Nazirdən xaricə gedənlərə xəbərdarlıq


Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedən vətəndaşlara müraciət edib...
Baxıldı: 1227 .


Xəbər24.az                               22.07.2016

 

Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedən vətəndaşlara müraciət edib.

Nazirlik əhalinin nəzərinə çatdırır ki, xarici ölkələrə turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətin turist vauçerini, səfərlə bağlı ödəniş sənədlərini, eləcə də "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Bəzi turizm şirkətləri vətəndaşlara turizm məhsulunu təqdim edərkən Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş tələblərinə riayət etmir və bu da vətəndaşlarda çaşqınlıq yaradır.

Belə halların qarşısının alınması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq hazırlanmış müqaviləni mütləq şəkildə tələb etməyi tövsiyə edir. Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır:

turist (alıcı) haqqında turizm məhsulunun satışı üçün zəruri olan həcmdə məlumat;
səyahətin proqramı və marşrutu barədə məlumat göstərilməklə turizm məhsulunun istehlak xassələri, turistlərin təhlükəsizlik şərtləri, turizm məhsulunun sertifikatlaşdırılmasının nəticələri haqqında düzgün məlumat;

Tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsaslı dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var.
Həmçinin, turizm şirkəti tərəfindən təqdim edilən müqavilənin şərtləri diqqətlə oxuduqdan sonra imzalanması tövsiyə olunur.
turizm vauçeri - turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəd.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər XƏBƏRLƏR xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.