Cəmiyyətimizdə Teymur Bayramov kimi gənclərə alqış düşür.


”Mən düşünürəm deməli varam“
Baxıldı: 733 .
İnsan varlığının düsturun müxtəlif zamanlarda müxtəlif alimlər tərəfindən konkret fikirlərlə təsbitlənib. Fransız alimi R.Dekart bu düsturu belə verib:
”Mən düşünürəm deməli varam“ deməli yüksək, humanist, səciyyəvi və idraki düşüncədə var olan-mövcud insanların əsas qayəsidir. Teymur Bayramov həyatın hər anında özü və ətrafındakı insanlar üçün, sözün əsl mənasında insanlar üçün yaşam formulu xarakterizə edir. Müəyyən mənada taledən asılı olan məsələlər, bəzən də insan əməlindən asılı olur. Buna görə də cəmiyyətimizdə Teymur Bayramov kimi insanlara alqış düşür.
Qısa bir müddətdə tanıdım bu insanı. Bu qısa müddətə baxmayaraq o qədər isti münasibət gördüm ki, bu gəncdən. İlk tanışlığımıza səbəb Fatimə Hacıbəyli oldu. Keçiriləcək tədbirlə bağlı “Butafm” radio televiziyasına getməli olduq. Gənclərdən ibarət olan bir kollektivlə qarşılaşdım. Bir neçə saat ərzində bu gənclərin yorulmadan əzmlə çalışmaq arzusunu gördüm. Gənclərdən ibarət olan bir kollektivə rəhbərlik edən insan da çox gənc birisi idi. Bu kollektivdəki ilk müsahibimdən sonra qarşılıqlı əməkdaşlığımız məni bu kollektivə daha da yaxınlaşdırdı və söz açacağım insanı daha da yaxından tanıtdı. Amma onun arzularını, qarşısına qoyduğu məqsədləri bilmək mənim üçün maraqlı idi. Nədənsə hər dəfə mən “Butafm” radioda olarkən bu gəncin işinə olan məhəbbəti diqqətimdən yayınmırdı. Efirə gedəcək verlişləri yüz ölçərək bir biçməsi, aparıcılarla söhbətləri, daha diqqətli olmalarını tövsiyyə etməsi bir daha onun peşəsinin vurğunu olduğunu göstərirdi. Mənimsə qarşıma qoyduğum bir məqsədim , bir amalım var- Gənclərə dəsək olmaq. Zəngin bir gənci aşkarlayaraq o insanı hər kəsə tanıtmaq kimi bir qayəm var. Bu gün hər kəs məşhur olan insanlardan yazır. Məşhurlarla məşhurlaşmaq istəyənlər çox tanıdım. Mənsə hər zaman zəhmətkeş insanlardan yazmağa üstünlük verdim. Onların əməyinə, zəhmətinə, diqqətlə yanaşmağı qarşıma məqsəd qoydum. Axı hər bir insan ona verilən kiçik bir diqqətdən zövq alaraq, daha da əzmlə çalışır. Mən aşkarladığım belə gəncləri sanki bir ixtirama bənzədirəm. Axı insanları belə ixtira etmək olur. Teymur Bayramovun zənginliyin, dürüstlüyün, vətənsevərliyin, peşəsinə bağlılığın, xalqına sədaqətin, görərkən o insanı bir çoxlarına tanıtmaq məncə onu cəmiyyətə təqdim edərək daha çox tanınmasına gətirib çıxarır... Beləliklə mən bir gənci ixtira etmiş oluram. Mən də Teymur Bayramovu belə ixtira etdim. Sonsuz arzularla yaşayan, hələ qarşısına qoyduğu məqsədlərin bir hissəsinə nail olduğunu vurğulayan amma hələ bu arzuların həyata keçməsi üçün əzmlə çalışmalı olduğunu söylədi Teymur Bayramov.
Onun dediklərindən: İncəsənət Unversitetinin tələbəsi adını qazandığımı eşitdikdə hansı hissləri keçirdiyimi, hansı sevinci yaşadığımı sözlə ifadə edə bilmirəm. Atam hüquq mühafizə orqanının əməkdaşı olduğu üçün bir çox valideyinlər kimi oda düşünürdü ki, mən də onun yolunu davam etdirim. Baxmayaraq ki, bir qardaşım onun yolunu davam etdirirdi. İncəsənət Unversitetinə qəbul olunmağım demək olar ki, valideyinlərimi elədə çox sevindirmədi. Bu mənim nəzərimdən yayınmadı və o an ilk olaraq qarşısıma məqsəd qoydum. Mən elə bir incəsənət təmsilçisi olmalıyam ki, atam, anam və onlar kimi düşünən yüzlərlə insanlar incəsənəti sevsin, hörmət bəsləsin. İlk işim incəsənət sahəsini evdəki doğmalarıma sevdirməklə başladım. Və çətində olsa öz dürüstlüyümlə, əqidə və amalımın, düzgünlüyüm ilə bunu bacardım.
Teymur üçün bu arzuya çatmaq elədə asan olmadı, amma buna baxmayaraq o qarşısına qoyduğu məqsədinə çatdı. Təhsilini başa vurdu iş fəaliyyətinə başladı və bu gün o inanır ki, atası, anası, doğmaları onunla fəxr edir. Necə ki, o öz ailəsi ilə fəxr edir. Anasının şeir yazmasından, bir çox dil bilməsindən, atasının yanında duraraq gözəl bir ailənin cəmiyyət üçün yetişdirdiyi övladlarından söz açdı. Ailə kiçik bir dövlət olduğunu və bu dövlətin başında həmişə sağlam valideyinlərin durmasından övladların həyatında böyük rolu olduğunu vurğulayan Teymur Bayramov ailəsi ilə fəxr etdiyini dönə-dönə təkrarlayırdı. Mənə elə gəlir ki, Teymur Bayramovla bizdə fəxr etməliyik. Zərrə-zərrə topladığı uğuruna sevinməliyik.
Bayramov Teymur Rzaqulu oğlu (Teymur Həbibi) 9 iyul 1986-cı ildə Gürcüstanda — Qarayazı mahalının Ağtəhlə kəndində ziyalı ailəsində anadan olub.
1993-2004-cü illərdə Bakı şəhəri, Binəqədi rayonu 143 saylı məktəbdə orta təhsilini, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin Beynəlxalq Mədəni Əlaqələr ixtisasının əyani şöbəsində ali təhsilini fərqlənmə diplomu ilə bitirib. 2008-2009-cu illərdə Qusar rayonunda hərbi xidmətdə olduğu müddətdə “Xidməti xasiyyətnamə” ilə təltif olunub.
İş fəaliyyətinə 2004-cü ildən bu günə kimi “BB production”un yaradıcısı və üzvü, 2006-2007-ci illərdə “ŞƏMS” nəşriyyatında korrektor, müxbir, 2010-2011-ci illərdə “Azpress.az” saytında müxbir, montajçı, 2011-2012-ci illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) «Səhər» redaksiyası və «Azad Azərbaycan Teleradio Yayım Şirkəti»nin (ATV) «ATV Səhər» proqramında müxbir, 2014-cü ildə Kanal13.tv-də yayımlanan “Bizimlə Məsləhət” ailə-məişət, ictimai məzmunda müxtəlif mövzuda məsələlərə aid psixoloji, maarifləndirici verilişin müəllif və aparıcısı, 2015-ci ildə Bestfm.az internet radiosunun direktor müavini, 2016-cı ildə SumTV-də yayımlanan “Bizimlə Məsləhət” ailə-məişət, ictimai məzmunda müxtəlif mövzuda məsələlərə aid psixoloji, maarifləndirici verilişin müəllif və aparıcısı vəzifələrində çalışmaqla başlayıb.
2007-ci ildə “Tələbə Həmkarlar İttifaqı” Komitəsinin nəzdində fəaliyyət göstərən “Ədəbi Məclis”in fəal üzvlərindən biri olub. Bu məclis üzvləri ilə bərabər mətbuatda “Darıxmışam” şeiri çap olunub.
Heydər Əliyev “Xalqa bağışlanan ömür” X kitab, Ramiz Məmmədzadə “İşıq günü”, Hacı xanım Rövşanə “Əllərimi Allaha açdım” və s. kitablarında korrektor, İlyas Əfəndiyev — 92 “Unudulmaz xalq yazıçısı”, Mikayıl Müşfiq “30 illik ömür karvanı”, Nizami Gəncəvi “Ustadın həyatı və yaradıcılığı” və s. məqalələri mətbuatda, “İsmi-Teymur” (Avtobioqrafik şeir), “Kitabi-mehrim”, “Biz ad günümüzü bir qeyd edirik”, “Müxəmməs”, “Gözəl” və s. şeirləri “Ədalət naminə”, “Azad qələm”, “Möhtəşəm Azərbaycan”, “İlham çeşməsi” və s. qəzetlərində, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
Hal-hazırda da şeirləri dövri mətbuat səhifələrində müntəzəm olaraq dərc olunmaqdadır.
2010-cu il oktyabrın 28-i müəllifi olduğu “Həbibi dünyası…” adlı dörd fəsildən (“Şeirlər”, “Tarixsiz şeirlər”, “Bayatılar”, “Natamam sətirlər”) ibarət ilk şeirlər kitabı işıq üzü görüb. Elə həmin il dekabrın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi və təşkili ilə “Səda” tədris teatrında kitabının təqdimat gecəsi keçirilib.
“Həbibi dünyası…” kitabı və kitabın elektron versiyası Respublikanın bir çox şəhər və rayon mərkəzi kitabxanalarında (Prezident kitabxanası, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Ağdaş rayon Mərkəzi Kitabxanası, Bərdə rayon Mərkəzi Kitabxanası, Hacıqabul rayon Mərkəzi Kitabxanası, Salyan rayon Mərkəzi Kitabxanası, Qubadlı rayon Mərkəzi Kitabxanası, Gəncə şəhər Mərkəzi Kitabxanası, Qusar rayon Mərkəzi Kitabxanası və.s), internet saytlarında (Kitabxana.net və.s) yerləşdirilib.
Bütün bunlarla yanaşı məktəb və tələbəlik illərindən musiqi yaradıcılığı ilə də məşğul olub.
2016-cı ildə “Butafm radio və televiziya” MMC-nin icraçı direktor vəzifəsinə təyin olunub.
P.S. Belə bir zəngin tərcümeyihala məxsusudur Teymur Bayramov. Ona işlərində uğurlar. Quracağı ailə həyatında xoşbəxtlik arzulayıram.
ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər CƏMİYYƏT xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.