Dilşad Musadan özəl gündə özəl müsahibə


Ən çox işlətdiyim söz “İnsanların yolumuza qoyduğu daşlar, bizim zirvəyə pilləkən düzəldir"..
Baxıldı: 1079 .

     Xəbər24.az  17.06.2016  

   Xeber24.az-ın bu dəfəki müsahibi Dilşad Musadır.Dilşad xanım, ilk olaraq fəaliyyətiniz barədə söz açmaq istərdim.Siz 2011-ci ildən etibarən fəaliyyət göstərən "Dəcəl Balam" Ailə və uşaq inkişaf mərkəzinin direktorusunuz.

Bugün həm də Dilşad xanımın doğum günüdür.Bu münasibətlə Dilşad xanımı səmimi qəlbdan təbrik edir,işlərində uğurlar arzu edirik.Hərzaman sevib,seviləsiniz!

 

  Təşəkkür edirəm. Sizə və komandınıza işlərində uğurlar arzulayıram. Daim irəli və məni də unutmayın(gülür).

 

Mediada haqqınızda cox eşidirik. Yeni planlarınız haqqında məlumat verə bilərsiniz mi?

 

    İlk sizə təşəkkür edirəm ki, dəyərli vaxtınızı mənim üçün ayırmısınız. Hələ mediada çox eşitmirsiniz. İnşaAllah bundan sonra daha çox eşidəcəksiniz. Yeni planlarımız çoxdu. Amma dəqiq məlumat verə bilməyəcəm üzrlü hesab edin. Yalnız onu deyə bilərəm ki, edəcəyimiz işlər hər zaman olduğu kimi həm valideynlər, həm də uşaqlar üçün çox faydalı olacaq və məmnun qalacaqlar.

 

Öz işinizi qurarkən nə üçün məhz bu sahəni seçdiniz? Uşaqlara olan sevgi və bağlılığınız yoxsa necə?

   Əslində mən ixtisasca dilşünas tərcüməçiyəm. Azərbaycan Dillər Universitetinin Tərcümə fakultəsini bitirmişəm. Tələbəliyimin 1-ci ilində könüllü olaraq fəaliyyətə başladım. Həm qrup yoldaşım , sirdaşım, rəfiqəm Lamiyə ilə birgə Telman müəllim və Şərqiyyə xanımın rəhbərliyi etdiyi indiki “Tərəqqi” Sosial İnkişaf İB-də ilkin addımları atdıq. Onlar bir məktəbdir. Hər zaman öz təşəkkürümü bildirirəm. Özləri də, mən də  bilmədən, bu yolu onlar mənə cızdı. Ümumiyyətlə könüllülük fəaliyyəti insana çox təcrübə qazandırır. Çünki işini ürəkdən sevərək və qarşılığında maddiyyat güdmədən bütün səylərinlə çalışırsan. Həmin illərdə qaçqın və məcburi köçkün uşaqları ilə işləyirdik. Təşkilatın uşaqlar üçün keçirdiyi layihələrdə kömək edirdik. Uşağa və sosial işlərə ilk sevgi burdan yarandı.Daha sonrakı iş təcrübələrim hamısı demək olar ki, uşaqlar və jurnalistika ilə bağlı olub.

 

Bu işə başlayarkən hansı çətinliklərlə üzləşdiniz? Və yaxud qarşılaşmaqdasınız ?

         "Dəcəl Balam” layihəsinə başlayarkən televiziyada işləyirdim. Və həyatımın da ən çətinliklərini yaşayırdım. Ayaqda durmaq üçün mütləq bir işlə məşğul olmalı idim. Elə bir iş ki, bir saniyə belə boş vaxtım olmasın. Və həm də oğluma daha çox vaxt ayıra bilim. Foto müsabiqə ilə başladıq. İlk problem layihənin adında oldu . Onu da yoluna qoyduq, hətta dinlə məşğul olan alimlərdən belə izahını soruşduq və xeyir duasını aldıq. Düzdü ad problemi hələ də davam etməkdədir. Artıq o sözlərə öyrəşmişik, inkişaf edən və ya etmək istəyən hər kəsə deməyə bir söz tapacaqlar. Ən çox işlətdiyim söz “İnsanların yolumuza qoyduğu daşlar, bizim zirvəyə pilləkən düzəldir”.

 

İş saatlarında lazım olduğu kimi yoxsa siz istədiyiniz kimi davranırsınız?

         Çox maraqlı sualdı. Yəqin ki, iş vaxtlarında nə ilə məşğul oluram o daha çox maraqlandırır.Səhər saat 8:00 –dan axşam yatana kimi iş başında oluram. Hətta istirahət günlərində istirahət üçün gəzməyə getdikdə belə ancaq iş, ancaq iş düşünürəm. Bu işə bağlılıqdan irəli gəlir, amma bir tərəfdən də çox yoruluram. Hərdən özümdən 5 nüsxə istəyirəm işlərimi bölüb etsinlər.

Övladınıza sevginizi çatdıra bilmədiyinizi hiss etdiyiniz hal olub mu? Yəni işinizlə bağlı olaraq uşağınıza verdiyiniz söz və ya başqa birşeyi unudasınız?

    Mənə elə gəlir ki, bu hiss övladını sevən və işləyən xanımların əksəriyyətində var. Doğrudur bizim iş sırf uşaqlara və ailələrə hədəflənib. Darıxmır , hər dəqiqə yanımdadır. Amma hər dəqiqə məni hiss etmir. Çalışıram onla vaxt keçirim. Oyun oynayaq, nəsə öyrənək, kitab oxuyaq. Bu sualdan sonra düşündüm ki, hələ yenə də az vaxt ayırıram. Söz verməyə gəlincə isə çalışdığım qədər sözümü tuturam. Əgər mən indi sözümü tutmasam, əməl etməsəm o da elə tərbiyə alacaq. Əlimdən gəldiyi qədər Musanın gözəl gələcək tərbiyəsi olması üçün özümü tərbiyələndirirəm. Uşağı necə görmək istəyiriniszə , özünüz elə olacaqsınız.

 

Sizə görə uşaqların təlim-tərbiyəsində əsas olan nədir?

   Əvvəl də qeyd etdiyim kimi uşağın tərbiyəsində əsas rol valideyndir. Daha sonra ətraf mühit, məktəb , universitet və s.

 

Sizi digər mərkəzlərdən fərqləndirən cəhətlərin hansılardır ?

   Əsas fərqimiz biz yalnız uşaqlarla deyil, onların valideynləri ilə də işləyirik. Çünki tək uşağa öyrətməklə olmur. Və tək müəllimlə deyil, eyni anda psixoloqlar, defektoloqlarla birgə fəaliyyət göstəririk. Valideyn də maariflənməli və uşaqla düzgün davranış qaydalarını bilməlidir. Hər bir uşaq bir fərddir , gələcəyin bir şəxsiyyətidir. Onlarda güvən hissini biz uşaqlıqdan yaratmalıyıq. Və seçim verməliyik. Sərbəstlik, amma valideyn nəzarəti altında güvənli, savadlı, ağıllı uşaqlar yetişdirmək əsas məqsədimizdir. Ola bilər deyəsiniz ki, niyə o zaman “ Dəcəl Balam” ? Bəli “ Dəcəl Balam” . Hətta bu alimlərin fikridir “Gələcəyin dahilərini öldürmək istəyirsinizsə, uşaqlıqda onların dəcəlliyini əlindən alın!”

 

 

"Dəcəl Balam "-ı harda görmək istəyirsiniz? Planlarınız ?

    “Dəcəl Balam” ı inşAllah hər yerdə görmək istərəm. Hal – hazırda mərkəzimizdə kurslar, dərnəklər, dayə xidməti fəaliyyət göstərir. Valideynlər həm dərslərdən, həm də müəllimlərin uşaqla davranışından çox razıdırlar.  Xeyriyyə işləri də görürük. Əslində bu bir QHT-nin görəcəyi işdir. Uşaqlara və insanlara olan sevgimiz bizə qeyri-kommersal işlər görməyə sövq edir. 

     “Dəcəl Balamın Qonağı”, “ Dəcəl Balam Madoda” layihələri artıq başlayıb. “ Dəcəl Balamın Qonağı” layihəsi çərçivəsində hər həftə bir məşhur qonağımız olur, onu sevənlərlə uşaqlarla görüşür və öz uğur hekayəsini bölüşür. Bir neçə saatlıq maraqlı vaxt keçirirlər. Gələn həftə qonağımız əməkdar artist Çingiz Əhmədovdur. Hər kəs dəvətlidir.

     “Dəcəl Balam Madoda” layihəsi də ilk olaraq bizdədi. Hər kəs rahat istirahət edərkən, uşaqları əylənəcək, inkişaf edəcək. Layihənin əsas məqsədi həm valideynlər rahat olsun , həm də uşaqlar böyüklərin məkanında darıxmasınlar, əksinə faydalansınlar. Bunlardan əlavə bizim “ Bütün Uşaqlar BİR arada Dəcəl Balamda” layihəmiz də var ki, layihə çərçivəsində ehtiyacı olanlara ödənişsiz kurslar keçir, onlara xidmət göstəririk. Gələcəklə bağlı planlarımız da çoxdur. Əvvəlcədən ideyalarımızı və fikirlərimizi söyləmirik. Onsuz ki, etdiyimiz işləri təkrarlayan çoxdu.Bizi izləyin bütün yeniliklərdən xəbərdar olun. Uşaqlarınız və özünüz əylənərək öyrənin. 

 

-Səmimi müsahibəyə və bizə vaxt ayırdığınız üçün Xeber24.az ailəsi adından təşəkkürlərimizi bildiririk!

 

 

 

 

 

 

  

 

"Dəcəl Balamın Qonağı"

 

 

 

"Dəcəl Balam Madoda"

 

 

 

       

 

 

              

 

                 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.