Güləşçilərimiz 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazandılar


Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsi keçirilib.
Baxıldı: 148 .
 
 
Xəbər24.az AZƏRTAC-a istinadən bildirir ki, sayca 9-cu dəfə təşkil olunan turnirə 50-dən çox ölkədən 700-ə yaxın güləşçi qatılıb. Son yarış günündə yunan-Roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
 
Güləşçilərimiz son yarış günündə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Həsən Əliyev (71 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Oyan Nəzəriani (130 kq) qazandırıblar. Yalnız final görüşündə uduzan Elvin Mürsəliyev (75 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Rövşən Tağıyev (66 kq) və Soltan İsmayılovun (85 kq) payına düşüb.
 
Xatırladaq ki, sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc, qadın güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar.
 
Beləliklə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsini güləşçilərimiz bütövlükdə 7 qızıl, 3 gümüş və 7 bürünc medalla başa vurublar.
 
Sevinc Şabanova
ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər İDMAN xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.