"Qarabağ" Lüksemburq çempionuna qarşı


Son iki mövsümdə ilk səddi uğurla adlamağı bacaran "köhlən atlar" "Düdelanj"ı keçə bilsələr, pley-offda oynamaq şansı qazanacaqlar..
Baxıldı: 237 .

   Xəbər24.az  12.07.2016


   Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinə start veriləcək.

   Xəbər24.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da bu mövsüm Avrokuboklarda ilk oyununu keçirəcək.

   Turnirə ikinci mərhələdən başlayan ağdamlılar ardıcıl 3-cü dəfə qitənin ən nüfuzlu klub yarışında çıxış edəcəklər. Rəqib isə Lüksemburqun "Düdelanj" klubudur.
 
   Bu vaxta qədər iki ölkə təmsilçiləri arasında hər hansı bir qarşılaşma olmayıb. Bu baxımdan Qurban Qurbanovun yetirmələri ilkə imza atmış olacaqlar.

  Son iki mövsümdə ilk səddi uğurla adlamağı bacaran "köhlən atlar" "Düdelanj"ı keçə bilsələr, pley-offda oynamaq şansı qazanacaqlar. Belə ki, növbəti mərhələdəki qalibiyyət çempionumuz üçün Çempionlar Liqasında, məğlubiyyət isə Avropa Liqasında çıxış etmək şansı olacaq.
 
   Ötən iki mövsümdə məhz sonuncu turnirin qrupuna düşən çempionumuz ən azı həmin qrafiki təkrarlamaq üçün lüksemburqluları mübarizədən kənarlaşdırmalıdır.
 
   Amma əyalət klubu əvvəlki illərdə olduğu kimi yenə Avropa Liqası deyil, Çempionlar Liqasının qrupunda düşmək arzusundadır. Bunu gerçəkləşdirmək yolunda ilk addım da Bakıda atılmalıdır. Həm də "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionundakı matçda gələn həftə səfərdə keçiriləcək oyunöncəsi sərfəli nəticə əldə etməlidir.
 
   Qazanılacaq potensial qələbə ağdamlılar üçün həm də tarixi göstərici olacaq. Belə ki, Azərbaycan çempionu indiyədək avrokuboklarda 24 qələbə qazanıb. "Düdelanj" üzərində uğur isə sayca 25-ci olacaq. Bu göstəricidə mütləq Azərbaycan rekordçusu olan "Qarabağ" qalib gəlməyi bacarsa, qələbə və məğlubiyyətlərin tarazlığına da sevinəcək. Çünki təmsilçimizin hesabında 25 məğlubiyyət var.
 
   Çempionlar Liqası
   II təsnifat mərhələsi
   İlk oyun
   12 iyul
 
   21:00. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq)
 
   Baş hakim: Orel Qrinfild
   Baş hakimin köməkçiləri: Danni Krasikov, İdan Yarkoni Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)
   Hakim-inspektor: Zdravko Yokiç (Serbiya)
   UEFA nümayəndəsi: Vladimir Çorno (Ukrayna)
   Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər İDMAN xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.