Xəbər24–də yeni layihə “ Dəcəl Balamın müsahibi”


Hər kəs oxusun, hər kəs qonaq olsun!
Baxıldı: 448 .

Xəbər24.az 14.07.2016

 

 

"Dəcəl Balamın müsahibi" layihəsinin növbəti qonağı Aysel Məsimova və övladları Murad və Aylin

 

 

Dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə ilk olaraq təşəkkür edirəm. Əvvəlcə Özünüz və övladınız barədə eşitmək istərdik. Buyurun.

 

-Mən Məsimova Aysel. 2 övladım var. Muradın 8 yaşı, Aylinim isə 3 yaşı var.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirmişəm. Hal-hazırda işləmirəm.

 

 

“Dəcəl Balam” barədə məlumatı necə əldə etmisiniz?

 

-“Dəcəl Balam” mərkəzinin direktoru Dilşad xanım uzun illərdir ki ,mənim rəfiqəmdir. Sinif yoldaşı olmuşuq.

“Dəcəl balam” barədə həmişə məlumatım olub. Sadəcə bu ildən üzv olmuşuq.

 

 

Davamlı olacağına inanıram və əmin ola bilərsiniz ki, zövq alacağınız tədbirlər çoxdur))
 

-Əvvəllər də tədbirlərdə iştirak etmişik.

Oğlum məktəbə qədər hazırlıq kursunda iştirak edib .Çox razı qalmışıq.
 

 

Nə üçün “Dəcəl Balam”ı seçmisiniz? Övladlarınız mərkəzimizdə hansı xidmətdən yararlanırlar?
 

-“Dəcəl balam” ın kollektivi ilə tanış oldum. Mənə güvən hissi verdilər.
Övladlarımın ikisini də onlara etibar edirəm. Həm öyrənirlər, həm də əylənirlər. Ora artıq ikinci evləridir .))
Qızım dayə xidmətindən istifadə edir.
Oğlum isə dərsdən sonra hazırlıq və rəsm xidmətlərindən istifadə edir.

 

 

Çox gözəl.. Sevinirəm ki, hər valideyndən müsbət fikirlər eşidirik ancaq!

 

 

Övladınızla əsasən necə vaxt keçirirsiniz? Onlarla vaxtı necə bölüşürürsünüz? Bacı-qardaş arasında qısqanclıq hiss edirsiniz mi?
 

-Günümüz səhər məktəbə getməklə başlayır. Dərsdən sonra uşaqların ikisi də “Dəcəl Balam” mərkəzinə gedir.

Çox rahat oluram, çünki bilirəm ki, orada səmərəli işlərlə məşguldurlar. Rəsm çəkirlər, plastlinlə fiqurlar düzəldirlər, oyunlar oynayırlar, rəqs edirlər.

Mən isə gündəlik işlərlə məşgulam.Oradan çıxdıqda artıq dincəlmək vaxtıdır,evə gedirik. Həftə sonları isə uşaqların istəklərinə görə gəzməyə gedirik.

Həmişə eşidirik ki ,birinci uşaq ikincini qısqanır. Ancaq bizdə tərsinədir. Qızım məni oğluma qısqanır. Öz aralarında isə mehribandırlar.

 

 

Gələcəkdə övladınızın hansı peşəni seçməsini istərdiniz? Övladınızın seçiminə qarışmağı düşünürsünüz mü?

 

-Hələ çox balaca olduqları üçün özlərinin də dəqiq fikirləri yoxdur. Mənim də qarışmaq kimi bir fikrim yoxdur. İndiki uşaqlar çox sərbəst böyüyür . Mən sadəcə çalışaram ki, dogru yol göstərim.

 

 

Səhvi olduqda ona səhvini izah etmək və yaxud sözünüzə baxması üçün hansı üsuldan istifadə edirsiniz?
 

-Bəzən bir şeyi başa salmaq üçün dəqiqələrlə danışa bilərəm. Bəzən isə səbirsiz oluram, danlayıram.
Bərk əsəbləşdirdikdə isə qulaqları da çəkilir))
 

 

Sizcə uşağın tərbiyəsində əsas rol kim oynayır ?

 

-Ən çox kimin yanında olsalar əsasən tərbiyə barədə güc ona düşür. Mən işləmədiyimə və hər zaman onlarla birlikdə olduğuma görə bizdə mənim üzərimə düşür. Lakin ata da uşağın tərbiyəsində böyük rol oynayır. Onlar bizi təkrar edirlər.

 

 

Övladlarınıza xas olan xüsusiyyətlər var mı?Birini deyə bilərsiniz mi hər iki övladınız üçün də?

-İkisi də demək olar ki,eyni xasiyyətdədirlər. İstəmədikləri heç bir şeyi onlara etdirmək mümkün deyil. Məsələn , oğlumu istəmədiyi yerə aparmaq, qızıma isə istəmədiyi paltarı geyindirmək mümkün deyil. Qısacası ,öz seçimləri var.

Oğlum məndən ayrı günlərlə dayana bilər, qızım isə 1 dəqiqə belə ayrılmır.

İndidən belə olmaları yaxşı xüsusiyyətdir.

-Məncə də belədi. Ona görə çox üzərlərinə düşmürəm.
 

 

 

Təklifləriniz ? Mərkəzdə daha nələr görmək sizin üçün xoş olar?

 

-Mən təklifimi Dilşad xanıma da demişəm. Uşaqların əylənəcəyi, eyni zamanda valideynlərin də istirahət edə biləcəkləri məkan arzulayırıq. Bu arzumuzu da İnşallah Dilşad xanım reallaşdırar.

İnşaAllah ))Həran sürpriz edə bilər.

 

 

 

Son 3-4 cümlə ilə valideynlərə nə tövsiyyə edərdiniz ?

 

-İndiki zamanda uşaqları qorumaq çox çətindir. Mən onlara çox diqqətli olmağı, övladlarını istər evdə , istərsə də gəzməyə gedəndə hər zaman nəzarətdə saxlamağı tövsiyyə edirəm.

Ya da “Dəcəl Balam” kollektivinə etibar etsinlər .(gülür) Özlərinə də rahat-rahat zaman ayırsınlar.

 

 

Xoş sözlərinizə, gözəl fikirlərinizə və görülən işləri qiymətləndirdiyinizə görə minnətdaram. Həmçinin səmimi söhbətinizə və vaxt ayırdığınız üçün də minnətdaram. Sizin kimi səmimi xanımla həmsöhbət olmaq mənim üçün çox xoş oldu !

 

-Sizinlə söhbət etmək mənim üçün də çox xoş oldu. Mən təşəkkür edirəm !

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.