Əmir Pəhləvan: "Xəyanət - bütün zamanlarda paxılların silahı olub".



Baxıldı: 743 .
Müsahibimiz Qırğızıstan, Qazaxıstan və Quzey Kıbrıs türk cümhuriyyətlərinin dövlət mükafatlarını almış tanınmış yazıçı - dramaturq, kinorejissor Əmir Pəhləvandır. 
Sual: Əmir müəllim öz yaradıcılıq yolunuzu necə görürsünüz?
Cavab: Mən ədəbiyyata yüzlərlə məqalə, reportaj, oçerk, felyeton yaza - yaza gəlmişəm.Sonra hekayələr, şerlər yazmışam. İllərin romantik və qəddar dünyasında qırx ildən çoxdur ki, ədəbiyyat külüngü gəzdirirəm. Həyatım və yaradıcılığım heç də hamar olmayıb. Kələ - kötür, keşməkeşli yollardan keçmişəm, yırtıcı simaların caynaqlarından qurtulmuşam. Xəbis, paxıl, qəlbi qara və xain kəslərin qəddar həmlələrini dəf etmişəm. Beləcə, qaranlığın, zülm - zillətin girdabında vuruşa - vuruşa bir də baxmışam ki, 58 yaşın içindəyəm.Hələ də ömür yaşımla barışmasam da reallıqla barışıram. Sən demə ömür çox qısaymış. Gözlərini qırpıb - açırsan, bir də görürsən ki, başlamısan doğma baba - nənələrimiz kimi nağıllar, əfsanələr və rəvayətlər söyləməyə,.. Qırx, yaxud əlli yaşında birdən - birə "sol ayağına" qələm alıb roman və şer yazanları Donkixoda bənzədərdim. Sərvətlərini qorumaq, cinayətlərini gizlətmək, ört - basdır eləmək, yaxud ucuz şöhrətə sahib olmaq üçün Ədəbiyyatın ətəyindən yapışmaq istəyirlər.Bu dəhşətdir. Özlərini kulon yerinə qoyub yeganə saf, büllur, müqəddəs, ilahi sayılan ədəbiyyata çamur atmaq istəyirlər. Ədəbiyyat ruhun, bədənin, həyatın və cəmiyyətin dərin qatlarındadır. Xəbərləri yoxdur ki, əsl ədəbi mühit, sənət və söz xəzinəsinin qəlb çırpıntıları haradan qığılcımlanır...?! Öz azarlarını özləri də bilmədən təmtəraqla keçirdikləri "təqdimatlar"da malalamaq istəsələr belə, həqiqətdə isə Qoqolun qlaflanmış qəhrəmanlıqlarına çevirirlər. Təssüf ki, həqiqi istedad sahibləri - ədəbiyyat, mədəniyyət xiridarları "şəngülümlük" içərisində əlacsız və çarəsiz duruma düşüblər. Azərbaycanımızda bu gün onlarla istedadlı gənc qələm sahibləri var. Maləsəf ki, yetərincə çap və təbliğ olunmurlar. Yazıçının ziya, aydın, nur, ümid, müqəddəslik, kamillik misiyası istedadsızların qəzəbinə düçar olub. 
 
Sual: Əmir müəllim, dünyanın ən aparıcı ədəbiyyat portallarında "WLT's post-Soviet reading list" (Post _ Sovet ədəbiyyatından seçmələr) başlıqlı yazıya rast gəldik. Yazı ABŞ da nəşr olunan "World Literature Today" jurnalında çap olunmuşdur. Orada 42 tanınmış yazıçı - şairlərin arasında sizin adınıza da rast gəldik. Doğrusu çox sevindik və sizinlə fəxr etdik. Bu haqda nə deyə bilərsiniz?
Cavab: Həmən dərgidə Azərbaycandan üç yazıçının - mərhum Sabir Əhmədovun, mərhum Gülşən Əhmədovanın əsərləri ilə ilə yanaşı mənim də "İsa, Məryəm və Sona" əsərim təqdir və təqdim olunmuşdur. Aradan dörd il keçsə də əsər barədə dünya oxucularından çoxlu sorğular almaqdayam. "World Literature Today" jurnalından mənə verilən məlumata görə "İsa, Məryəm və Sona" əsəri oxucuların ən çox maraqlandıqları və oxuduqları kitablar arasındadır. 
Sual: Əmir müəllim, " Bakı nefti və Nobellər" adlı üçhissəli sənədli filminiz 2001-ci ildə Fransanın Nant festivalında qalib olub və iki medala layiq görülüb. O vaxt " Le Figaro" qəzet yazırdı ki: " Bakı nefti və Nobellər" filmi avropalılara yeni sürpiriz oldu. Film bizə Bakı və Nobellər haqqında gizli qalan məqamların üstünü açdı". İsveçin "Brothers Nobel" portalında Nobellər haqqında yazılan kitablarla birgə sizin filminiz də təqdim olunur. Biz həmin portalda on beş il ərzində baxış və bəyənmə sayına nəzər yetirdik. Bizim üçün çox maraqlı gəldi ki, əcnəbi auditoriya sizin filmə bu qədər önəm verib və diqqət göstərib. Bu haqda nə deyə bilərsiniz?
Cavab: Film Nobel Assosasiyyası və Nobel Fondu tərəfindən yüksək qiymətləndirildi. Həmin təşkilatlar İsveçdə filmin təqdimat - baxışını keçirdilər. Mənə təbrik və təşəkkür məktubu , hədiyyələr təqdim etdilər. Hər il bir neçə dəfə həmin fimi ev sahibi kimi gələn qonaqlara nümayiş etdirirlər. Bu, onların internet portallarında da öz əksini tapıb. Əslində mənim Avropaya və dünyaya ayaq açmağım həm də bu uğurlu ekran əsərinin müvəffəqiyyətilə bağlıdır. Mən Nobellərə və isveçlilərə dərin təşəkkürümü bildirirəm. Bu səmimi və isti münasibətlər bu gün də davam etməkdədir. 
Sual: Siz həm də Avropa auiditoriyasında tanınırsınız. Avropa oxucuları ilə dil tapmaq asandı, yoxsa Azərbaycan oxucuları ilə...?
Cavab: Azərbaycan oxucuları ilə daha asandır. Əvvəla mənim burada öz pərəstişkarlarım çoxdur. Kinorejissor və yazıçılığımı bir tərəfə qoyuram. "İlham" kültür qəzetinin baş redaktoru olmuşam. Keçmiş SSRİ də mədəniyyət-ədəbiyyat sahəsində rəsmi qəzet sayılmayan ilk azad yaradıcılıq tribunası olub. İndi çox qəzet - jurnal, nəşriyyat ensklopediyaları quraşdırılır, amma heç biri "İlham" adını qərəzlə o siyahıya daxil etmirlər. Amma bu yazıqlar orasını bilmirlər ki, bir həqiqi tarix var, bir də ona vurulmuş "yamaqlar". Elə həmin "ensklopediyalar" tarixin yamaqlarıdır, vəssalam. "İlham" qəzetinin azad yaradıcılıq tribunasından indiki dövrün çağdaş ədəbi gəncliyi, filoloji alimliyi, sənətşünaslığı intişar tapıb. Məncə, Avropa oxucusu ilə Əmir Pəhləvanın dilkeşliyi tərcümə sədlərini yarıb... 
 
Sual: İndi heç kəsin ipinin üstünə odun yığmaq olmur. Necə deyərlər, heç kəsə bel bağlamaq olmur. Kömək elədiyin, əl tutduğun adam fürsət gözləyir ki, kürəyinə zərbə endirsin. Siz necə həyatda dostalarınızdan zərbə almısınızmı?
 
Cavab: Xəyanət - bütün zamanlarda paxılların silahı olub.Yaradıcılıq ruhu ölmüş adamların sal yeri, kini həmişə olub və olacaq...Mənim kürəyimi hədəfə alan ən çox saxta "dostlarım" olublar. Cəmiyyət bu gün onları ad - ad deməsəm də, yaxşı tanıyırlar... 
Sual: Söz zərbəsi ağır olur. O, nəsil - nəsil, tayfa - tayfa dərinləşir. Bu nadan dünyanın qisası ilə aranız necədir. Öz aramızdı, bir sənətkar kimi sizin sözünüzün çəkisi də çox ağırdır. Cahillərin hərəkətlərindən əzab çəkmirsiniz ki?
Cavab: Mənim intiqam alətim - Qələmdir. Qoy dollardan, vəzifədən, arvad - uşaqdan və Şərdən silah düzəldənlər əzab çəksinlər. Çünki qarşıda hər kəsi ayırd edəcək bir Tarix var. O, heç də əbədiyyən susmur. Geci - tezi danışır. Həm də əsl həqiqəti söyləyir....Əmir Pəhləvan həqiqəti də bir gün olduğu kimi danışacaq. Buna vicdanım qədər əminəm.
Sual: Slavyan ölkələrində çoxlu sayda novella və poema kitablarınız çap olunub. Hətta bir neçəsinin motivləri əsasında telesüjetlər də çəkilib televiziya ekranlarında nümayiş etdirilir. Xaricdə yaşayan həmvətənlərimizin hamısı o ekran əsərlərinə dəfələrlə tamaşa ediblər. Azərbaycan efirlərində Əmir Pəhləvan nədən unudulub?! Hətta kino incəsənətimizin şedevrləri sayılan " Fransız", "Qarabağ şikəstəsi", "Qız qalası", "Sposibo" filmləri efirlərimizdə nümayiş etdirilmir. Bəlkə sizə tərəf " Qara Əl" uzanıb. Mane olurlar..?! ( !!! ) .Deyilənə görə o "Qara Əl" uzun illərdir ki, əl - qolunuzu bağlayıb, necə deyərlər, səbrimizi tükəndirib. Hər halada mətbuat nümayəndələrinin çox mətləblərdən xəbərləri var. Bu haqda sizdən eşitmək istərdik?
Cavab: Azərbaycan bizim ortaq Avrasiya geoməkanının kiçik bir parçasıdır. Odur ki, slavyanların içərisində mənim bir turanlıq carçısı, qardaşlıq - dostluq körpüsü kimi qəbul edilməyim, açıq desəm, daha çox ürəyimə yatır. Mən hazırkı dəyişən dünya kontekstində slavyan - türk birliyinin qüvvətlənməsini çox aydın görürəm. Yaradıcılığıma olan marağı da bu prizmadan qəbul edirəm. O ki, qaldı mənə mane olanlara - qısa cavab verirəm: istedadın qabağını almaq imkansızdır! 
Çox sağ olun: Əmir müəllim. Millətimizin xoşbəxt günləri naminə Allah Sizi qorusun. Sizi çox yormaq istəmirəm. Sizinlə etdiyim bu söhbət şəxsən mənim özümə də məmnun qaldım...Mən sizin vaxtınızın “ Qızıl” kimi dəyərli olduğunu bildiyim üçün, vaxtınızı çoxda almaq istəmirəm. O vaxt millətimizə çox lazımdır. Tanrı sizin kimi istedad sahibini millətimizə çox görməsin.
ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər CƏMİYYƏT xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.