“Vaqif” operasının yeni quruluşda nümayişi baş tutub


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Ramiz Mustafayevin Səməd Vurğunun eyniadlı dramı əsasında yazdığı "Vaqif" operasının yeni quruluşda nümayişi uğurla baş tutub.
Baxıldı: 359 .
Xəbər24.az Trend-in verdiyi məlumatına görə, tamaşada Vaqif obrazını ilk dəfə olaraq Akademik Opera və Balet Teatrının solisti, respublikanın əməkdar artisti, prezident təqaüdçüsü Ramil Qasımov ifa edib.
 
Yeni quruluşda hazırlanmış “Vaqif” operası görkəmli bəstəkar Ramiz Mustafayevin 90 illik yubileyinə həsr olunub. Tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu dirijoru Cavanşir Cəfərovdur. Tamaşada baş rollarda Ramil Qasımov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Cahangir Qurbanov, Taleh Yəhyayev, Tural Ağasiyev çıxış ediblər.
 
Tamaşada Vaqif operasının ifa edəcək əməkdar artist Ramil Qasımov bu obrazın onun üçün çox önəmli olduğunu bildirib: “Bu obrazı ifa etmək mənim üçün şərəf idi. Təbii ki bunu gerçəkləşdirmək böyük əzimlilik, eyni zamanda məsuliyyət tələb edirdi. İnanıram ki, etimadı Ramiz Mustafayev sənətini sevənlərin, eyni zamanda, klassik musiqiyə dəyər verən tamaşaçılar qarşısında doğrulda bildim. Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyinə, yaradıcı və texniki heyətinə təşəkkür edirəm”.
 
Onu da bildirək ki, mərhum Ramiz Mustafayev hələ sağlığında Ramil Qasımovun Vaqif obrazında çıxış etməsini arzu etmişdi.
 
Operaya ictimai-siyasi, eyni zamanda mədəniyyət və incəsənət xadimləri tamaşa ediblər.
ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MƏDƏNİYYƏT xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.