Xəbər24–də yeni layihə “ Dəcəl Balamın müsahibi”


Hər kəs oxusun, hər kəs qonaq olsun!
Baxıldı: 774 .

   Xəbər24.az  12.07.2016

 

 

"Dəcəl Balamın müsahibi" layihəsinin bu günkü qonağı Mələk Əlizadə və qızı şirin, ağıllı Nur

 

 

Dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə ilk olaraq təşəkkür edirəm.

-Sizinlə söhbət etmək mənim üçün xoşdur.

Təşəkkür edirəm!

 

Əvvəlcə Özünüz və övladınız barədə eşitmək istərdik.Buyurun.

 -Mən Əlizadə Mələk Səməd qızı. 5yaşında qızım var, Nəsibli Nur Samir qızı. Hal hazırda işləmirəm. Loru dildə desək evdar qadınam. Və ikinci övladımı gözləyirəm.

 

O biri körpənizi də sağ-salamat qucağınıza alasınız İnşaAllah)

-Sizə də qismət olsun. İlk öncə xeyirli yoldaş, gözəl ailə başçısı, sonra övlad.

Təşəkkür edirəm Mələk  xanım.

 

“Dəcəl Balam” barədə məlumatı necə əldə etmisiniz?

 -"Dəcəl Balam" barədə elə facebook sosial şəbəkəsində  gördüm. Bir müddət fikir vermədim sonra fikirləşdim ki, qoy qızımla mən də bu ailənin üzvü olaq və Dilşad xanımla əlaqə saxladım. Biz də bu ailəyə qoşulduq. Qoşulduğum üçün də çox şadam.

Burada qızım da , mən də özümüzə  təzə dostlar tapdıq. Çox mehriban, gülərüz kollektivi tanıdıq.

 

Nə üçün “Dəcəl Balam”ı seçmisiniz? Qızınız mərkəzimizdə hansı xidmətdən yararlanır ?

 -“Dəcəl Balam”ın  facebook sosial şəbəkəsində tədbirlərini, dərslərini gördüm  və seçdim. Xüsusi bayramlarda olan tədbirlərində iştirak edirik. Qızım kurslarda iştirak edib. “Dəcəl Balam”jurnalında şəkilləri var və  alıb oxuyuruq.

Qızımla mən "Dəcəl Balam"ın Heydər Əliyev adına Binəqədi istirahət parkında keçirilən və  ən yadda qalan xeyriyyə  konsertində də iştirak etdik .

Onu da deyim ki ,"Dəcəl Balam"ı bəyəndiyim üçün bacımın uşaqlarını da tədbirlərdə bacardığım qədər özümlə gətirirəm .Onlar da “Dəcəl Balam” jurnallarını  alıb oxuyurlar.

Bu mərkəzin Xeyriyyə işləri ilə məşğul olması da çox gözəldi.

 

Sizin bəyənməyiniz əlbəttə ki, sevindrici haldır. Ancaq bunu ailə üzvlərinizə də məsləhət görməyiniz gözəl iş ərsəyə gətirilməsini isbat edir. Təşəkkür edirik görülən işləri belə qiymətləndirdiyiniz üçün!

-Mən təşəkkür edirəm Dilşad xanıma ki , belə gözəl işlərlə məşğul olur.

Çox sagolun!

 

Övladınızla əsasən necə vaxt keçirirsiniz? Onla vaxtı necə bölüşürürsünüz?

-Açığı  olur. Nur baxçaya gedir. Yaydı, havalar istidi deyə indi qoymuram. Özüm  kollec oxumaq qərarına gəldim və oxuyuram. Hər səhər,  günorta ev , axşam bağça yenə ev və yemək hazırlamaqla günüm keçir .Qızımla əsas bağçada müəllimələri məşğul olur. Amma qızım olduğu üçün demirəm , Nur heç adamı incidən uşaq deyil . Evdə də olanda özü üçün oynayır.

 

Gələcəkdə övladınızın hansı peşəni seçməsini istərdiniz?Övladınızın seçiminə qarışmağı düşünürsünüz mü?

-Seçimlərinə  qarışmağı düşünmürəm. Nə istəsə , nəyə həvəsi olsa o üzrə getsin. Amma hər ana kimi mənim də ürəyimdə istək var ki, qızım həkim olsun. Özü demişkən uşaq həkimi olsun. Bu tək mənim yox atasının nənəsinin arzusudu.

İnşaAllah sağlıq olsun . Əgər həkim olarsa çox sevinərik .Əgər başqa peşəyə yiyələnmək istəsə onda da sevinərik .Təki qızım yüksəlsin, özünə peşə seçsin, o peşəyə sahib olsun.

 

Səhvi olduqda ona səhvini izah etmək və yaxud sözünüzə baxması üçün hansı üsuldan istifadə edirsiniz?

ox gözəl sual idi.Hər üsuldan istifadə edirəm :yavaş - yavaş başa salmaq, söhbət etmək, danlamaq . Hər hərəkətin özünə uyğun üsulu var.

 

 

Sizcə uşağın tərbiyəsində əsas rol kim oynayır ?

-Əsas rolu əslində ana oynayır. Amma o ki, uşağın arxasında ata ,nənələr, babalar durur, o zaman, ana  əsas rol oynamır.

Onda uşaq naz edir. Nənənin, babanın ,atanın yanına qaçır və onların yanında olduqda  anaya fikir vermir. Bu da təbii haldır. Dədə - babadan bu belədir. Mən özüm də elə olmuşam . Nəsə olsa nənəmin yanına qaçardım.

 

Təklifləriniz.?Mərkəzdə daha nələr görmək sizin üçün xoş olar?

 -Təklifim odur  ki, Mərkəzi Yasamalda  da açsınlar. Tədbirləri yaxınlarda etsinlər.Tədbirlər uzaqda olsa birazdan sizə qoşulmaq mənə çox çətin olacaq.

 Balacanı da goturub gələrsiniz inşaAllah

İnşaAllah o da "Dəcəl Balam "üzvü olacaq.

 

Son 3-4 cümlə ilə valideynlərə nə tövsiyyə edərdiniz ?

-Valideynlərə belə tövsiyyə lazım olmur .Hər biri öz ovladına necə baxmaq , necə böyütmək lazım olduğunu bilir. Amma yenə də həm özümə,həm də başqa valideynlərə onu tövsiyyə edərdim ki, düzdür həm evlə, həm də uşaqla məşğul olmaq çətindir. Amma bacardığımız qədər övladlarımızla məşğul olaq. Ev deyib övladı 2-ci pillədə saxlamaq lazım deyil. Sabahkı  gün ev yox, övlad pis olur. Düzdür, mənim qızım mənlə yox ,tək oynamağı daha çox xoşlayır. Belə uşaqlarla da necə məşğul olaq onu bilmirəm.

 

Çox təşəkkür edirəm belə səmimi söhbətinizə görə. Mənim üçün çox xoş oldu sizin kimi səmimi , pozitiv xanımla həmsöhbət olmaq.Vaxt ayırdığınız üçün ayrıca təşəkkür edirəm!

 -Sizinlə söhbət etmək, “Dəcəl Balam”ın dəcəl balaları barədə danışmaq mənə də xoş oldu. Nə zaman istəsəniz belə maraqlı söhbətə mən hazıram. Mən təşəkkür edirəm sizə ki, mənimlə söhbət etdiniz.

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.