Masallıda oğurluqla məşğul olan iki nəfər tutulub


Masallıda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən şəxslər zərərsizləşdirilib.
Baxıldı: 742 .
 
 
Bu barədə məlumatı APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Anar Xəlilov verib. Onun sözlərinə görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  rayonun ayrı-ayrı yaşayış məntəqələrində  oğurluqda şübhəli bilinən iki nəfər  saxlanılıb. 
 
İlkin araşdırmalardan məlum olub ki, rayon sakini  Kamran Hüseynov bu ilin fevral ayının 1-də özgənin əmlakını ələ keçirmək məqsədilə rayonun Musaküçə kənd sakini Əlvan Heydərova məxsus yaşayış evinə gizli daxil olaraq  oradan 3 200 rus rublu  və 220 manat pulu oğurlayıb. Bundan sonra o,  28 aprel 2016-cı il tarixdə axşam saatlarında  rayonun Türkoba kənd sakini Vüqar Hacıyevə   məxsus yaşayış evinə gizli daxil olaraq oradan  1 850 manat pulu,   iyunun 26-da isə tanışı Fariq İbrahimovla birgə Mollaoba kənd sakini Seyfəl Baxşəliyeva  məxsus yaşayış evinə  gizli daxil olaraq  oradan 350 ABŞ dolları, 150 manat pulu və qızıl-zinət əşyaların oğurlayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Kamran Hüseynov  və Fariq İbrahimovun digər bu kimi əməlləri də üzə çıxıb.
 
Həmçinin Kamran Hüseynov üzərindən  2 940 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. 
 
Kamran Hüseynov və Fariq İbrahimov  barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər CƏMİYYƏT xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.