“Böyük dəbilqə” yarışının ilk günündə cüdoçularımız iki medal qazanıblar


Tümen şəhərində cüdo üzrə “Böyük dəbilqə” yarışına start verilib
Baxıldı: 546 .

 

Xəbər24.az      18.07.2016

Tümen şəhərində cüdo üzrə “Böyük dəbilqə” yarışına start verilib.


Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, yarışın ilk günündə millimiz iki medal qazanıb.

Yarışda 60 kiloqram çəki dərəcəsində çıxış edən İlqar Müşkiyev ilk qarşılaşmasında özbəkistanlı Doniyor Sultanbəyi məğlub edib. Lakin yarımfinalda o, meydan sahibi Albert Oğuzova uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Bu dəfə isə cüdoçumuz digər rusiyalı rəqibdən üstün olub. Sayan Kertek üzərində qələbəyə sevinən İlqar Müşkiyev mötəbər turnirin bürünc medalına sahib olub.

Turnirdə 60 kiloqram çəki dərəcəsindəki digər cüdoçumuz Davud Məmmədsoy ilk qarşılaşmasında Albert Oğuzova məğlub olub. Təsəlliverici görüşdə özbəkistanlı Doniyor Sultanbəyə qalib gələn Davud Məmmədsoy bürünc medal uğrunda görüşdə meydan sahibi Dmitri Kulikovu da məğlub edərək millimizin aktivinə növbəti medalı yazdırıb.

Qeyd edək ki, 25 ölkədən 124 idmançının mübarizə apardığı “Böyük dəbilqə” yarışında Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunur. (Azərtac)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər İDMAN xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.