Nərmin Kərimbəyova:"Sənətdə hamı kimi yox, özüm kimi olmaq istəyirəm"


Mən çox həyacanlandım və bir anlıq fikrimdən dönməyi düşündüm..
Baxıldı: 1478 .

Xəbər24.az  15.07.2016

 

 

Xeber24.az-ın növbəti müsahibi gənc müğənni, "Səs Azərbaycan" yarışmasının iştirakçısı Nərmin Kərimbəyovadır.

 

 

Nərmin Kərimbəyova, 31 yaşı var, ailəlidir, 1 qız övladı var. Valideynləri ixtisasca həkimdir. Özü isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr dərəcəsi, sonra isə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində MBA dərəcəsində təhsil alıb. İctimai işlər və hüquqi təhsil ilə deyil, hal-hazırda sırf musiqi ilə məşğuldur.

 

Nərmin xanım,ailə həyatı və sənət. İkisini birdən yaşamaq çətin deyil ki ?

- Mən həkimlər ailəsində göz açmışam. Amma özümü uşaqlıqdan incəsənətlə bağlamaq istəmişəm. Nəhayət ki, bu arzunu doğrultmaqdayam. Ailə həyatını sənətlə birlikdə idarə etmək heç də asan deyil, amma mümkündür. Mən hüquqşünas kimi çalışdığım dövrdə artıq ailəli idim, indi sadəcə iş qrafikim dəyişib.

 

 

Hüquqşünas Nərmin hələ də var, yoxsa ancaq səhnə həyatı?

- Hüquqşünas - təlimçi Nərmin yaddaşlarda var(gülür). Amma Nərmin artıq səhnədədir..

 

 

Səsinizin fərqli və güclü olmasını ilk nə zaman müəyyənləşdirdiniz?

- Yəqin ki,3 yaşımdan artıq səsimin olması hamıya məlum oldu. Məktəbdə hamı mənə uğurlu səhnə həyatı arzulayırdı. Qonşular, dost-tanışlar, yəni ətrafımda olan hər kəs səs rəngimin pərəstişkarı olub. Həyat yoldaşım da səsimin vurğunudur(gülür)İfaçı üçün da zənnimcə ən əsas şey fərqli səs rənginin olmasıdır. Yalnız yaddaqalan fərqli səslərə yenə və yenə qulaq asmaq istəyirik.

 

 

Hamının bildiyi kimi “Səs Azərbaycan” müsabiqəsində iştirak etmisiniz. Yarışmaya qatılmağınızın da maraqlı hekayəsi var. Yarışmadan əvvəl peşəkar hüquqşünas  -  təlimçi kimi fəaliyyət göstərirdiniz. Ancaq yarışmaya qatılaraq özünüzə yeni bir yol açmısınız. Peşmançılıq hiss etmisiniz heç ?

- Mən çox həyacanlandım və bir anlıq fikrimdən dönməyi düşündüm. Amma heç bir işi yarı yolda qoymadığım üçün, bu istəyi də axıra kimi çatdırmağa qərar verdim və heç də peşman deyiləm.

 

 

 

Heç bir səhnə təcrübəniz olmadığı halda bu yarışmaya qatıldınız məncə uğurlu da alındı. Sizi cəsarətləndirən kim və ya nə oldu ?

- Yoldaşımla Türkiyə və ya Rusiyaya səs yarışmasına qatılmaq üçün getməyi düşünürdük. Biləndə ki, həmin şou Azərbaycanda başlayır, dərhal qeydiyyatdan keçdik.

 

 

Müsabiqə oldu bitdi. Sizin həyatınızda hansı izlər qoydu ? Hələ də rəhbərlər və ya iştirakçılarla əlaqəniz var mı ?

- Lahiyədə müəllimim Tünzalə xanımdan daima dəstək alıram. Ona görə də ona çox minnətdaram. Amma Tünzalə xanım produser və ya şirkət sahibi deyil. O baxımdan onun dəstəyi məhduddur və səbəbləri başadüşüləndir. Əsas işləri öz gücümüzlə həyata keçiririk.

 

 

Öz üzərində işləyən əzmkar xanımsınız. “Zirvə” mahnısını  təqdim etmisiniz. Sosial şəbəkələrdə gördüyüm qədəri ilə də sevilən mahnı olub. Musiqisi  Sahil Ümidə,sözləri isə sizə məxsus. “Zirvə” necə oldu ərsəyə gəldi ?

- Mən sənətə çox ciddi yanaşıram və dayanmadan öz üzərimdə çalışıram. Həm musiqi, həm söz yazmağı bacarıram və Sahil mənə təklif etdiyi aranjımanı eşidən kimi ona uyğun melodiyanı və sözləri yazdım. Çox çalışdım ki, ruhlandırıcı,motivasiyaedici bir yay hiti alınsın. Ona görə də zirvədən, günəşdən bəstələdim. Ümidvaram ki, bu ritmik və şən mahnı insanlara yeni stimul verə biləcək.

 

 

Göründüyü kimi fərqli olmağı, seçilməyi sevirsiniz. Yeni üslubda mahnı təqdim etdiniz. Fərqlilik edərkən sevilməməkdən, ictimai qınaqdan  çəkinmədiniz mi ?

- "Zirvə" mahnısı proqressiv xaus, yəni, elektron müsiqi janrına aiddir. Dünyada bu janr çox sevilir və daima dinlənilir. Bizim üçün isə o tamamilə təzədir. Risk etsəm də bizim səhnəyə yenilik gətirmək istədim. Sənətdə hamı kimi yox, özüm kimi olmaq istəyirəm və həmişə yeniliklər etməyə çalışacam.

 

 

Bir- birinə yaxın, bir  -birindən uzaq işləri bir arada görürsünüz. Təlimçi kimi motivasiya təlimləri də keçmisiniz. Bəs Siz özünüzü necə motivasiya edirsiniz?

- Motivasiyaya həmişə ehtiyac var. Ətrafımda səmimi insanların olması isə mənim üçün ən böyük motivasiyadır. Səmimi  insanlar həm tənqidi,həm tərifi bacarır və hər bir işə obyektiv yanaşırlar. Mən dəstək və obyektivlik axtarışındayam. Onlar olsa  hər şey alınacaq!

 

 

” Azərbaycanın Adeli”nin yeni planları ?

Planlar böyükdür. Payızda onların nəticələri sizləri sevindirəcək. İndi isə yalnız planım- Zirvələrə qalxmaqdır! )

 

 Xəbər24 olaraq Nərmin xanıma səmimiyyətinə görə təşəkkür edir və islərində uğurlar arzu edirik!

 Sizə "Zirvə"ni təqdim edirik:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.