Təhsildə biabırçılıq: 63 faiz tələbə keçid balını yığa bilmədi


İmtahanların nəticələri acınacaqlı mənzərə ortaya çıxardı..
Baxıldı: 379 .
 
Xəbər24.az                     22.07.2016
 
İyulun 15-də ali məktəblərə I və IV qruplar üzrə qəbul imtahanları keçirildi. Qəbul imtahanında 6 nəfər 700 bal toplayıb. Ümumilikdə, keçən illərə nisbətən, bu il 600 balı keçən tələbələrin sayı çoxdur
 
Kamran Əsədov, təhsil üzrə ekspert

Kamran Əsədov: “İmtahanların nəticələri acınacaqlı mənzərə ortaya çıxardı. Təəssüflər olsun ki, 31397 abituriyentdən cəmi 11406 nəfəri keçid balını— 200 balı keçə bilib. Bu, əlbəttə ki, biabırçı bir nəticədir. Müsabiqə şərtlərini 11406 abituriyent ödəsə də, qəbul plan yeri dəfələrlə çox— 13632-dir. Deməli, abituriyentlər düzgün ixtisas seçimi etsələr, 1-ci ixtisas qrupu üzrə müsabiqəyə buraxılan abituriyentlərin hamısı ali məktəblərə qəbul olacaq və hətta 2 mindən çox plan yeri boş qalacaq.

1-ci ixtisas qrupu üzrə sənəd təqdim edən abituriyentlərin bir çoxu həm də 5-ci ixtisasa sənəd verib, deməli 1-ci qrupda boş qalan plan yerlərinin sayı daha da çox olacaq. 4-cü qrup üzrə 5340 abituriyent sənəd qəbulunda iştirak edib, onlardan 2823-ü müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılıb. Yəni 50 faizdən çox abituriyent 200 balı toplaya bilməyib.

Burda bir məsələ var ki, hər iki ixtisas qrupundan, 1 və 4 cü qrupdan 3 abituriyent maksimum nəticə, 700 bal toplayıb. Bu, heç də abituriyentlərin yüksək göstəricisi demək deyil. Bu, qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının mayda keçirilən imtahandan dəfələrlə asan olması ilə əlaqədardır. 31 min abituriyentdən yalnız min nəfəri 500 balı keçə bilib. 400-700 bal arası nəticə göstərən abituriyentlərin sayı cəmi 1636 nəfərdir ki, bu da 31 min abituriyentin qarşısında bərbad bir nəticənin olduğunu göstərir. Hesab edirəm ki, 1 və 4-cü qruplar üzrə imtahan nəticələri əvvəlki illərdə olduğu kimi, çox aşağı səviyyədədir. Təəssüflər olsun ki, imtahan nəticələri ildən-ilə irəli getməli olduğu halda, ya yerində sayır, ya da geriyə doğru hərəkət edir”.

 
Nadir İsrafilov, təhsil üzrə ekspert
 
Nadir İsrafilov: “Vəziyyət heç də ürəkaçan deyil. Hələ də Sovet hakimiyyətinin təhsil sistemindən çıxmaq üçün dəfələrlə yeni qaydalar reallaşdırmağa çalışırıq. Hər dəfə də yeni qaydanın tətbiqi təhsil sistemində problemlər ortaya çıxarır.

Hazırda çox sayda özəl universitetlərin olması tələbə qəbulu zamanı rəqabəti azaldır. Ümumiyyətlə, çox sayda universitetin olması diplom verərək, “ali savadlı”ların sayının artmasına səbəb olur. Amma bir problem ortaya çıxır: ali savadlı gənclər işlə təmin olunurmu? Mən daha çox özəl universitetdənsə, az sayda peşə məktəblərinin olmasının tərəfdarıyam”.

 

 

 

 

 

 

 

 

 

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər TƏHSİL xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.