Türkiyədən Azərbaycana gətirilən lobyada xəstəlik tapıldı


Nazirlik məlumat yaydı.
Baxıldı: 602 .

xeber24.az 03.05.2016

 

kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Azərbaycana daxil olan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarət gücləndirilib.

Nazirliyin mətbuat xidmətindən xeber24.az-a verilən məlumata görə, Türkiyədən Azərbaycana idxal olunan 750 kiloqram ərzaqlıq lobya məhsulundan götürülən nümunələr müvafiq laboratoriyalarda analiz edilib. Aparılan analiz nəticəsində məhsulda karantin tətbiq edilən xəstəliklərdən lobyanın bakteriozu və ya bakterial yanıq ləkəliyi (Xanthomonas campestris pv. Phaseoli Dye) aşkar edilib.

Adıçəkilən xəstəliyin respublikanın bitki örtüyü üçün təhlükəli və karantin tətbiq edilən zərərli orqanizm olduğunu nəzərə alaraq, bu gün yük “Təmiz Şəhər” ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilib.

Qeyd edək ki, “Xanthomonas phaseoli” torpaqda uzun müddət yaşaya bilir. Xəstəliyin inkişafı üçün optimal temperatur 25-30 dərəcədir. Güclü yağışlar, havanın temperaturunun 1-18 dərəcədən aşağı olmaması bitkilərin yoluxması üçün əlverişli şərait yaradır. Orta yoluxmada məhsuldarlıq 15-20 faiz, güclü yoluxmada isə 40-50 faizə qədər aşağı düşür. Bakteriyanın infeksiyası toxumlarda bir neçə il, bitki qalıqlarında isə onların cücərməsinə qədər qalır.

Məhsulun xəstəliyə yoluxmaması üçün sağlam bitkilərdən alınan toxumlardan istifadə edilməlidir. Səpinlərdən əvvəl toxumlar fentiuram preparatı ilə (3-4 kq/t) dərmanlanmalı, səpin müddətinə və növbəli əkinə əməl edilməlidir. Çiçəklənmədən əvvəl bitkilərin mineral gübrələrlə yemlənməsi müsbət amildir.

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər SƏHİYYƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Saytimizda testler gormek isteyirsinizmi?
a) Beli
b) xeyir
c) ela olar

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.