Hulusi Akardan erməni deputata cavab: "Bunu isbat etməyən şərəfsizdir" - YENİLƏNİB


Türkiyə Silahlı Qüvvələri Baş qərərgah rəisi Hulusi Akar NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyası çərçivəsində keçirilən Müdafiə və təhlükəsizlik komitəsinin iclasında çıxışı zamanı erməniləri biabır etdi. Bunu Trend-ə iclasda iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, Hulusi Akar erməni nümayəndə heyətinin rəhbərini əxlaqsız, tərbiyəsiz, şərəfsiz və mənəviyyatsız adlandırdı: "Erməni deputat Hulusi Akara yersiz suallar verdi ki, İraqı siz tutmusunuz, İŞİD-ə dəstək verirsiniz və s. Hulusi Akar da çıxışında bu məsələlərin hamısına aydınlıq gətirdi və bildirdi ki, əgər bir nəfər sübut edə bilsə ki, biz İraqda nə iləsə məşğul olmuşuq, mən istefa verməyə hazıram və erməni deputatını əxlaqsız, tərbiyəsiz, şərəfsiz və mənəviyyatsız adlandırdı". S.Novruzov əlavə edib ki, Hulusi Akarın erməni deputatına dediyi sözləri zalda ayağa qalxıb alqışladılar: "Bütün zal alqışladı ki, ermənilər, siz mənəviyyatsızsınız, əxlaqsızsınız". -------- 15:42 "Türk ordusu indiyə qədər Hələbdə tək güllə də atmayıb, bunu isbat etməyən şərəfsizdir" "Qalileyə qarşı çıxılması dünyanın öz oxu ətrafında dönməsi gerçəyini dəyişdirmədi". Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO Parlamentar Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasında Ermənistandan olan deputat Koruyn Nahapetyanın "erməni soyqırımı" barədə sualına cavab verərkən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar bildirib. H. Akar erməni millət vəkilinin sualını tarixi həqiqətlərin saxtalaşdırıla bilməyəcəyinə dair örnək verərək cavablandırıb: "Qaliley dünyanın öz oxu ətrafında döndüyünü deyəndə ona inanmadılar, ancaq bu, həqiqəti dəyişdirmədi. Bəhs etdiyiniz "erməni soyqırımı"nın olmaması da bizim üçün o tarixi həqiqtələrdən biridir. Siz bunu nə qədər gündəmə gətirsəniz də, tarixi həqiqət dəyişməyəcək". K. Nahapetyanın noyabrın 19-da Suriyanın Hələb şəhərində Türkiyə-İŞİD terror təşkilatı əməkdaşlığı nəticəsində 5 nəfərin ölməsi barədə iddiasına isə H. Akar sərt reaksiya verib: "Türk ordusu indiyə qədər Hələbdə tək güllə də atmayıb. Bunu isbat etməyən şərəfsizdir, isbat etsəniz, istefa verməyə hazıram. Sözünüzü geri götürrməyinizi tələb edirəm".
Baxıldı: 206 .
ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər DÜNYA xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.