Türkiyə: fövqəladə vəziyyətə ŞƏRHLƏR


Fövqəladə vəziyyətin davam etməsinə səbəb ola biləcək hallarda, üsyançıların digər ölkələrə keçməsinin qarşısını almaq üçün sərhəddən kənar əməliyyat həyata keçirmək..
Baxıldı: 296 .

Xəbər24.az  22.07.2016

 

 

MHP sədri Devlet Bahçeli yazılı bəyanatında bildirib ki, "MHP Türkiyənin indiki çox zərif və həssas vaxtında qəbul edilmiş fövqəladə vəziyyət qərarını dəstəkləyir və xeyirli hesab edir".

"Bütün ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsi düzgün və yerində bir qərardır", cənab Behçeli deyib.

Xəbər24.az BBC-yə istinadən bildirir ki, Cümhuriyyət Xalq Partiyasının CHP) sədri Kemal Kılıçdaroğlu isə deyib ki, partiyası qərarla bağlı "bir qrup qərarı" verməyib.

"Demokratiya üçün qrup qərarı alınarmı? Biz demokratiyanı dəstəkləyirik".

Xalq Demokratik Partiyasının (HDP) Qarsdakı millət vəkili Ayhan Bilgen isə bu qərara etiraz edir.

"Çevrilişçilər də fövqəladə vəziyyət elan etmişdi və "bunu demokratiya üçün etdik" demişdilər", o bildirib.

Türkiyə prezidenti cümə günü baş verən çevrilişə cəhd səbəbindən ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib.

Ankaradakı prezident sarayında çıxış edən Recep Tayyip Erdoğan deyib ki, "silahlı qüvvələr bütün viruslardan təmizlənmiş olacaq".

Bu bəyanat çevrilişə cəhdlə bağlı təqribən daha 10 min insanın saxlanmasına gətirib çıxara bilər.

Türkiyədə tətbiq edilən fövqəladə vəziyyətin ilk günlərində təhlükəsizlik tədbirləri artırılıb, BBC müxbiri Mark Lowen İstanbuldan xəbər verir.

Onun sözlərinə görə, məsələn, İstanbulun əsas məhkəməsinin binasını iki silahlı yük maşınları qoruyur. Hər yerdə mülki polislər gözə dəyir və binanın girişi bağlıdır.

Fövqəladə vəziyyətdə nələr baş verə bilər? - qanundan bəzi çıxarışlar

Küçəyə çıxmağın məhdudlaşdırması və ya qadağan edilməsi

Vətəndaşların geyimi, avtomobilləri, əşyaları axtarıla bilər və tapılan istənilən əşya dəlil məqsədilə götürülə bilər

Qurum və təşkilatların binalarında giriş-çıxışı yoxlamaq, qeydı almaq və ya qadağan etmək

Fövqəladə vəziyyətin davam etməsinə səbəb ola biləcək hallarda, üsyançıların digər ölkələrə keçməsinin qarşısını almaq üçün sərhəddən kənar əməliyyat həyata keçirmək

Şübhəli insanların və qrupların ölkəyə girişinə qadağa qoymaq

Prezidentin apardığı sərt tədbirlər nəticəsində 600-dən çox məktəb bağlanıb və minlərlə dövlət işçisi vəzifəsindən azad olunub.

"Bu tədbirlər heç bir halda demokratiya, qanun və azadlığa qarşı deyil", cənab Erdoğan deyib.

Almaniya xairci işlər naziri Frank-Walter Steinmeier cənab Erdoğanın nitqinə cavab olaraq deyib ki, Türkiyə hökuməti qanunun aliliyini qorumalı və çevrilişə cəhdlə bağlı tədbirləri görəndə bu aliliyin balansını təmin etməlidir.

"Hökumət qərarlarına siyasi baxışlarındakı şübhələrə əsasən deyil, qanunsuz əməllərdə iştirakı yalnız sübut olunmuş fəaliyyətlər daxil olmalıdır", cənab Steinmeier deyib.

Prezident çevrilişə cəhddə hazırda ABŞ-da yaşayan Fethullah Güləni günahlandırır.

O, Güləni Türkiyəyə ekstradisiya etməyə çağırsa da ABŞ dövlət katibi John Kerry çərşənbə günü deyib ki, Türkiyə bunun üçün Fethullah Gülenin hadisələrin arxasında olmasını sübut edən ciddi dəlillər təqdim etməlidir.

Çevrilişə cəhd günündən bu yana 50000-dən çox dövlət işçisi saxlanılıb, işdən qovulub və ya uzaqlaşdırılıb. Çərşənbə günü Türkiyə 99 yüksək rütbəli zabiti ittiham edib.

Rəsmilər təhsil ocaqlarını bağlayıb, universitet müəllimlərinə xaricə səfər etməsinə qadağa qoyaraq təhsil nümayəndələrinə qarşı sərt tədbirlər görməkdə davam edir.

Hakimiyyət həmçinin Türkiyə mediasının yazdığına görə cənab Gülen-lə əlaqəli olduğu deyilən 34 jurnalistin akkreditasiyasını ləğv edib.

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər XƏBƏRLƏR xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.