Mən düşünürəm ki, tərbiyədə həm ananın, həm də atanın rolu böyükdür


Sevdiyim ölkələrdən biri İngiltərədir. Daha sonra vətənimdə istirahət etməyi sevirəm.
Baxıldı: 1556 .

  

 

Xeber24.az və Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi birlikdə “ Mənim dəcəl müsahibim” adlı  layihəyə başlayır. Layihənin ilk qonağı “Dəcəl Balam” Ailə və Uşaq inkişaf Mərkəzinin gözəl valideynlərindən biri Nərgiz xanım Əliyevadır.  

İlk olaraq təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. İndi isə keçək suallarımıza . Neçə övladınız var?

Bir oğlum və bir qız övladım var. Oğlum Əli Altay 11 yaşındadır. Qızım Aysu isə 7 yaşındadır.

Sizcə uşaqların düzgün yetişib  formalaşmasında valideynlər nə kimi rol oynayır?

Biz dünyaya göz açdıqda ilk olaraq valideynlərimizi görürük. Bu insanlar bizim qayğımıza qalır və eyni zamanda hər bir əziyyətimizə dözürlər. Qeyd edim ki, uşaqların zehni ağ lövhəyə bənzəyir. Bu ağ lövhə üzərində nə istəsək yaza bilərik. Mən düşünürəm ki, tərbiyədə həm ananın, həm də atanın rolu böyükdür. Məhz ərəb sözü olan "valideyn" sözü də "iki başlanğıc" anlamına gəlir. 

Bəzən valideynlər məcburiyyətdən və ya istəkdən aslı olaraq dayə və ya nənə köməyinə ehtiyacları olur. Sizin fikrinizcə uşağa valideynlərdən əlavə  3-cü şəxsin tərbiyəsi nə dərəcə kömək edə bilər?

Hal-hazırda mən özüm övladlarımı dayəyə həvalə etmişəm. Qeyd edim ki, övladlarıma dayə seçdiyim zaman onun təhsilli və təcrübəli olmasına diqqət edirəm. Deyə bilərəm ki, o xanıma daha çox müəllimə kimi baxıram.  Uşaqlarım azyaşlı olmadığı üçün mən özüm də xanıma müəyyən dərəcədə kömək etməyə çalışıram. Uşaqlarım haqqında müəyyən tövsiyyələr verirəm ki, onun üçün daha rahat olsun.

Qızınız və oğlunuzun sevimli məşğuliyyətləri nələrdən ibarətdir?

Hazırki müasir zəmanəmizin tələblərindən aslı olaraq uşaqlarımın sevdiyi məşğuliyyətlər içərisində önəmli yeri planşet və ya kompyuter oyunları tutur. Oğlumun əlavə məşğuliyyəti arasında futbol oynamaq, qızım isə şəkil çəkməyi çox sevir. Onu da qeyd edim ki, qızımın anası kimi geyimə marağı olduqca çoxdur. J

Haralarda istirahət etməyi üstün tutursunuz?

Sevdiyim ölkələrdən biri İngiltərədir. Daha sonra vətənimdə istirahət etməyi sevirəm.

İstirahət üçün məkan seçən zaman övladlarınızın istəklərini nə dərəcədə nəzərə alırsınız?

Onlar yay fəslində daha çox dənizdə istirahət etmək istəyirlər. Hər ikisi üzməyi çox sevir. Bu səbəbdən də onların istəklərini nəzərə alıb, dəniz kənarına daha çox gedirik.

Övladlarınıza qadağalar qoyursunuzmu?

Qadağalarım əsasən internətlə bağlı olur. Sosial şəbəkələr çox daxil olmalarını istəmirəm. Çünki onlara uyğun olmayan nələrəsə baxmalarını istəmirəm.

Övladlarınız barədə gələcək arzularınız nədir?

Mənim başlıca arzum ondan ibarətdir ki, cəmiyyətə yararlı insan olsunlar. İstərdim öz sevgilərini həyat yoldaşından, ailəsindən, dostlarından əsirgəməsinlər. Ən önəmlisi sadiq və qayğıkeş olsunlar.

İstərdinizmi övladlarınız sizin seçdiyiniz peşə üzrə yönlənsinlər yoxsa öz öhdəliklərinə buraxmısınız?

Mənim burada başlıca vəzifəm ondan ibarət ola bilər ki, onları sadəcə istiqamətləndirə bilərəm. Sözsüz onların peşə seçimi sərbəstdir. Qeyd edim ki, qızıma hərtərəfli bir xanım olmasını hər zaman tövsiyyə edirəm. İstəyirəm hər şey barəsində məlumatlı olsun.

Nərgiz xanım, övladlarınızın hansı daha çox dəcəldir?

Əvvəllər hər ikisində dəcəllik hiss olunurdu. Ancaq böyüdükcə, normal olaraq bunlar azalır.

“Dəcəl Balam” ailə və uşaq inkişaf mərkəzi ilə tanışlığınız necə oldu?    

“Dəcəl Balam” ilə tanışlığım rəhbərlik sayəsində oldu. Qeyd edə bilərəm ki, nə yaxşı bu mərkəz ilə tanış olmuşam. Dilşad xanım, mərkəz haqqında məni olduqca ətraflı məlumatlandırıb. Onu da deyə bilərəm ki, buradakı bütün dərnəkləri bəyənir  və dəstəkləyirəm.

“Dəcəl Balam” ailə və uşaq inkişaf mərkəzində nə kimi yeniliklərin olmasını istərdiniz?

Gələcəkdə daha çox müxtəlif dərnəklərin açılmasını istərdim. Daha çox ailə mövzusunda kursların, cəmiyyətdə qadının rolu, işgüzar və ev xanımları üçün   ailə və əsasəndə övladları barədə məsləhətlərin verilməsini  istərdim.

Sonda “Dəcəl Balam” ailə və uşaq inkişaf mərkəzinə və Xeber24.az-a demək istədikləriniz?

Bütün kollektivə yeni-yeni nailiyyətlər arzu edirəm. Arzu edirəm ki, zəhmətlə qurub-yaratdığınız “Dəcəl Balam” Ailə və Uşaq inkişaf Mərkəzi övladlarımızın həyatında bir çox dəyişikliklər etsin. Bu gün sizin mərkəzinizdən bəhrələnən uşaqlar, artıq əldə etdikləri təcrübələri sabah cəmiyyətdə uğurla tətbiq etmiş olsunlar. Xeber24.az sizin də uğurlarınız bol olsun.

 








Biz də bu müsahibəyə görə Xeber24.az ailəsi adından Nargiz xanım Əliyevaya öz dərin təşəkkürlərimizi bildiririk.


 

Hazırladı:                                                  Günel Zeynalova

  

 

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.