Xəbər24–də yeni layihə “ Dəcəl Balamın müsahibi”


Hər kəs oxusun, hər kəs qonaq olsun!
Baxıldı: 660 .

 

           Xəbər24.az  22.07.2016


 

 


"Dəcəl Balamın müsahibi" layihəsinin növbəti qonağı Tehran Seyidova və övladları

 

             Dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə ilk olaraq təşəkkür edirik. Bir- birimizi daha yaxından tanımaq üçün bir az söhbət edək. Öncə özünüz və övladınız barədə eşitmək istərdik.

 

·     Buyurun bizim üçün də çox xoş oldu. Adım Tehrandır, 37 yaşım var, 2 övladım var, bir qız, bir oğlan. Qızımın 15 yaşı var. Oğlumun da 9 yaşı var. Bildiyiniz kimi Seyidov Miryaqub hal - hazırda 3-cü sinfi bitirdi. Abdulla Şaiq adına Dövlət Kukla Teatrının "Oyuq” studyasının kiçik aktyorudur. Mən kukla teatrının rəhbəri Rəşad müəllimə və Səidə xanıma dərin təşəkkürlərimizi bildirirəm ki, Miryaqubun səhnələrdə fəal iştirak etməyi üçün hər cür şərait yaradırlar. Bu günkü uğurlarını da onlara borcluyuq. Miryaqub bunlardan əlavə skripkada ifa etməyi bacarır və skripka üzrə 3 - cü sinfi bitirdi. Gözəl rəqqasəmiz Göyçək Fatimənin də yanında rəqs dərsləri ilə də məşğuldur. “Dəcəl Balam”ın rəhbəri Dilşad xanıma da çox böyük hörmətimiz var. Biz bir neçə dəfə onların uşaqlar üçün təşkil etdiyi xeyriyyə konsertlərinin qonaqları olmuşuq. Həm oxumuşuq, həm oynamışıq, həm də əylənmişik və çox razı qalmışıq. Dilşad xanım doğurdan da ürəyi çox böyük xanımdır. Bu uşaqlara ki, belə ürəkdən can yandırıb onlara xeyriyyəçilik edir, ona görə də, ona sevgimiz sonsuzdur. Bu gözəl inasanın haqqında adam nə desə belə azdır. Hətta bütün uşaqlara öz ovladları kimi yanaşır. İnsanlara böyük qayğı göstərir. Onlar üçün əlindən gələni edir. Halal olsun bu insana. Bu insanın balaca görünüşü ilə yanaşı çox böyük ürəyi var. Allah həmişə Dilşad xanımı sevindirsin. Necə ki, o, bütün uşaqları sevindirir, bağrına basır, böyük qayğı gostərir. Həqiqətən də çox gözəl qəlbli insandır. Təşəkkürlərimiz sonsuzdur Dilşad xanıma.

 

 

 

 

 

 Çox sağolun. Təşəkkür edirəm xoş sözləriniz üçün. “Dəcəl Balam” haqqda məlumatı necə əldə etmisiniz?

·     “Dəcəl balam”ın ilk öncə facebook sosial şəbəkəsində səhifələrini bəyənmişəm , sonra da jurnallarını alırdıq. Həm jurnal vasitəsi ilə, həm də facebookda həmişə izləyiciləri olmuşuq. Dilşad xanımla da burda tanış olduq və bizi konsertlərinə dəvət etdilər. Biz bu konsertdə iştirakdan sonra “Dəcəl balam”ı çox bəyəndik. Oranın aurası , müəllimələri və bütün kollektiv üzvləri ilə yaxından tanış olduq. Uşaqlarla xoş səmiyyət gördük və hətta yaxınlarımıza da bu kollektiv içində məktəbə qədər təhsil almaqlarını məsləhət gördük. Bir sözlə,” Dəcəl Balam”dan hər tərəfli razı qaldıq.

 

 

 

            Çox gözəl.. Hələ də məsləhət görməyiniz çox sevindirici haldır. Təşəkkür edirik! Öz övladlarınız Dəcəl Balamın xidmətlərindən yararlanırlar mı və yaxud düşünürsünüz mü?

·     Əlbəttə mənim övladlarımın yaşlarına uyğun olsaydı sevə-sevə yararlanardıq. Amma yaşları ilə bağlı olaraq biz müraciət edə bilmirik ancaq öz ətrafımdakı insanları “Dəcəl Balam”a yönləndirirəm.

 

 

 

            Övladlarınızla əsasən necə vaxt keçirirsiniz? Övladlarınız arasında qısqanclıq var mı? Onlara vaxtı necə bölüşürsünüz?

·    Demək olar ki, mən bütün günümü oğlum Miryaquba sərf edirəm. Bütün vaxtımız məktəbə, dərsdən sonra hazırlıqlara, çəkilişlərə gedir. Qızım da yaşca biraz böyük olduğundan o özünü idarə edir və bəli buna görə də aralarında çox böyük qısqanclıq hissləri baş qaldırır. Həmişə də bunun üçün bizim aramızda çox böyük münaqişələr yaranır. Miryaquba vaxt daha çox getdiyindən qızıma elə də çox vaxt ayıra bilmirəm. Amma mənim üçün hər iki övladım da çox dəyərlidir. Mən boş vaxtlarımda hər ikisinə vaxt ayırıb onların istəklərini yerinə yetirməyə çalışıram. Boş vaxtlarımı ancaq övladlarıma ayırıram. Onlar mənim üçün çox dəyərli varlıqlardır. Amma nə qədər vaxt ayırsam da qızım bundan razı qalmır. Dəhşət qısqanclıq hissləri aramızda söz-söhbət yaradır.

           

                 

 

            Gələcəkdə övladınızın hansı peşəni seçməsini istərdiniz?Övladlarınızın seçiminə qarışmağı düşünürsünüz mü?

·    Yox, bizim ailədə uşaqların seçimlərinə heç vaxt qarşı durmamışıq. İstər atası, istərsə də mən. Həmişə çalısmışıq ki, onlar üçün nə xoşdursa onları həyata keçirdək və ürəkləri hansı sənəti istəyirlərsə qoy o sənətin arxasınca da getsinlər ki, seçdiyi sənəti də həmişə sevsinlər. Valideynlərin məcburiyyəti ilə seçilən peşəni mənim fikirmcə uşaqlar heç vaxt sevmirlər. Qızımın sevdiyi peşə memar-dizaynerliklə bağlıdır. Oğlum da bəstəkar olmağı düşünür. İnşaAllah hər ikisi də arzularına nail olar.

 

 

 

İnşaAllah övladlarınız üçün xeyirlisi olar.

·    Amin inşaAllah. Allah bütün övladların yolunu açıq etsin. İnşaAllah bizimkilər də içində. Amin!

           

           

           

            Səhvləri olduqda onlara səhvini izah etmək və yaxud sözünüzə baxmaları üçün hansı üsuldan istifadə edirsiniz?

·     Düzdür səhvləri olanda mən onlara səhvlərini dəfələrlə başa salmağa çalışıram. Amma bəzən də elə olur ki, heç başa salmadan onların üzərinə çox pis hirslənirəm və bu davranışım da onların heç xoşlarına gəlmir. Məndən küsüb inciyirlər. Amma sonra sakit vaxtımda onlarla sakit - sakit söhbət edib başa salıram və məni bağışlayırlar. Səhvlərini başa düsürlər və böyük bir səhvləri olanda yalnız onlardan küsürəm və danışmıram. Bu da onlara böyük dərs olur. Özlərini tez bağışlatdırırlar.

           

 

 

            Sizcə uşağın tərbiyəsində əsas rol kim oynayır?

·     Hər iki valideynin tərbiyəsi vacibdir. Ata və ana ikisi də əlbir olub övladlarını düzgün şəkildə tərbiyələndirməlidirlər. Eyni fikirdə olmalıdırlar ki, uşaqlar valideynlərdən düzgün tərbiyyə ala bilsinlər. Mən belə düşünürəm. Çünki ana bir fikirdə, ata ona əks fikirlər bildirəndə uşağın tərbiyəsinə böyük təsiri olur.

           

 

 

            Təklifləriniz? Mərkəzdə daha nələri görmək sizin üçün xoş olar?

·     Vallah bu mərkəzdə hər bir şeyin yerli- yerində olduğunu gördüm. Amma bu xəstə uşaqların müalicələri ilə bağlı xeyriyyə konsertləri üçün imkanı olan müəyyən şirkətlər Dilşad xanıma dəstək olub, bu uşaqların müayinəsinə köməklik etsələr bu hərkəsə çox xoş olar. Çünki bu uşaqların həm maddi, həm mənəvi dəstəklərə çox ehtiyacları var.

 

 

 

 Görülən işləri dəyərləndirdiyiniz üçün minnətdaram. Son 3-4 cümlə ilə valideynlərə nə tövsiyyə edərdiniz?

·      Valideynlərə tövsiyyə nə ola bilər ki. Bəzi valdeynlərə tövsiyyə yalnız o ola bilər ki, övladlarına vaxt ayırsınlar. Onların maraqlarını qiymətləndirsinlər və uşaqların həvəslərini heç vaxt öldürməsinlər. Elə valideynlər var ki, öz işlərinin dərdindən uşaqlarına vaxt ayırmağı unudurlar. Uşaqların qayğıya, diqqətə ehtiyacları var. Onlar bizim gələcəyimizdir.

 

 

 

 Vaxt ayırdığınız üçün çox təşəkkür edirəm . Suallarımı cavablandırdığınız üçün minnətdaram.

 

·       Buyurun. Mənim üçün də çox xoş oldu..

 

 


 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.