Xəbər24.az 18.08.2016
“Rövşən Lənkəranski”nin yaxın ətrafındakı mənbədən kriminal avtoritetin İstanbulda aparıldığı Şişli Etfal Xəstəxanasında keçindiyi dəqiqləşdirilib.
Rövşən aldığı güllə yaralarından təxminən 1 saat əvvəl xəstəxanada keçinib. Ona bir neçə güllə dəyib və həkimlər kriminal avtoritetin aldığı yaraların ona yaşamaq şansı qoymadığını bildiriblər.
Məlumata görə, yaxınları Rövşən Lənkəranskinin cənazəsini Azərbaycana gətirmək üçün İstanbula gediblər.