusu avropaya sayağı, türk sayağı... Rejissorun özü keçmişə baxsa görər ki, heç bir kinomuz hansısa oxşamır, hamısı öz içimizdi. Məsələn, başqa ölkədə adam avatar çəkir, bizdə isə adi qanın qrafikasını çəkə bilmirlər, kinonu işləyə bilən adam yoxdu. İran kinosu son illər Oskar mükafatı aldı. “Sürayyənin daşlanması” filmi ilə. Çünki rejissor ölkələrində baş verəni çəkiblər. Birincisi, ssenaridir. Ssenari olmasa rejissor olmaz, aktyor olmaz. Rejissor axtarıb tapmalıdır.
Bilmirəm Rasim Balayev "Nəsimi" filmində Nəsimi roluna necə çəkildiyini bilirsiz, ya yox? Mənə də bunu Samir Qulamov danışıb. Filmin rejissoru Həsən Seyidbəyli ilə Adil İsqəndərov İncəsənət Universitetinin  həyətində dayanıblar (Malakan bağında). Rejissor deyib ki, Moskvadan aktyor dəvət eləmişəm Nəsimi roluna görə... Həmin anda da  Rasim Balayev dördüncü mərtəbənin pəncərəsindən baxırmış. Adil İsgəndərov deyib ki, bax, atam, oda Nəsimi. Daha sonra  Rasim müəllimi də, Moskvadan gələn aktyoru da  çəkiblər, axırda Rasim Balayevin üzərində dayanıblar.
 
-Bildiyimizə görə, hazırda Rövşən İsaxın rejissoru olduğu "Vicdan Haqqı" serialında Ramin obrazını oynayırsınız. Ramin obrazı sizə nə qədər yaxındır?
+Ramin və Ümman deyəndə bir az yaxındı, amma mən elə düşüncəsiz hərəkət etmərəm.
 
-"Vicdan Haqqı" serialından sonra izləyiciləriniz sizə real həyatda yaxınlaşıb iradların və yaxudda sevgilərin bildiriblərmi?
+İrad olmayıb. Bəxtimdən yaxşı insanlar çıxıb. ( gülür)
 
-Sosial şəbəkə dövrüdür, bir çox aktyorlar da sosial şəbəkələr vasitəsi ilə izləyici kütləsi toplayırlar, tanınmağa çalışırlar. Buna fikriniz necədir?
+Ona aktyor deməyək, aktyorluq saymıram onu. Belə deyək, rayonda xalam oğlu var, adamın bəlkə də burda komediya göstərənlərdən daha güclü yumor hissi var. Gəl, mən də ona bir Vine səhifəsi açım, məşhur olsun, amma bu aktyorluq deyil ki. Mən özüm komediyadan uzaq olsam belə, "patok" yoldaşdarım var ki, oynamağı bacarırlar.
 
-Sosial şəbəkənin həyatınızda rolu necədir? Çoxmu istifadə edirsiniz?
+Həmişə söyürəm sosial şəbəkə çıxardanı. (gülür) Heç sevmirəm.
 
-Ən cox hansı ampulada  oynayırsınız?
+Dram. Üz cizgim də elədir ki, drama daha yaxındı.
 
-Səhnə adamları kitab oxumağı çox sevirlər, bəs siz necə?
+Viktor Hüqonun əsərlərin daha çox oxuyuram.
 
-Bütün akyorların sənətə qədəm qoyanda onların oynamaq istədiyi bir obraz olur. Məsələn: Otello. Sizin canlandırmaq istədiyiniz obraz hansıdır?
+Viktor Hüqonun “Səfillər” əsərindən Jan Valjan. Bir də "Gülən adam" əsəri... Bizdə adətən yüngülə doğru qaçırlar, amma bu əsərləri səhnələşdirmək cətindir. Özüm istəyirdim, amma təəsüf ki rejissorluğa həvəsim yoxdur. İstədim kurs işi olaraq götürək. Təəsüf bizdə universitetdə uşaqlar ki, təki efirdə görünüm. Adam kitab oxumur, bilmir aktyorluq nədi, amma danışır.
 
-Sağ olun, Ümman bəy. Gələcək işlərinizdə uğurlar arzulayıram. O gün olsun, səhnəmizin sayılıb seçilən aktyorlarından olasınız.
+Buyurun, xoşdur, sizə də uğurlar.
 
 
Sonda müsahibə üçün gözəl şərait yaratdığına görə 90-lar cafesinin rəhbərliyinə və çalışanlarına  xüsusi təşəkkür edirik.
Şəkillərə görə Əfsanə Əliyevaya təşəkkürlər.
https://www.facebook.com/90larcafe/?fref=ts
https://www.instagram.com/90lar_cafe/
 
Sevinc Şabanova
ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.