700 bal toplayan Rəvan: Babam və Anam sevincdən ağladılar- Foto


Qəbul imtahanına hazırlaşmaq təkcə son 2 ilin işi deyil...
Baxıldı: 2656 .

 

Xəbər24.az  

         

Bu dəfə xəbər24.az- ın müsahibləri bu il qəbul imtanında ən yüksək nəticə göstərən Rəvan Nəzərəliyev və 685 bal toplayan əkiz qardaşı Nurlan Nəzərəliyevdir.  Xatırladaq ki əkizlərin böyük qardaşı  Rəşad isə 2013-cü ildə 677 bal yığaraq BANM-a daxil olmuşdu. Valideynlərindən dəstək aldıqlarını deyən əkizlərin anası Aidə xanım Nurlan və Rəvanın bitirdiyi Xırdalan rayon 5 saylı tam orta məktəbin riyaziyyat müəlliməsidir. Zəngilan rayonundan olan atası Rauf bəy isə avtomobil təmiri mərkəzlərindən birində çalışır.

 

 


Hər kəsi öz bilikləri ilə  heyran qoyan əkiz qardaşlar kimdir ?

Rəvan Nəzərəliyev -1999-cu ildə Xırdalan şəhərində anadan olmuşam. 2005-ci ildə Abşeron ray. ,Xırdalan şəh. , 5 nömrəli məktəbin 1-ci sinfinə daxil olmuşam.

2016-ci ildə bu məktəbi bitirmişəm.

Nurlan Nəzərəliyev: Əkiz olduğumuz üçün məlumatlar eynidir (gülür)

 

 Əkiz qardaşlar məktəbdə bir – birinə dayaq idi ? Yoxsa aranızda qısqanclıq vardı ?

Həmişə bir-birimizə dayaq idik.  Tez-tez bir-birimizlə misal və məsələləri müzakirə edirdik. Bir-birimizdən nə isə öyrənirdik. Heç vaxt bir-birimizə qarşı qısqanclıq hissi keşirməmişik.

 

İxtisas seçimlərinizi özünüz etmisiniz ? Valideyn və ya müəllimləriniz sizə istiqamət verib mi ?

Hələ dəqiq bilmirik.  Proseslerin avtomatlaşdırılması ve kompüter mühəndisliyini daha üstün tuturuq.  Bu qərarı daha çox özümüz vermişik. Amma valideyn ve müəllimlərimizin də təsiri olub.

 

Hazırlıq müddətində 700 bal yığacağınızı düşünürdünüzmü?

Bəli,düşünürdük. Çünki sınaq imtahanlarında 700-ə yaxın bal yığırdıq.

Rəvan: Hədəf Kurslarının təşkil etdiyi ümumi sınaq imtahanlarının birində 700 toplamışam

 

 Nəticəni öyrəndiyiniz an hiss etdiklərinizi necə ifadə edə bilərsiniz?

 Çox sevindik. Bu sevinci ailə üzvləri ilə bölüşdük. Anam və babam sevincdən ağladılar. Sonra bizi təbrik etdilər.

 

Universitet və ixtisas seçimi etmisiniz?

Hələki universitet seçməmişik. Daha doğrusu qərar verməmişik. İxtisas olaraq kompüter mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi barədə fikirləşirik.

 

 Təhsilinzi xaricdə davam etdirməyi düşünmüsünüz?

 Təhsil Nazirliyinin xətti ilə xaricdə təhsil barədə də maraqlanırıq.

 

Bu nəticəni əldə etmək üçün başqa abituriyentlərə nə məsləhət görərdiniz?

Hər bir şagird məktəb dövründən yaxşı oxumalıdır, biliklərə yiyələnməlidir,çünki qəbul imtahanına hazırlaşmaq təkcə son 2 ilin işi deyil,11 illik mərhələdir . Dərs oxumaq deyəndə də təkcə dərsi oxumaq, öyrənmək demək deyil, bunu planlı şəkildə etmək lazımdır. Tez-tez öyrənilənləri təkrar etmək lazımdır həm də özünə inam çox olmalıdır. Kiçik bir uğursuzluq abituriyenti sarsıtmamalıdır o demək deyil ki, həmişə yüksək bal toplamalıdırlar, aşağı nəticə də ola bilər, əsas özünə inamdır, bir də ailə üzvlərinin dəstəyi.  

 

Gələcək planlarınız?

Gələcək planlarımızdan biri magistratura təhsilidir ki, bunu da xaricdə almaq istəyirik. 

 

Sizə təhsilinizdə və gələcək həyatınızda uğurlar arzulayırıq.

Çox sağolun. Təşəkkür edirik.

 

 

 

 

Hazırladı: Həsənova Nuranə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.