"Azərbaycan Universitetlərinin səhifəsi oğurlandı"


126.000 tələbə bizim səhifəni izləyir.
Baxıldı: 995 .

Xəbər24.az-in bu dəfəki müsahibi “Facebook”un ən böyük tələbə səhifəsi olan Azərbaycan Universitetlərinin admini,gənc fəal Zöhrab Süleymandır.Zöhrab bəy müsahibəsini xəbər24.az-ın ofisində verdi.

 

-Azərbaycanda ən böyük tələbə səhifəsinin adminisiniz. Neçə tələbəni əhatə edir bu səhifə?

Azərbaycanda hal-hazırda 160.000 tələbə var. 126.000 tələbə bizim səhifəni izləyir. Bu bizim üçün uğurdur.

 

- Səhifənizdə ən çox universitet və tələbələrlə bağlı paylaşımlar edirsiniz. Bəs daha çox hansı tip paylaşımlara maraq göstərirlər?

Əslində, dövlət əhəmiyyətli paylaşımlara daha çox üstünlük veririk. Sadəcə  olaraq cəbhə xəbərləri və bildiyimiz kimi aprelin 2-dən 5-nə qədər qısa müddətli müharibədə şəhid olanların  əksəriyyəti məzunlar idi. Ona görə də bu səhifədə sırf tələbəyə aid hər şey paylaşırıq. Paylaşımlarımız istər ölüm, istərsə də uğurlarımızdan bəhs edir.

 

- Gün ərzində  nə qədər mesaj alırsınız? 

Gün ərzində 120-ə qədər mesaj gəlir ki, bunların da əksəriyyəti şikayətlərdir.

 

- Ən çox hansı universitetlərdən şikayətlər daxil olur sizə?

 Təbii ki, daha çox tələbəsi olan universitetlərdən gələn şikayətlər kifayət qədər olur.

 

- Zöhrab bəy, bu mesajları hər dəfə doğru şəkildə cavablandırmaq və informasiyanı ötürmək nə dərəcədə çətindir?

Əlbəttə ki, bu çox böyük bir məsuliyyətdir. Əgər tələbələr məni sayıb yazırlarsa, bu mənim borcumdur ki, məlumatları doğru mənbələrdən əldə edib, tələbələrə çatdırım. 

 

- Səhifənizdə hansısa paylaşımlara görə sizə təzyiq olunubmu?

Bəli belə bir hal baş verib. Elə şikayətlər bizə daxil olub ki, hansısa universitetin mənfi halını yayımlayırıq. Məsələn bu yaxınlarda Azərbaycan Respublikası Hesablama Palatası Maliyyə Nazirliyi ilə bir yerdə olan şikayəti var idi. 4 universitetdə qanun pozuntuları aşkarlanmışdır. O şikayətləri yayımladıqda kimlərinsə, narazılığına səbəb olurdusa, gəlib mənə bildirirdilər. Mən də deyirdim ki, bu Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən bildirilibsə, biz də bunu yayımlamalıyıq.

 

- Sizin fikrinizcə Azərbaycanda ən yaxşı və ən pis təhsil verən universitetlər hansılardır?

 Ən yaxşı universitetlər son illərdə yaradılan universitetlər hesab olunur. Misal üçün Azərbaycan Diplomatik  Akademiyası, Bakı Ali Neft  Məktəbi , XXI əsrin əvvəlində yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Dövlət Universiteti.

 

- Son ilin nəticələrinə görə müşahidə edirik ki, universitetlərə qəbul imtahanlarının balları aşağı düşür və bütün abituriyentlərin təhsil almasına şərait yaranır. Bunu nə ilə əlaqələndirirsiniz?

Mən özüm 3 gün öncə Məleykə xanımın ANS-ə müsahibəsini izlədim. O bildirdi ki, bu təklifi bizə universitetlər özləri göndərirlər və TQDK bütün nüansları nəzərə alıb balları aşağı salır.

 

- Bugünkü Azərbaycan gəncliyinin səviyyəsi sizi qane edirmi?

Bugünkü gündə səviyyə aşağıdır.  Biz nəzərə alsaq ki, gənc dedikdə  18-35 yaş arası insan nəzərdə tutulursa, onun əksəriyyəti qeyri-ciddi maraqlar çərçivəsində inkişaf edib.

 

- İndiyə qədər neçə universitetdə olub onların təhsil vəziyyəti ilə maraqlanmısınız?

Naxçıvan Dövlət Universitetindən başqa demək olar ki, bütün universitetlərdə olmuşam,. Artıq oraya da dəvət almışam və inşallah bu yay səfər edəcəm.

 

- Zöhrab bəy, Bakıdakı universitetlərlə regionlarda olan universitetlərin təhsil səviyyəsi nə dərəcədə fərqlənir?

 Çox yaxşı sualdır. Belə deyək ki,  regionlar da günü-gündən inkişaf edir. Lənkəran Dövlət Universitetinə 2 il əvvəl 2 xanım və 1 bəy 650 balla qəbul olublar. Valideynləri icazə vermədiyi üçün Bakıda yerləşən universitetlərə sənəd verməyiblər. Bu hal ilə  bir il  öncə də rastlaşdım. Gəncə Dövlət Aqrar Universitetinə 670 balla 2  xanım qəbul olmuşdurlar. Mən rektorun vasitəsilə onlarla görüşdüm. Onların da valideynləri icazə vermədilər. Bu onu göstərir ki, regionlarmızda da təhsil inkişaf edir. 

 

-Artıq uzun müddətdir  ki, səhifənin adminisiz. Əgər sirr deyilsə, bilmək olar nə qədər gəlir əldə etmisiniz?

Bəli, gəlir əldə etmişik, təbii ki, söhbət facebook reklamlarından gedir. Ancaq kommersiya sirri olduğu üçün tam açıqlaya bilmərəm.

 

 - Səhifənizin oğurlanması ilə bağlı məlumat aldım. Bu barədə nə deyə bilərsiniz?

 Səhifə 23 aprel saat 13:00 oğurlanıb. Biz bilirik kimlərdir. Sadəcə olaraq təhlükəsizlik baxımından demirik. Mən artıq Rabitə və Yüksək Texnologiya Naziri Ramin müəllimin qəbulunda olub onla söhbət etmişəm. Artıq izinə düşmüşük, yaxın vaxtlarda səhifə əvvəlki kimi öz fəaliyyətinə davam edəcək. 

 

 -Son olaraq bizə söyləmək istədikləriniz?

 Sonda xəbər24.az komandasına və sizə öz dərin təşəkkürlərimi bildirirəmki,məni dəvət etmisiniz.Sizə işlərinizdə uğurlar və bol-bol nailiyyətlər arzu edirəm.

 

https://scontent-fra3-1.xx.fbcdn.net/v/t35.0-12/

 

https://scontent-fra3-1.xx.fbcdn.net/hphotos-xft1/v/t35.0-12/

 

Xəbər24.az    

Asya Əkbərqızı

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.