"Kızkaçıran" filminin davamı Azərbaycanda çəkiləcək


Mənim fikrimcə buradakı yetənəkləri dəyərləndirməliyik
Baxıldı: 1213 .

 

Xeber24.az-ın bugünkü özəl reportajı “Kızkaçıran” komedi filminin senaristi və rejissoru Korhan Uğurla oldu.

Öncəliklə Bakıya xoş gəlmisiniz. Senarist və rejissorluğunu etdiyiniz  “Kızkaçıran” komedi filmi haqqında fikirlərinizi bilmək istərdik.

“Kızkaçıran” filmi komediya, macəra, yol hekayəsidir. Mən yol filmlərini çox sevirəm. Çünki gerçək həyat kimidir. Həyatda da hər zaman yoldayıq və qarşımıza nə çıxacağını bilmirik. Əyləncəli və gözəl filmdir. Azəri xalqının da bəyənəcəyinə ümid edirəm və istəyirik ki, bu filmin davamını çəkək. Artıq fraqmenti hazırdır. Onu da qeyd edim ki, filmin çox hissəsi Azərbaycanda çəkiləcək.

2009-cu ildən bu günə bir çox filmlərinizin həm senaristliyini, həm də  rejissorluğunu etmisiniz. “Mahmut ile Meryem”, “Terk edilmiş”, “Kızkaçıran” filmlərinizdə xüsusilə Azəri aktyorlarına üstünlük vermisiniz. Bunun səbəbi nədir?

Buraya gələndən  sonra fərqinə vardım ki, burda istedadlı aktyorlar çoxdur. Mənim fikrimcə buradakı yetənəkləri dəyərləndirməliyik . Buna görə də Azəri aktyorlarla çalışmaq mənə zövq verir.

Azəri filmlərini izləyirsinizmi ?

Bəli izləyirəm. Çünki aktyorları oynadıqları yerli filmlərdən bəyənib seçirəm.

Bir rejissor kimi hansı filmlərimizi bəyənirsiniz?

Ən son “Pərdə” filmini bəyənərək izləmişəm. Bu filmin hekayəsi mənə çox maraqlı gəldi. Zamanla gözəl filmlərin ərsəyə gələcəyinə inanıram. Türkiyədə də film sektorunda hər şey yavaş-yavaş olur. Fikirləşirəm ki, gözəl hekayələr olsa, gözəl filmlər də ərsəyə gələ bilər.

Könül xanımla tanışlığınız “Tərk edilmiş”  filmində olub. Bu film dram janrında idi. “Kızkaçıran” filmi isə komediya janrındadır. Siz hansı rolda onu daha uğurlu görürsünüz?

Fikirləşirəm ki, Könül xanım drama filmlərində daha içdən və səmimi oynayır.  Mən onu “Tərk edilmiş” filmində necə uğurlu olduğunu gördüm və əmin idim ki, komediya janrında da bu onda alınacaq və çox gözəl də alındı. Gələcək zamanda Könül xanımı yeni proyektlərdə də görə biləcəyik.

Bakıya gəlmək imkanınız çox oldu.Burda ən çox  nəyi bəyənirsiniz?

Dənizkənarı Milli Parkı çox bəyənirəm. Türkiyədəki kimi burda xaus yoxdur. Bura daha sakit yerdir və insana  dinclik  verir. Ancaq Türkiyədəki kimi burda da tıxac problemi çox olur.

Sonda Azəri izləyicilərinə demək istədikləriniz

İzləyicilərimizə  demək istəyirəm ki, “ Kızkaçıran” filmini izləsinlər. Bəyənəcəklərinə ümid edirəm.

Qeyd edək ki, “Kızkaçıran” komedi filminin mayın 12-i Nizami Kino Mərkəzində “Gala gecəsi” keçirildi. Təqdimatda gözəl aktrisamız Könül Nağıyeva da iştirak edirdi.

Bizdə xeber24.az ailəsi adından Korhan Ugur bəyə bu səmimi və özəl reportajı üçün təşəkkürlərimizi bildiririk.

 

 

 

 

 

 

Reportajı hazırladı: Günel Zeynalova

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.