"Dövlətin sülh danışıqları siyasətini izləyirik və bu bizi qane etməkdədir!"


Bu təqaüd 2 ayrı-ayrı ölkəyə səfər imkanı yarada bilər.
Baxıldı: 1977 .

Xeber24.az 15.04.2016

 

xeber24.az bu dəfəki müsahibi Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzadır.

 

İlk olaraq yaradıcılığından bəhs etmək istərdim. Uşaqlıq illərindən yazarlıqla məşğul olmusunuz. Bu günlərdə yazarlığa başlasaydınız kimi özünüzə ustad seçərdiniz?

Nə uşaqlıqda, nə də ki, indi kiməsə özümü bənzətmək istəməmişəm. Amma uşaq vaxtı idealın kimdi soruşanda, deyirdim ki, Xəlil Rza Ulutürk. Böyüyüb boya-başa çatdığım evdə yazıb-yaradan insanlar var. Bunlardan ən birincisi elə anamdır. Görürəm ki, bu istedad məndə irsidir.

  AYB gənc yazarlar üçün prezident təqaüdü, tədbirlər, təqdimatlar, kitabların çıxarılması və s. kimi addımlar atır. Sizin fikrinizcə gənc yazarların yetərincə tanınmasına kifayət edir?

Dəstəyi olmayan gəncləri də nəzərə alsaq, məncə bu kimi addımlar kifayət etməlidir. Amma AYB-nin xüsusi diqqət və qayğısı, gənclərin inkişafına müsbət təsir göstərir. Vurğuladığınız kimi hər il 20 gəncə Mükafat fondu tərəfindən prezident təqaüdü ayrılır ki, bu da bir gəncin ilk kitabının işıq üzü görməsinə şərait yarada bilər. Bu təqaüd 2 ayrı-ayrı ölkəyə səfər imkanı yarada bilər. Onlar hər hansı bir ədəbi tədbirlərdə iştirak edə, ədəbi əlaqələr qura bilərlər və s. Bu pulu ehtiyacına xərcləyən gənc də görmüşəm, yığıb özünün inkişafı üçün xərcləyən gənc də görmüşəm, nəyə xərclədiyni bilməyən gəncləri də görmüşəm. Hər şey gəncin özündən aslıdır.

 Əvvəlki illərlə müqayisədə hal-hazırda şeir-söz sənəti hansı səviyyədədir?

İstər yazıb-yaradanlarda, istərsə də oxucularda ədəbiyyata, kitaba diqqət kifayət qədərdir. Son 10-15 illə müqayisədə bu günə şükür etməyə dəyər. Bu templə, bu inkişafla yetərincə nailiyyətlər əldə edə bilərik. Mədəniyyət və Turizm Nazirliyinin atdığı addımlar da gənc yazarlar üçün müəyyən şərait yaradır.

AYB mətbuat katibi olduqdan sonra bir çox lahiyələr həyata keçirmisiniz. Bu lahiyələrin bir neçəsi barəsində qısaca məlumat verərdiniz və yaxın zaman ərzində nə kimi yeniliklər gözlənilir?

Təqdir etdiyiniz üçün təşəkkür edirəm. Qeyd etdiyiniz kimi bir çox layihələrimiz var. Bunlardan biri “Aybkitab” layihəsidir. Bu günlərdə Natəvan klubunda sayca 30-cu kitabımızın təqdimat mərasimi keçirilmişdir. Gənclərimiz ilk kitablarını məhz bu layihədə tanıdıblar. Arzu Hüseynin kitabı, Günel Eyvazlı, Gülnar Səma, Nigar İsmayıl qızı və s. “Aybkitab” lahiyəsi çərçivəsində gənclərlə yanaşı kifayət qədər tanınmış imzalar da var. ayb.az, ru.ayb.az ,aybkitab.az saytları da aktiv fəaliyyətdədirlər və yeni müsabiqələrimiz də var. Keçən il həyata keçirilən “Bir bənd şeir müsabiqəsi” çox yaxşı qarşılandığı üçün ”Bir bənd şeir müsabiqəsi 2” də yəqin ki,iyul ayında yekunlaşacaq. Rəhbəri mən olduğum şairlər günününü hər il iyunun 5-i Mikayıl Müşfiqin doğum günü ilə bağlı olaraq qeyd edirik. Xarici ölkələrdən də tanınmış insanları dəvət edirik. Belə layihələr Azərbaycan ədəbiyyatının tanınması üçün yaxşı fürsətdir. Şairlər günü ötən ildən etibarən hər il bir şairin xatirəsinə həsr olunur və ötən il  Nurəngiz Günün xatirəsinə həsr olunmuşdur. Bu il isə unudulmaz xalq şairi Vaqif Səmədoğlu xatirəsinə həsr olunacaq.

Günümüzün aktual məsələlərindən biri olan Qarabağ məsələsinə toxunmaq istərdim. Bir yazar olaraq bu məsələyə yanaşmanız maraqlıdır. Hal-hazırda atəşkəs rejimindəyik. Bu rejim davam etdikcə Qarabağı tamamilə geri qaytarmağımız mümkün olacaqmı?

Mən əvvəldən demişəm ki, belə atəşkəs olmur. 1994-cu ildə bu atəşkəs imzalandığı andan etibarən, düşmənlərimiz mütəmadi olaraq Azərbaycan kəndlərini,rayonlarını atəşə tutublar. Azərbaycan silahlı qüvvələrinin təxminən 2-6 aprel arasındakı müddətdə atdığı addımla biz öz gücümüzü sübut etmiş olduq. Bu bizim cənab prezident tərəfindən dəfələrlə işlədilən ifadədir. “Ya hərb , ya da sülh”. İstərdik ki, sülh yolu ilə həll olsun, lakin olmazsa, hərb yolu ilə də torpaqlarmızı azad etməyə qadir xalqıq. Dövlətin sülh danışıqları siyasətini izləyirik və bu bizi qane etməkdədir. Heç bir halda Azərbaycan torpaqlarına güzəştə getməyəcəyik. Düşünürəm ki, Azərbaycan torpaqlarının geri alınması çox uzaqda deyil.

Bildiyim qədəri ilə ana tərəfdən Ağdamlısınız. Yəqin ki, Ağdam haqqında kifayət qədər uşaqlıq xatirələriniz var. Torpaqlarmız geri qaytarıldıqdan sonra Ağdamda nə kimi tədbirlər həyata keçirmək istərdiniz?

Ağdam işğaldan azad olunmasından sonrakı proseslər uzun müddətli olacaq.Çünki başqa yerlərlə müqayisədə Ağdam yerlə-yeksan edilib. Əgər bu xoş xəbər olsa, prosesləri izləmək lazımdır. Əminəm ki,daha müasir və gözəl şəhər olacaq. Pessimist olmaq istəməzdim, ancaq mənim yaşım çatsa, bir çox layihələrə imza atmaq istərdim. Əgər yaşımız çatmasa, gəlin arzulayaq ki, bizdən sonrakı nəsillər Qarabağ torpaqlarında yeni layihələrə imza atsınlar.

Gənc yaşlarınızdan həm jurnalistika, həm də yazarlıq sahəsində özünüzü təsdiq etmiş bir şəxs kimi gənclərin gələcək addımlarında tövsiyyələriniz nə olardı?

Birinci növbədə iddialı olmalarını arzulayıram. Çünki iddialı insanların qələbəsi daha rahat və asan olur. Dürüstlük , əqidə arzulayıram. Bilirik ki, bəzən sosial şəbəkələrin yaxşı tərəfləri ilə yanaşı pis tərəfləri də var. Orda əxlaqdan kənar, tərbiyədən kənar paylaşımları da görürük. Azərbaycan gəncliyinə bu yaraşmır. Azərbaycan gəncliyinə, aprel ayının ilk on günlüyündə nümayiş etdirdiyi əzmkarlıq,birlik,millətçilik,türkçülük yaraşır.

 

 

 

 

Günel Zeynalova.

ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MÜSAHİBƏ xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.