"Yalnız karyerasını seçdi deyil, sadəcə Könül istədiyi həyatı seçir"


Gücsüz kişinin günahkarı hər zaman qadınlardır.
Baxıldı: 1093 .

Xeber24.az 11.05.2016

 

Xeber24.az-ın bu dəfəki müsahibi aktrisa Könül Nağıyevadır. Könül xanım, ilk olaraq yaradıcılığınız barədə söz açmaq istərdim. Həm “ Nargis” nəşriyyat evinin, həm də jurnalının direktoru vəzifəsində çalışmısınız. Lakin 2009-cu ildən aktrisa kimi də fəaliyyətinizi görürük. Bilmək istərdim niyə əvvəlcədən karyeranıza aktrisalıqla başlamamısınız?

Çünki ailə qarşısında bəzi məsuliyyətlərim var idi. Mənim atam hərbiçi, anam müəllimə olduğu üçün hər zaman mən aktrisa olmaq istəyirəm dedikdə hamı mənə qəribə baxırdı. Məktəbdə oxuduğum zamanlardan etibarən deyirdim kamera istəyirəm. O zamanlar aktrisa olmaq çətin idi. 60-70-ci illərdə Azərbaycanda kinomatoqraf iya çox güclü olub. Ancaq daha sonra isə boşluqlar çox olub. Teatrlarmızın olmasına baxmayaraq, kinomatoqrafiya olmayıb. Universiteti bitirdikdən sonra 4 il Moskvada yaşamışam və orda aktyorluq kurslarına gedirdim. Moskvadan döndükdən sonra yavaş-yavaş fikirləşdim ki, artıq aktrisalıq fəaliyyətinə başlamaq lazımdır. 2009-cu ildə “Ulduzlarla rəqs” televiziya lahiyəsinə “OK” jurnalının redaktoru kimi qatıldım və orda aktyorluq fərasətimi də nümayiş etdirə bildim. Daha sonra “ Aramızda qalsın” , “Məktublar” , “ Qanun naminə” seriallarında , qısa filmlərdə də rol aldım.

 

Ən son Türkiyə istehsalı olan “ Kızkaçıran” komediya filmində rol almısınız və ilk komediya filminizdir. Bu film barəsində təəssüratlarınızı öyrənmək istərdim.

Rejissorluğunu Korhan Uğur etdiyi “Kızkaçıran” komediya janrında filmdir. Əvvəl bacara bilməyəcəyimdən qorxurdum. Lakin rejissor əmin etdi ki, bu məndə alınacaq. Sonda gözəl bir film ərsəyə gəldi. Azərbaycanda mayın 12-si təqdimatı olacaq. Ancaq biz Qala gecəsi etmək istəmədik. Sizi həm seriallarda, həm də filmlərdə rol almısıınız.

 

Serialların çəkilişi uzun müddət davam edir, ancaq filmlər isə nisbətən qısa müddətli olur. Siz bəs hansının çəkilişindən zövq alırsınız?

Serial aktyorun tanınmağına fürsət yaradır. Serial hər gün televizorda göstərilir və televizorda olan insan istər-istəməz qısa müddətdə məşhurlaşır. Film isə sənətə bağlı bir şeydir. Mən filmləri üstün tuturam.Məşhurluq mənə lazım deyil, mənə uğurlu olmaq lazımdır. Məşhurluq insana baş ağrısından başqa heç bir şey vermir. Əlbəttə ki, bu peşənin ayrılmaz bir hissəsi olmasına baxmayaraq heç bir zaman məşhurluq arxasınca qaçmammışam.

 

Bir çox insanlar məşhurlara sosial şəbəkələr vasitəsilə nəsə yazdıqda cavab gəlməyəndə tənqidə tuturlar, hətta təhqirlər də olur. Yəqinki bu hallarla tez-tez qarşılaşırsınız.Buna münasibətinizi bilmək istərdim.

Bilirsiniz kompyuter və ya telefon arxasında “ ağıllı” fikirlər bildirmək çox asandı. Ancaq mənim səhifəmdə heç bir zaman xoşa gəlməz nəsə yazılmayıb. Düzdü cavab verməyəndə küsənlər olur. Çalışıram sənətimi sevənlərin mesajlarını cavablandırım.

 

Azərbaycan filmlərindən hansı filmləri bəyənirsiniz?

Bütün klassik Azərbaycan filmlərini təyyarədə izləmişəm. Klassik filmlərimiz ssenari baxımdan o qədər yüksək səviyyədə olub ki, mən inana bilmirəm ki, birdən-birə kinomatoqrafiya necə belə boşluğa döşə bilər?! Biz nəyə görə bunu davam edə bilmədik,kim maneçilik törətdi, problem nədə idi? Hər zaman bu suallara cavab axtarıram. Ancaq bu gün kinematoqrafiya yenidən yüksəlişdədir.

 

Yerli və ya Türkiyə aktyor və aktrisalarından hansıları bəyənirsiniz?

Türkiyədə karifey aktrisalardan Türkan Şoray, ancaq gənc aktrisalardan isə Səadət Aksoyu bəyənirəm.

 

Könül Nağıyeva özünü üç kəlmə ilə necə ifadə edə bilər?

Səbirli, Ədalətli və dəli. Çünki həyatda hər şeyə risk edirəm.

 

Bir oğlunuz var və hər zaman qeyd edirsiniz ki, öz üzərimdə çalışıram. Bəs övladınıza necə vaxt ayıra bilirsiniz?

Çox çətindir. Mən oğlumu ilk gündən düzgün formada başa salmağa çalışmışam. Bu gün oğlum mənə dəstək olur və bilir ki, biz yalnız həftə sonları görüşə bilirik. Ancaq valideynlərim mənə kömək olur. Bu gün mən nə edirəmsə, öz övladım üçün edirəm.

 

Könül xanım, şəxsi həyatınızı hər zaman arxa planda saxlayırsınız. Bu nə ilə əlaqədardır?

Hər zaman mənimlə münasibət qurmaq istəyən şəxslər məni karyeramdan uzaqlaşdırmaq istəyiblər. Bilirsiniz gücsüz kişinin günahkarı hər zaman qadınlardır. Buna görə də mən yanımda gücsüz kişi istəmirəm. Mənə dəstək olan, işimə hörmət edən insan istəyirəm. Könül yalnız karyerasını seçdi deyil, sadəcə Könül istədiyi həyatı seçir.

 

Cazibədarlığınızla hər zaman digər həmkarlarınızdan seçilmisiniz. Gözəlliyiniz, formada qalmağınızın sirrini oxucularımızla bölüşə bilərsiniz?

Allah Təala insanı o qədər gözəl yaradıb ki, sadəcə olaraq biz bunun fərqində deyilik. O insan ki, bunu pillə-pillə dərk edir. O an kilosundan tutmuş şəxsi həyatına qədər hər şey dəyişir. Mən hardasa onun 30%-ni dərk etmişəm. Formada qalmaq üçün isə özümüzü proqramlaşdırmalıyıq. Sadəcə bunun üçün sağlam düşüncə və cəsarət lazımdır. Əlbəttə ki, günüm sudan başlayır. Daha sonra medatasiya ilə məşğul oluram. Yarım saatdan sonra isə səhər yeməyimi yeyirəm.

 

Sonda bilmək istərdik yaxın zamanda bizi nə kimi yeniliklər gözləyir?

Türkiyədən bir neçə film təklifləri gəlib, ancaq sesnari qane etmədiyi üçün qəbul etmədim. Yaz diziləri sezonu başlayıb. İstanbula döndükdən sonra razılaşa bilsək çəkilişlər olacaq. Azərəbaycandan bir seriala təklif almışam. Bir çox film təklifləri də gəlir. Ancaq bir az seçici davranıram. Qeyd edim ki, bu ilin axırı gələn ilin əvvəli Beynəlxalq lahiyədə məni baş rolda görəcəksiniz. Bu nu ilk dəfə sizin sayta açıqlamaq istəyirəm ki, Bakıda aktyorluqla bağlı Master Class keçirmək istəyirəm. Həmkarlarıma və Gənclərə beynəlxalq lahiyələrdə rol almaq üçün nə etmək lazımdır. Düçünürəm ki, buna bu günkü gündə ehtiyac var. Tam yaxın zamanlarda bunu edəcəyəm.






Bu gözəl və səmimi müsahibəyə görə Xeber24.az ailəsi adından təşəkkürlərimizi bildiririk!

 

Hazırladı: Günel Zeynalova

 

 

 

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.