Rio-2016: Avarçəkənlərimizin final mübarizəsi


Bu gün Rio Olimpiadasında 2 avarçəkənimiz finalda mübarizə aparacaq...
Baxıldı: 311 .

 

Xəbər24.az                 18.08.2016

 

Bu gün Rio Olimpiadasında 2 avarçəkənimiz finalda mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın liderləri olan Aleksandr Demyanenko və İnna Osipenko-Radomskaya həlledici mərhələdə medal üçün yarışacaqlar.

 

Start xəttinə ilk olaraq dünya və Avropa çempionumuz Aleksandr Demyanenko çıxacaq. 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə sürətini yoxlayacaq milliləşdirilmiş legionerimiz finalda Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Martin Funksa (Çexiya), Andrey Kraytor (Rusiya) və Tomas Simartla (Fransa) yarışacaq.

 

Həlledici yarış Bakı vaxtı ilə saat 16:23-də start götürəcək.

 

İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya isə bu dəfə 500 metr məsafədə mükafatçılar sırasına düşməyə çalışacaq. O, medallar uğrunda Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Martina Kohlova (Slovakiya) ilə mübarizə aparacaq.

 

Osipenko-Radomskaya start xəttinə saat 17:10-da çıxacaq.

 

Qeyd edək ki, bununla da avarçəkənlərimizin Riodakı çıxışı yekunlaşacaq. Yarışda Aleksandr Aleksandrov – Boris Yotov dueti (akademik avarçəkmə, 2000 m) 12-ci, Yure Meqliç (kanoe-slalom) 14-cü yeri tutub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər İDMAN xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.