Bu gün 9 və 11-ci siniflər üçün buraxılış imtahanı keçirilir


55 mindən çox məktəbli imtahanda iştirak edəcək.
Baxıldı: 779 .

 

Xəbər24.az   25.06.2016

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

Xəbər24.az  TQDK-ya istinadən verdiyi məlumata görə, bu gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verirlər. İmtahanlarda ümumilikdə 55908 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 31254, XI sinif üzrə 24654).

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır. IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 79 imtahan mərkəzi ayrılıb. İmtahanda 31254 nəfər 9-cu sinif şagirdin iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 72 imtahan mərkəzi ayrılıb. İmtahanda 24654 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunmasına ümumilikdə 79 ümumi imtahan rəhbəri, 207 imtahan rəhbəri, 2474 nəzarətçi-müəllim ayrılıb.

 

 

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər TƏHSİL xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.