Xəbər24–də yeni layihə: “ Dəcəl Balamın müsahibi”


Hər kəs oxusun, hər kəs qonaq olsun!
Baxıldı: 1624 .

Xəbər24.az   26.07.2016

 

"Dəcəl Balamın müsahibi" layihəsinin növbəti qonağı Xanım Şabanova və qızı Əsmər

 

Dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə ilk olaraq təşəkkür edirik. Bir- birimizi daha yaxından tanımaq üçün bir az söhbət edək.

Özünüz və övladınız barədə eşitmək istərdik. Buyurun.

- Mən Xanım Şabanova, 29 yaşım var. Əsmər adında dünyalar gözəli bir qızım var. 6 yaşı var. Sentyabrda məktəbə gedəcək. Ana olduğum üçün özümü çox xoşbəxt hiss edirəm.

 

”Dəcəl Balam” barədə məlumatı necə əldə etmisiniz?

- “Dəcəl Balam” haqqında məlumatı sosial şəbəkələrdən əldə etmişəm.

 

Nə üçün ”Dəcəl Balam”ı seçmisiniz?

- "Dəcəl Balam" ın tədbirlərində bir neçə dəfə qızımla bir yerdə iştirak etmişəm və çox bəyənmişəm. Sentyabrdan artıq qızım dərsdən sonra vaxtını Dəcəl Balam-da keçirəcək. Düzünü deyim ki, Dəcəl Balamı seçməzdən əvvəl kifayət qədər araşdırma apardım, bizi hərtərəfli qane edən başqa alternativ tapa bilmədim. Qızımın rahatlığı mənim üçün hər şeydən önəmlidir.

 

Bu mərkəzin uşağınızın təhsilinə və həyatına təsirini necə dəyərləndirirsiniz?

- Dilşad xanımın "Dəcəl Balam" üçün elədikləri göz qabağındadır, həmişə izləyirəm. Ona görə də qızımın həm təhsili, həm dünyagörüşü, həm də sosial həyatına müsbət təsir göstərəcəyini düşünürəm.

 

Övladınızla əsasən necə vaxt keçirirsiniz?

- İşləyən ana olaraq bütün günümü qızıma ayıra bilmirəm. Amma işdən sonra və istirahət günlərində çalışıram ki, vaxtımı ən yaxşı şəkildə dəyərləndirim. Bir yerdə idmanla məşğul oluruq, oyunlar oynayırıq, gəzirik və s. Qızımla keçirdiyim hər saniyə mənə maraqlıdır. O mənim “xoşbəxtlik hormonum”dur.

 

 

Gələcəkdə övladınızın hansı peşəni seçməsini istərdiniz? Onun seçiminə qarışmağı düşünürsünüz mü?

- Qızımın uşaq həkimi olmağını istəyərdim. Seçiminə qarışmağı yox ona istiqamət verməyi düşünürəm. Qətiyyətli uşaqdır, istəmədiyi işi ona məcbur edə bilmərəm.

 

Səhvi olduqda ona səhvini izah etmək və yaxud sözünüzə baxması üçün üçün hansı üsuldan istifadə edirsiniz?

- Hər hansı səhv hərəkət edəndə ona bunu təklikdə başa salıram. Səhv hərəkətin hansı pis nəticələri ola biləcəyini izah edirəm. Əsmərin öz geniş dünyası, maraqları və fikirləri var. Daha çox öz bildiyini eləməyi sevən uşaqdır. Ona görə də hərdən olur ki, sözümə qulaq asmır. Əvvəl şirin dillə başa salıram, qulaq asmayanda gəzmək və əyləncədən məhrum edirəm, o da nəticə verməyəndə cəza verirəm (məs:küncdə dayanmaq). Bəzən heç biri nəticə vermir. :) 

 

Sizcə uşağın tərbiyəsində əsas rol kim oynayır ?

- Məncə uşağın tərbiyəsində “valideyn, məktəb və cəmiyyət” üçbucağının böyük rolu vardır. Əsmər dostları ilə oynayanda çox vaxt ona sezdirmədən kənardan izləyirəm. Onun necə uşaqlarla dostluq etməsinə çox önəm verirəm. Mühit uşağın tərbiyəsini tamamilə dəyişə bilər düşüncəsindəyəm. Və bu bəzən məni çox qorxudur…

 

Təklifləriniz ?Mərkəzdə daha nələr görmək sizin üçün xoş olar?

Mərkəzin xidmətlərinin çox olduğunu bilirəm. Biz Sentyabr ayından Dəcəl Balamın dünyasına qatılacağıq. Vaxt məhdudiyyətinə görə Əsməri üzgüçülüyə apara bilmirəm.Bildiyim qədəri ilə mərkəzdə üzgüçülük yoxdur. İstərdim ki üzgüçülük də olsun.

 

Hər hansı iradınız var mı?

- Dilşad xanımın əziyyətini yalnız alqışlamaq lazımdır.

 

Son 3-4 cümlə ilə valideynlərə nə tövsiyyə edərdiniz ?

 - Valideynlərə tövsiyyəm odur ki, onlar üçün əsas prioritet təmiz ev, səliqəli düzülmüş oyuncaqlar, ləkəsiz paltarlar və s. yox, uşaqların gülən gözləri olsun. Bir də uşaqlarını bolluca öpüb qucaqlasınlar, hər gün onlara “səni sən olduğunçün çox istəyirəm” desinlər. 

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.