Azərbaycan futbolunda unikal hesablar: 11:3, 13:4, 15:0, 13:1, 12:0...


Futbol üzrə Azərbaycan I divizionda birinci dövrəyə yekun vurulub. Sonuncu - XIII tur "Səbail" - "Bakılı" qarşılaşmasındakı məhsuldarlıqla əlamətdar olub. Meydan sahiblərinin 11:3 hesabı ilə qalib gəldiyi matçda azarkeşlər 14 qol görüb. Xeber24.az-ın Milli.Az-a istinadən verdiyi xəbərə əsasən, PFL-dən bildirilib ki, bu, əvvəl I dəstə adlanan aşağı liqa tarixində ən məhsuldar 4 oyundan biridir. Sonuncu dəfə 14 və ya daha çox qolun vurulduğu matç 2000/01 mövsümündə yaşanıb. OİK (Bakı) və "Lokomotiv" (İmişli) arasında görüşdə rekord sayda - 17 qol vurulub. Meydan sahiblərinin 13:4 hesablı qələbəsi I divizion tarixinə ən məhsuldar oyun kimi düşüb. Ən böyükhesablı qələbə isə 1993/94 mövsümündə qeydə alınıb. "Metallurq" (Sumqayıt)"Göytəpə" (Göytəpə) ilə görüşdə rekord vurub - 15:0. Həmin mövsüm sumqayıtlıların daha bir oyununda yüksək məhsuldarlıq yaşanıb. "Metallurq" 14 qolun vurulduğu görüşdə "Şirvan"ı (Ağdaş) məğlub edib - 13:1. Qeyd edək ki, bir komandanın "Səbail" - "Bakılı" oyunundakı kimi 11 və ya daha çox qol vurduğu sonuncu matç ötən mövsümə təsadüf edib. "Neftçala" (Neftçala) səfərdə "Energetik"i (Mingəçevir) 12:0 hesabı ilə məğlub edib. Ən azı 9 top fərqinin qeydə alındığı son matç isə cari mövsümdə yaşanmışdı. "Zaqatala" elə "Energetik"in qapısından 10 cavabsız top keçirib.
Baxıldı: 155 .
ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər İDMAN xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.