“Neftçi” Avropa Liqası ilə vidalaşdı


Bakıda keçirdiyi ilk görüşdə rəqibinin müqavimətini qıra bilməyib, qolsuz bərabərliklə kifayətlənən paytaxt təmsilçisi azarkeşlərini sevindirə bilməyib.
Baxıldı: 243 .

Xəbər24.az  22.07.2016

 

00:07

Avropa Liqasında mübarizə aparan "Neftçi" II təsnifat mərhələsinin cavab oyununu keçirib.

Xəbər24.az apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" Makedoniyada "Şkendiya" ilə cavab oyununa çıxıblar.

Bakıda keçirdiyi ilk görüşdə rəqibinin müqavimətini qıra bilməyib, qolsuz bərabərliklə kifayətlənən paytaxt təmsilçisi azarkeşlərini sevindirə bilməyib. Skopyedəki matçın, həm də növbəti mərhələyə vəsiqənin taleyini isə bir qol həll edib.

Belə ki, oyunun ilk yarısında hesabı açan meydan sahibləri qarşılaşmanın sonunadək üstünlüyü əldən verməyib. Bununla da "Neftçi"nin avrokubok mövsümü gələn il UEFA Superkubokunun oyununa ev sahibliyi edəcək "II Filip" stadionunda başa çatıb.

Qeyd edək ki, "Neftçi"yədək Azərbaycanın daha bir klubu - "Kəpəz" də avrokuboklarda mübarizəni dayandırıb.

Avropa Liqasının II təsnifat mərhələsi, cavab oyunu

21 iyul

 "Şkendiya" (Makedoniya) - "Neftçi" (Azərbaycan) -  1:0 
Qol: 
Besart İbraimi, 31
Qırmızı vərəqə: Vançe Şikov, 71

Baş hakim: Erik Lambrekt

Baş hakimin köməkçiləri: Karel De Roker, Co de Veyrdt

Dördüncü hakim: Frederik Qeldhof (hamısı Belçika)

Skopye. "II Filip" stadionu

İlk oyun - 0:0

"Şkendiya": 1. Kostadin Zahov, 4. Edzon Beytulay, 5. Armend Alimi, 6. Ardian Cuculi, 7. Besart İbraimi, 10. Feran Hasani (k), 14. Maryan Radeski, 18. Stenio Junior, 23. Beşir Demiri, 77. Blaqoja Todorovski, 88. Stefen Vuyiçiç

Ehtiyat oyunçular: 12. Yovanovski, 11. İmeri, 8. Ennur Totre, 19. Boyku, 20. Viktor Yufo, 27. Taip, 33. Polozani

Baş məşqçi: Bruno Akrapoviç

"Neftçi": 1. Kreşvan Santini, 3. Jayro, 7. Araz Abdullayev (k), 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 22. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 10. Cavid İmamverdiyev, 21. Aqşin Qurbanll, 26. Kamal Qurbanov, 41. Ömər Buludov, 95. Elmin Bədəlov

Baş məşqçi: Vəli Qasımov

21.07.2016

23:44

Avropa Liqasının II təsnifat mərhələsi, cavab oyunu

21 iyul

 "Şkendiya" (Makedoniya) - "Neftçi" (Azərbaycan) -  1:0 
Qol: 
Besart İbraimi, 31
Qırmızı vərəqə: Vançe Şikov, 71

Baş hakim: Erik Lambrekt

Baş hakimin köməkçiləri: Karel De Roker, Co de Veyrdt

Dördüncü hakim: Frederik Qeldhof (hamısı Belçika)

Skopye. "II Filip" stadionu

İlk oyun - 0:0

19:53

Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində bu gün "Şkendiya" ilə cavab oyununa çıxacaq.

Xəbər24.az apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar"ın Makedoniya təmsilçisi ilə Bakıda keçirdiyi ilk görüş qolsuz bərabərliklə nəticələnib.

Avropa Liqasının cari mövsümündə keçirdiyi 3 oyunda 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət görən "Neftçi"ni "Şkendiya" ilə cavab görüşündə qollu bərabərlik də qane edir. Bu nəticəyə imza atacağı halda, Vəli Qasımovun komandası növbəti mərhələyə adlayacaq və "Mlada Boleslav" (Çexiya) klubuna rəqib olacaq.

Belçikalı hakimlər briqadasının idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək və "II Filip" stadionunda keçiriləcək.

Avropa Liqasının II təsnifat mərhələsi, cavab oyunu

21 iyul

22:00. "Şkendiya" (Makedoniya) - "Neftçi" (Azərbaycan)

Baş hakim: Erik Lambrekt

Baş hakimin köməkçiləri: Karel De Roker, Co de Veyrdt

Dördüncü hakim: Frederik Qeldhof (hamısı Belçika)

Skopye. "II Filip" stadionu

İlk oyun - 0:0

 

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər İDMAN xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.