Xəbər24–də yeni layihə “ Dəcəl Balamın müsahibi”


Dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə ilk olaraq təşəkkür edirəm və ümid edirəm ki suallarım cavabsız qalmayacaq :))
Baxıldı: 825 .

Xeber24.az 11/07/16


"Dəcəl Balamın müsahibi" layihəsinin bu günkü qonağı Günel Mövsümova , övladları Elşən və Murad.

 

Dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə ilk olaraq təşəkkür edirəm və ümid edirəm ki suallarım cavabsız qalmayacaq :))

Özünüz və övladınız barədə eşitmək istərdik. Buyurun.

 

Mən Günel Mövsümova. İlk bakalavr və magistratura üzrə təhsilimi  Gəncə Dövlət Universitetinin Filologiya fakultəsinin İngilis dili və Ədəbiyyatı bölməsində almışam. Daha sonra 2-ci magistratura dərəcəsini Liverpul Universitetində İnsan Resurslarının idarə olunması fakultəsində almışam. Hal-hazirda bu sahə üzə  çalışıram. İki oğlum var. Elşən ve Murad. Hər ikisi 6 nömrəli məktəb liseydə təhsil alırlar. Elşən 3-cü sinfi,Murad ise 2-ci sinfi bitirdi.

 

 

“Dəcəl Balam” barədə məlumatı necə əldə etmisiniz?

 

Dəcəl Balam” dedikdə Dilşad yada düşür. Həm fədakar ana, həm də cəsur qadın. Mən Dilşadla ilk dəfə bir neçə il əvvəl elə Dilşadın təşkil etdiyi bayramların birində tanış oldum. Həmin vaxtlar mənim də həyatımda çətinliklər var idi və övladlarımı cəmiyyət içinə çıxarmaq, onları cəmiyyətə alışdırmaq üçün əlimdən gələni etməyə çalışırdım. O bayramda uşaqlar ilk dəfə çox yaxşı əyləndilər və onların üzündəki sevinc məni xoşbəxt edirdi. Elə həmin o vaxtdan sonra Dilşadla tanışlığımız davam etdi. Tədbirlərə məni də uşaqlarımla birgə dəvət edirdi. Biz də vaxt olduqda o tədbirlərdə iştirak edirdik. Daha sonra Dilşad " Dəcəl Balam"ın bünövrəsini qoydu ve bu gün bildiyimiz, xeyirxah əməlləri ilə hər kəsə örnək ola biləcək bir ailə uşaq qurumu yarandı.

 

Nə üçün ”Dəcəl Balam”ı seçmisiniz?

 

 "Dəcəl Balam" uşaqlara yalnız əyləncə sevinci bəxş etmir, onlara yaxşını ve pisi göstərir, xeyirxah olmağı aşılayır və bir fərd kimi cəmiyyətdə formalaşmaqlarına kömək edir. Mən çox təəssüf edirəm ki, işlərimin çox olması ilə əlaqədar olaraq “ Dəcəl Balam”ın tədbirlərində davamlı iştirak edə bilmirəm.

 

 

Övladlarınızla əsasən necə vaxt keçirirsiniz? Övladlarınız arasında qısqanclıq var mi?Onlara vaxtı necə bölüşürürsünüz?

 

Övladlarımla işdən sonra şənbə və bazar günləri məşğul ola bilirəm. Dərs ili müddətində işdən sonra məktəb dərslərinə nəzarət edir, lazım olduqca kömək edirəm. Həftə sonları birlikdə onların seçdiyi oyunları oynayır, parkda gəzirik. Uşaqların arasında qısqanclıq var. Elşən böyük olduğu üçün hər bir işdə 1-ci olmağa çalışır. Dərslərində çox müvəffəqiyyətlidir. Şahmat yarışında 4-cü dərəcəni qazanıb.

 

Gələcəkdə övladınızın hansı peşəni seçməsini istərdiniz?Övladlarınızın seçiminə qarışmağı düşünürsünüz mü?

 

Övladlarımın seçəcəyi peşə haqqında hərdən düşünürəm.  Məncə peşə maraqdan və zamanın tələbindən formalaşır. Bu gün tələb olunan hər hansı peşə onlar böyüyəndə tələb olunmaya da bilər. Ona görə böyüdükdə özlərinin marağı olan sənətə sahib olmalarını istəyərdim.

 

Səhvi olduqda ona səhvini izah etmək və yaxud sözünüzə baxması üçün üçün hansı üsuldan istifadə edirsiniz?

  

Səhvləri olduqda bəzən söhbət edir, onlara səhvlərini başa salmağa çalışıram. Nə qədər düzgün olduğuna əmin deyiləm, lakin cəza da tətbiq edirəm. Məsələn: televizora baxmağa və ya oyunlar oynamağa icazə vermirəm. Bəzən olur qışqırıram. Amma qışqırmagı heç kəsə tövsiyyə etmirəm. Uşaqlarda aqresiyyanı artırır.

 

 Sizcə uşağın tərbiyəsində əsas rol kim oynayır ?

 

Uşağın tərbiyəsində ilk növbədə rolu ailə, daha sonra isə məktəb və cəmiyyət oynayır.

 

Təklifləriniz.?Mərkəzdə daha nələr görmək sizin üçün xoş olar?

 

Dəcəl Balam mərkəzi yarandığı vaxtdan çox inkişaf edib və etməkdədir. Bu sevindiricidir və gələcək fəaliyyətində uğurlar arzu edirem.

 

Son 3-4 cümlə ilə valideynlərə nə tövsiyyə edərdiniz ?

.

 

Sonda valideynlərə tövsiyyəm odur ki, bu əsas da analara aiddir, biz qadınların üzərinə çox ağır yük düşür. Bu günkü cəmiyyətdə qadınlar əsas aparıcı qüvvədirlər və bu səbr tələb edir. Bu gün qadınlarımızın çoxu həm ata həm ana əvəzidirlər. Səbr tükənə bilir və ən çox da elə bu zaman biz övladlarımızla səbrlə məşğul ola bilmirik. Mən düşünürəm ki, heç kim və heç nə bizə övladlarımızdan əziz ola bilməz. Gəlin əsəblərimizi və səbrimizi balalarımız üçün qoruyaq. Bütün valideynlərə uğurlar arzu edirəm və balalarının xoş günlərini görmələrini diləyirəm.

 

  

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.